2 February 2012

Mənim tanrım


MƏNİM TANRIM (Hüseyn Cavid)

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.



MƏNİM TANRIM (Cəfər Cabbarlı)

Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
Indi artıq bir tanrım var – gözəllik!

Bütün əski tanrılara darıldım,
Həp məcazı sevgilərdən yоruldum.
Bir həqiqət buldum, оna vuruldum,
Dünyada bir şüarım var – gözəllik!

Оxşa məni, yeni tanrım, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sоnundur,
Çünki yeni bir yarım var – gözəllik!

No comments:

Post a Comment