12 April 2012

Təkamül haqqında 10 ən məşhur mif

1. Əgər insan insanabənzər meymundan yaranıbsa, bəs niyə insanabənzər meymunlar insana çevrilərək təkamül etmirlər?


Meymunlar, insanabənzər meymunlar və insanlar sadəcə təkamül etmiş qohumlardırlar. Biz insanabənzər meymunlar deyil, milyon illər öncə yaşamış nə insanbənzər meymun, nə də insan olan ortaq əcdadın törəmələriyik. Əslində, son 7 milyon il ərzində bir çox insanabənzər növlər təkamül etmişdir; misal olaraq Homo habilis, Homo erectus, və Homo neanderthalensis-in adını çəkə bilərik. Müxtəlif dövrlərdə bunların hamısının nəsli kəsilərək dünyanı bölüşmək üçün az sayda primatları baş-başa qoymuşdur.



2. Təkamülün doğru hesab edilməsi üçün fossil sənədlərində olduqca çox boşluqlar vardır.

© 2010 Skeptics Society
Əslində, çoxlu keçid formaları vardır. Məsələn, Archaeopteryx ilk tanınan sürünən skeletinə və lələklərə malik quş fossilidir. Bəzi dinozavrların tüklərə və lələklərə sahib olmasına dair yeni sübutlar vardır. Therapsids sürünən və məməlilərin ara formasıdır, Tiktaalik amfibiya olacaq ləpə üzgəcli balıqdır, balinaların təkamül mərhələlərinə aid ən azı 6 ara fossil və 6 milyon il öncə böyük insanabənzər meymunlardan şaxələnən hominidsdən bəri insan təkamülünə dair ən azı 12 ara fossil vardır. Ölmüş heyvan və bitkinin fossilləşməsinin çox aşağı olma ehtimalını nəzərə alsaq əlimizdəki qədər fossilin olması heyrətləndiricidir. Əvvəlcə ölmüş heyvan leşyeyənlərin çənəsindən “yaxa qurtarmalıdır”. Sonra çürümək əvəzinə daşlaşmasına səbəb olacaq çox nadir mühitdə basdırılmalıdır. Sonra isə geoloji qüvvələr milyon illər sonra onların axtarışına çıxacaq az sayda paleontoloq tərəfindən kəşf edilməsi üçün fossilləri necəsə yerin səthinə qaytarmalıdı.

3. Təkamül milyon illər ərzində tədricən baş vermişdirsə, bəs niyə fossil sənədləri tədrici dəyişikliyi göstərmir?

Fossil sənədlərində qəfil dəyişiklik tədricilik (gradualism) sübutunu kənar etmir; onlar fasilələrin bugünədək çatan sübutlarıdırlar. Növlər uzun dövr ərzində sabitdirlər və nəticədə sabit vəziyyətindəykən süxurlarda bol fossil buraxırlar. Lakin, bir növdən digər növə çevrilmə nisbətən cəld olur (geoloji dövr miqyasında) və proses punctuated equilibrium adlandırılır. Yeni növlər o zaman yarana bilər ki kiçik “bani” qrup parçalansın və əcdad qrupdan tam ayrılmış, təcrid olunmuş formada yaşasın. Bu yeni “bani” qrup kiçik və təcrid olduğu dövr boyunca nisbətən tez dəyişikliyə məruz qala bilər (böyük populyasiyalar genetik cəhətdən sabitdirlər). Bu xüsusi dəyişiklik elə tez baş verir ki, az sayda fossilin tapılmasına səbəb olur. Yeni növə çevrildisə fərdlər fenotiplərini (genetik və ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici görünüşündəki əks olunması) uzun müddət saxlayaraq yaxşıca qorunmuş fossil buraxacaqlar.

4. Heç kəs təkamülün baş verdiyini görməyib.

Təkamül bütün müstəqil yolların bir nəticədə birləşməsinə aparan faktlarla təsdiq olunmuş tarix elmidir. Geologiya, paleontologiya, botanika, zoologiya, biocoğrafiya, müqaisəli anatomiya və fiziologiya, genetika, molekulyar biologiya, inkişaf biologiyası, embriologiya, əhali genetikası, genlərin düzülüşü və bir çox başqa elmlərin müstəqil faktlarının hər biri həyatın təkamül etdiyi nəticəsini göstərir. Yaradılışçılar təkamülü göstərəcək “sadəcə bir keçid forma”nı tələb edirlər. Lakin, təkamül sadəcə bir fossillə sübut olunmur. Bu fossillərlə yanaşı, növlər arası genetik müqayisə və növlər arasında anatomik və fiziolojik müqayisələr və digər araşdırmaların ayrı-ayrılıqda nəticələri vasitəsilə sübut edilir. ( Əslində biz təkamülün baş verməsini görə bilərik, əsasən də şiddətli mühitin təzyiqlərinə məruz qalmış qısa çoxalma tsikli olan orqanizmlər arasında. Virus və bakteriyaların təkamülü barədə məlumat tibb elmi üçün mühümdür)


5. Elm iddia edir ki, təkamül təsadüfən baş vermişdir.

© 2010 Skeptics Society
Təbii seçmə təsadüfən olmur və “bəxtə-bəxt” çalışmır. Təbii seçmə üstünlükləri qoruyur və səhvləri aradan qaldırır. İzah etmək üçün, çap maşınında meymun təsəvvür edək. Meymunun Hamletin monoloqunun ilk 13 hərfini necə gəldi yazması ilə 2613 kərə uğur qazanmaq üçün cəhd edilməlidir. Bu, günəş sisteminin ömrü boyunca keçirdiyi saniyələrin cəmindən 16 dəfə böyükdür. Əgər hər doğru hərf saxlanılsa və hər səhv hərf ləğv olunsa, “tobeornottobe” yalnız 335 cəhdə və ya kompüter proqramında bir neçə saniyəyə “seçilə bilər”. Richard Dawkins təkamülü “təsadüfi mutasiya plyus təsadüfi olmayan toplanmış seçmə” kimi müəyyən edir. Təkamülə stimul verən toplanmış seçmədir. Göz hüceyrədə olan tək, işığa həssas nöqtədən təkamül edib bugünün mürəkkəb gözünə təsadüfən deyil, hər dəfəsində daha təkmil göz yarandığı üçün qorunan minlərlə ara addımlar vasitəsilə çevrilmişdir. Bu addımlardan bir çoxu təbiətdə hələ də sadə orqanizmlərdə rast gəlinir.

6. Yalnız şüurlu tərtibatçı (İntelligent Designer) gözə oxşar mürəkkəb nəsə yarada bilərdi.

Gözün anatomiyası onun “şüurla tərtib” olunmadığını göstərir. Gördüklərimizin çevrilmiş həqiqi xəyalı işığahəssas hüceyrələrə çatmazdan öncə, işiq fotonları quzehli qişadan, büllurdan, şüşəyəbənzər cismdən, damarlı qişadan, qanqlion, amakrin üfüqi və ikiqütblü hüceyrələrdən keçməlidirlər. İşığahəssas kolbacıq və çöpcüklər işıq siqnalını sinir siqnallarına çevirir və sinirlər vasitəsilə beyin qabığındakı görmə mərkəzinə qavranmaq üçün göndərilir. Optimal görmə üçün niyə şüurlu tərtibatçı gözü başı aşağı və geriyə doğru yaratmışdır? Bu “dizayn” o zaman məntiqli gələr ki, təbii seçmə mövcud materiallardan və əvvəl mövcud olmuş orqanik quruluşların müəyyən konfiqurasiyasından göz yarada bilsin. Göz şüurlu tərtibatçının deyil, təkamülün tarixi yolunu göstərir.

7. Təkamül sadəcə nəzəriyyədir.

Elmin bütün sahələri test oluna bilən hipotezlərə söykənən və dünya barədə geniş və növbənöv faktları izah edən nəzəriyyələrlə əsaslandırılıb.Əgər müşahidə ediləcək yeni fenomenləri təxmin edə bilirsə, nəzəriyyə əsaslı hesab edilir. Faktların dünyanın məlumatlarıdır. Nəzəriyyələr bu məlumatların izahedici fikirləridir. Tərtiblər və digər test edilə bilməyən təsdiq etmələr elmə daxil deyil. Hakim William Overtonun Arkanzasda yaradılışçıların məhkəməsində dediyi kimi Təkamül nəzəriyyəsi elmin bütün kriteriyalarına uyğun gəlir:
  • Təbiət qanunları ilə tənzimlənir
  • Təbiət qanunlarına istinadən cavablandırıla biləndir
  • Empirik dünya  qarşısında test edilə biləndir.
  • Nəticəsi qabaqcadan bilinir.
  • Test edilə və rədd edilə biləndir.
Əgər siz eyni geoloji süxurda trilobitslarla məməlilərin fossillərini tapsanız təkamül rədd ediləcək. Hələ ki, heç kim bu cür zidd fakt tapmamışdır.

8. İnsanın təkamülünə dair sübutlar saxta, uydurma və ya xəyala çevrilmişdir.

© 2010 Skeptics Society
Təkamülü gözdən salmaq üçün can atan yaradılışçılar hominid fossillərin kəşfinə əhəmiyyət vermirlər və  sübutların əhəmiyyətli hissəsini bir qırağa qoyub uydurma və səhv nümunələri seçərək  elmdəki səhvlərin onun zəif cəhəti olduğunu bildirirlər. Bu davamlı olaraq öz səhvləri və uğurlarından yararlanıb inkişaf edən təbiət elmi barədə iyrənc anlaşılmazlıqdır. Elmin inkişafı onun keçmişdən yığılan formasının üzərində işləməklə mümkündür. Elmi metodun öz-özünü tənzimləyən mexanizmi onun ən güclü varlıqlarından biridir. Piltdown Man kimi uydurmalar və Nebraska Man, Hespero-pithecus, Calaveras Man kimi səmimi səhvlər zamanında düzəldi. Əslində, bu səhvləri ifşa edən yaradılışçılar deyil, alimlər olmuşdur. Yaradılışçılar sadəcə bu səhvlərin elmi ifşasını oxuyub öz iddiaları kimi qələmə veriblər.



9. Termodinamikanın ikinci qanunu təkamülün mümkün olmadığını sübut edir.

Credit:ESA/NASA/SOHO
Termodinamikanın ikinci qanunu qapalı, təcrid olunmuş sistemlərə tətbiq olunur.  Yer kürəsi günəşdən davamlı olaraq enerji aldığı üçün (açıq-dağıdıcı sistemdir)  nizamsızlıq azala və nizamlılıq arta bilər (baxmayaraq ki, günəşin özü bu prosesdə kiçilir).  Beləliklə, Yer tamamilə qapalı sistem deyildir və həyat təbiət qanunlarını pozmadan təkamül edə bilər. Günəşin parladığı dövr boyunca həyat çiçəklənməyə və təkamül etməyə davam edəcək. Avtomobilin  çürüməsinin qarşısı alındığı kimi  burgerin sobada qızdırıla bilməsi və ikinci qanunun nizamsızlığını aşkar pozan hər üsulda olan şeylər davam edə bilər. Günəşin enerjisi tükəndikdə isə entropiya baş verə bilər və Yer üzərində həyat sona çata bilər.




10. Təkamül mənəvi hisslərlə uyuşmur.

Bir neçə aylıq Makaka Rezus
 digər erkək  tərəfindən döyülmüş
bacısını qucaqlayır.
© 2008 EVOLUTIONofMORALITY.net 


Sosial primat növü olaraq qarşılıqlığı vurğulamaq və mükafatlandırmaq və aşırı xudbinliyi və tənbəlliyi azaltmaq və cəzalandırmaq üçün “düzgün” və “səhv” anlayışlarını təkamül etdirmişik. Təkamül bizə xəyanətin, yalan danışmağın və oğurluğunu pis olduğunu deyən əxlaq hisslərini yaratmışdır, çünki, onlar doğrunu söyləmə, sədaqət və əmlaka hörmətdən asılı olan insanların əlaqələrinə olan inamı məhv edir. Bəzi mənəvi hisslər olmadan sosial primat növlərinin sağ qalması mümkünsüz olardı. İnsan təbiətinin konstitusiyası əsasından insan cəmiyyətlərinin konstitusiyası qurulmuşdur.









Tərcümə etdi: Anar Qurbanzadə

 





No comments:

Post a Comment