İslamın
absurd tələblərindən biri də hicabdır. Hicabla qadınların qeyrətini, ismətini və
daha nələrini müzakirə edirlər. Mənim fikrimcə isə bu sadəcə keçmişin bir hissəsidir
və qadın haqda fikir formalaşdırmaq üçün heç bir əsas verməməlidir.
Əgər
ancaq hicablı qadın ismətli, qeyrətlidirsə onda deməli Səudiyyə və İran kimi (hicabın
vacibliyi qanun olan) ölkələrdə bütün qadınlar qeyrətli hesab olunmalıdır. Eynilə
hicabsız bütün qadınlar ismətsiz, qeyrətsiz hesab olunmalıdır. Yox, əgər bir
ölkədə bütün qadınların qeyrətli olmasının mümkünsüzlüyünü qəbul edirsinizsə
onda deməli hicaba qeyrət göstəricisi kimi baxmaq məntiqsizlikdir. Digər tərəfdən
baxdıqda isə hicabsız lakin qeyrətli, tanıdığınız qadınları misal göstərə bilərsiniz.
Bu isə hicabın əhəmiyyətsizlini bir daha göstərir.
Əgər
hicab kişilərdə qadınlara qarşı seksual hisslərin yaranmaması üçün allah tərəfindən
göndərilibsə, allah niyə kişilərin seksual hisslərini idarə etmək üçün bir az
iradə vermirdi, qadına ömürlük həbs, hicab verirdi? Hicabla bağlı olan əksər fikir,
ayə və hədisləri oxuyarkən görmək olar ki hicab daha çox kişilər üçün lazımdır
nəinki qadınlar üçün. Məsələn həyat yoldaşına pis gözlə baxan yad kişilər həmin
kişinin qeyrətinə toxunmuş olur, deməli qadın kişi üçün hicab taxmalıdır. Hicab
taxmamasına görə bir naməhrəm kişi həmin qadının “zinət” yerlərinə baxıb cəhənnəmə
gedəcəksə demək qadının hicab taxması kişiləri cəhənnəmdən qorumaq üçündür.
Belə
nəticəyə gəlmək olar ki qadının bürünməsi kişi iradəsizliyini kompensasiya etmək
üçün bir vasitədir. Özünə əxlaqlı deyən kişi seksual hisslərini də iradəsinə
tabə edə bilməlidir. Əgər edə bilmirsə demək o əxlaqsızdır. Bu da dinin
insanlara əxlaq dərsi keçməsinə ziddir, çünki din əxlaqsızı əxlaqlı etməyi yox qadınları
bürünməklə cəzalandırmağı seçer. Beləliklə də islam kişi əxlaqsızlığı xəstəliyini
müalicə etmir, simptomların qarşısını hicabla alır.
Qərb
ölkələrirəndə kişilərin seksual aclığı müsəlman dininə inan xalqların yaşadığı
ölkələrdəkindən qat-qat aşağıdır. Bunun da əsas göstəricisi qadın bədəninin normal
qarşılanmasıdır. Təsəvvür edin bir insan elə bir ölkədədir ki yeməyə nə istəsə istədiyi
qədər var. İlk günlərdə acgözlüklə hər şeyin dadına baxdıqdan sonra doyacaq. Artıq
onun delikates hesab etdiyi yeməklər də normallaşacaq və o ancaq yaşamaq üçün nə
qədər lazım olsa o qədər yeyəcək. Lakin həmin insan aclıq içərisində olan bir
ölkədə olsa sevmədiyi yeməkərin iysi belə onda iştah hissini oyadacaq. O
qarnını doymaq üçün nə olsa, nə yolla olsa tapıb yeyəcək.
Eyni
arqumenti hicaba da aid etmək olar. Qadın nə qədər kişidən gizlədilərsə kişilərdə
(eləcə də qadınlarda) bir o qədər seksual aclıq güclənəcək. Əbəs yerə deyil ki
İran adlanan ölkə dünya üzrə pornoqrafik saytlara olan vizitlərin sayına görə
liderdir. Beləliklə də islamın problemə birtərəfli yanaşmaqla əslində problemi
həll etməməsini və sadəcə onun xarakterini dəyişməsini görmüş oluruq. Hicablı
qadınlarla pis təcrübəsi olan insanlar da az deyil. Əgər onlar da nəzərə alınsa
hicabın qadın üçün pis göstərici olmasını da demək olar.
Kefli
İskender
Maraqlidir ki, geyimin hansisa hissesinden ehtiraslanan, o geyimde insanlara meyl edenler, ancaq o predmetin dashiyicisina xususi hormet gosteren, inanan adamlar FETISHIZMin qurbanlaridir. hal-hazirda muselman idealogiyasinin ustunluk teskil etdiyi olkelerin daha cox istifade etdiyi porno saytlarda daha cox hicabli, cadrali qadinlarla olan videolar fetishlerin daha cox diqqetini celb edir. Baxilma reytinqine gore bu videolar on yerdedir. Eger muselmanlarin da hicaba xususi mehebbetini, qadinlari bu geyim novunden istifadeye mecburiyyeti nezere alsaq muasir dovrde bu "patalogiyaya cevrilmish fetishizm" adlanir
ReplyDeleteThis comment has been removed by the author.
Delete