17 January 2012

Din insana nə aşılayır

Fanatik müsəlmanlar ətrafımızda olan bir çox şeylərin ərəb dilində “allah” sözünün yazılışına bənzədirlər. Bununla da allahın yaradıcı olmasını və ümumiyyətlə mövcud olmasını sübut etməyə çalışırlar.

Bu bənzətmələrdən ən məşhuru isə insan əlinin quruluşudur ki həmin yazılışa bənzədilir. Burada bir sıra paradokslar var ki həqiqətən də gülüncdür. Məsələn insan yarandıqda nə dil nə də millətlər mövcud idi və allahın ərəbcə öz adınının formasına bənzər yaratdığı əlin olması olduqca primitiv düşüncədir. Müsəlmanlar belə arqument ortaya qoya bilər ki ərəb dilini yaradan da elə allahdır. Olsun, amma nədən allah digər yaradacağı dillərə bu qədər hörmətsiz yanaşdı? Niyə latın qrafikalı azərbaycan dilindəki kimi “allah” formasında əl yaratmadı?

Bunun bir izahı var o da eqoist dinçi insanın düşüncə tərzidir. O hər zaman özünün tanrı tərəfindən xüsusi olmasını, digərlərindən seçilməsini düşünür. Ona görə də bir dinçi müsəlman (və ya başqa dinə inanan dinçi) heç vaxt digər insanlara, onların dilinə, mədəniyyətinə eyni gözlə baxa bilməz. Dinçi qarşısındakı insanı ancaq onun inandığı dəyərlərə inandıqda, o dəyərlərlə yaşadıqda qəbul edir. Bu isə humanizmə zidd bir təfəkkür formalaşdırır. Din insanlara qeyri tolerantlıq tərbiyə edir, onları digər insanlardan ayırır, həyata qarşı eqoist münasibət aşılayır.

~Kefli İskender

No comments:

Post a Comment