1 January 2012

BUMBA


Həmçinin MBOMBO və MBONGO adları ilə tanınıb

Qüdrətli yaradan tanrı, Qusuntu

Afrika yaradıcısı olan BUMBA adlı bu tanrının vətəni Konqodur. Bəli, BUMBA Qusuntu deməkdir.

Başlanğıcda hər yer qaranlıq idi. Sonra qaranlıqdan BUMBA gəldi, nəhəng açıq dərili bir varlıq. O özünü yaxşı hiss etmirdi. Həqiqətdə o artıq milyon illər idi ki özünü pis hiss edirdi. O yalqız idi və bu dözülməz yalqızlıq onu xəstələndirmişdi.

Köpdən və qarın ağrısından əziyyət çəkən BUMBA başı gicəllənərək nərə çəkdi və Günəşi qusdu. İşiq kainata saçdı və asqırdıqdan sonra Ay çıxdı. Ulduzlar daha sonra çıxdı. Hədsiz səydən sonra o Yer planetini qusdu. Biz həqiqətən də ürəkbulandıran dünyada yaşayırıq.

Təkrak olunan ürəkbulanmalardan sonra o doqquz heyvan, bir neçə növ insan və bir dəstə doğranmış yerkökü qusdu.

Bu əziyyətdən sonra yorğun BUMBA əyləşdi və yaratdıqlarının çoxalmasına baxdı. Bir müddətdən sonra onlar təkamül etdi və Yer üzərində olan bütün canlılar yarandı. Burada həm Yaranışın həm də Təkamülün doğruluğu aydın bildirilir.
BUMBAnın yaratdıqları məxluqlar hamısı mehriban idilər, TSETSE-BUMBAdan başqa. Sonra BUMBAnın üç oğlu dünyaya gəldi. NYONYE-NGANA, CHONGANDA və CHEDİ-BUMBA görülməmiş qalan işləri gördülər və Yer planeti bugünkü formasına gəldi çatdı. Bumba cənnətə qalxıb gözdən itənəcən öz yaratdığı insanlarla çox mülayim davranırdı. Bugünə qədər onun mədəsi onu bir daha narahat etməyib.

BUMBA haqda faktlar və rəqəmlər.

Yayıldığı əhali: Konqonun Buşonqo xalqı
Yer: Afrika
Cins: Kişi
Yaxşı/Pis reytinqi: Əla, faydalı ola bilər
Alternativ adlar: MBOMBO, MBONGO
Məşhurluq indeksi: 27506

No comments:

Post a Comment