30 January 2012

Yad planet


2014-cü ildə NASA digər planetlərdə həyat axtarışı üçün yeni missiyaya başlayacaq. Bu simulyasiya olunmuş film Darvin IV adlı yerə ən yaxın ulduzdakı planları nümaiş etdirir. Darvin IV yerdən 6.5 işıq ili uzaqda yerləşir, iki günəşi var və qravitasiyası Yerin qaravitasiyasının 60%-I qədərdir, hansı ki həyat üçün potensial planetdir. Darvin IV-ə səyahət 42 il davam edəcək. Göndərilən robot bir böyük analıq və üç kiçik probdan (Balboa, Da Vinçi və Nyuton) ibarət olacaq. Analıq planet ətrafında orbit etdiyi halda digər 3 kiçik robotlar planet üzərinə enəcəklər. Kiçik robotlar analıq tərəfindən proqramlaşdırılacaq və yerə siqnallar göndərəcək. Robotlar daxili laboratoriyalarla təchiz olunub və planetdən götürülmüş materialları yerindəcə analız etmək qabiliyyətinə malikdir.  Simulyasiyada missiya 160 gün davam edir.

Görəsən Darvin IV-də həyat tapılsa İncil və Qurandan elm, yaranışı öyrənənlər nə edəcəklər? Təəssüflə biz bunu görməyə də bilərik. Lakin gələcək nəsil mütləq görəcək. Bəlkə də NASAnın robotları Darvin IV-ə çatana qədər daha sürətli robotlarla təchiz olunmuş roketlər ixtira olunacaq və insanın digər planetləri “işğal” etməsi adi bir hal alacaq.


Kefli İskender




2 comments:

  1. "Görəsən Darvin IV-də həyat tapılsa İncil və Qurandan elm, yaranışı öyrənənlər nə edəcəklər?"
    Çox gülməlidi. Sanki İslam başqa yerdə həyatın varlığın inkar edir.

    ReplyDelete
  2. Qaqa mene maraqli geldiye nese

    ReplyDelete