17 February 2012

Sünnət vacibdirmi?

Bir çox qədim adətlər kimi sünnət də (cinsiyyət üzvünün təhrif olunması) İslam dininin yaranması ilə dinin bir hissəsinə çevrilib. Əslində sünnətin tarixi lap qədim dövrlərə gedib çıxır və heç də ancaq İslam dininə inananlarla məhdudlaşmır.

Hal hazırda müsəlmanlarla yanaşı yəhudilər də oğlan uşaqları doğulduqdan bir müddət sonra sünnət edirlər. Christopher Hitchens “God is not great” adlı kitabında yəhudilərin özünəməxsus sünnət adətlərini hələ də saxlaması haqda çox araşdırıb yazıb. Mən isə müsəlmanların bu adəti haqda öz qısa araşdırmam zamanı tapdıqlarımı yazacağam.

Quranda sünnətin vacibliyi haqqında heç bir göstərişin olmaması bir çoxlarına məlumdur. Əslində Quranda insanın Allah tərəfindən tam yaradılması qeyd olunur.

95 ət-Tin (Əncir) surəsi

(4) Biz insanı ən gözəl biçimdə yaratdıq!

Bundan əlavə, Quranda Allahın yaratdıqlarını dəyişənləri şeytanı özünə dost tutan şəxs kimi göstərilir.

4 ən-Nisa (Qadınlar) surəsi

118 - Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
119 - Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.



Bəli bunlar Quranda mərhəmətli rəhmli Allahın dili ilə deyilib. Bəs Allahın yaratdığını bəyənməyib onu dəyişməyi müsəlmanlara kim məsləhət görüb? Xeyr, bu şeytan deyil. Sunan Abu Davudun kitabından (41-ci kitab #5251) bir hədisi oxuyaq.
Mədinədə bir qadın sünnət əməliyyatı edərdi. Peyğəmbər (s.a.v) ona dedi: “Çox kəsmə, ona görə ki bu qadın üçün yaxşıdır, kişi üçün isə daha arzuolunandır.”

Bəli Muhəmməd həmçinin qadınların da sünnət olunmasını təsdiq edib və bugünə qədər də bir çox müsəlman dominantlıq edən ölkələrdə qadınların cinsiyyət üzvlərini tibbdən anlayışı olmayan insanlar “əməliyyat” edirlər. Məsələn Misirdə 90% qadının cinsiyyət dodaqları  (bəzən isə klitoru) kəsilib. 2008-ci ildən bu adətə rəsmi qadağa qoyulmasına baxmayaraq hələ də bu adətləri icra edən insanlar yetərincədir. 


Videoda gördüyünüz qadın (3:43-dən sonrakı) klitoru kəsilməmiş qızları təmiz adlandırmır. O həmçinin deyir ki, "Məni hara aparsanız mən bu əməliyyatı həyata keçirəcəyəm. Mən bu işi gözlərim qədər sevirəm, çünki mənim pulum bundan gəlir."



Bir çox müasir müsəlmanlar isə oğlanların sünnət olunmasında tibbi səbəblərin olmasını bildirirlər. Lakin araşdırmam zamanı bu fikri dəstəkləyən heç bir dataya rast gəlmədim. Əksinə cinsiyyət üzvundə bir çox problemlərin mənbəyi kimi qeyd olunur. Bura tıklamaqla BBC-də yazılmış qərəzsiz yazını ingilis dilində oxuya bilərsiniz. Göstərilən faydaların isə normal həyat sürən insan üçün heç bir fayda verməyəcəyini görmək olar.



Qısaca olaraq sünnətin nə dinlə nə də təbabətlə heç bir əlaqəsinin olmamasını bir daha vurğulamaq istəyirəm və gələcəkdə sağlam nəsil üçün bu əməliyyatı etdirməməyi məsləhət görürəm.


Kefli İskender






4 comments:

  1. Axı deyirlər penisin ucundakı o ət sonradan problemlər yaradır.Qızların sünnəti haqqında isə ümumiyyətlə təsəvvürüm yox idi

    ReplyDelete
  2. ay daa bunu men sunnet olmamiwdan deseydin belke faydasin gorerdim :))

    ReplyDelete
  3. Ateisti Siken8 May 2012 at 21:00

    siz haminiz peysersiz

    ReplyDelete
  4. sunnetin cografi probleme gore yaradildigi istisna edilmir hele qedim yehudilerededen qalib oglanlarin sunneti Deyek Ibrahim (S.a.s) dan
    ve esas sebebde cinsiyyyet uzvi ise zedelmekden qorumaq ucun sunnet edilir .

    ReplyDelete