29 January 2012

Hicab və əxlaq


İslamın absurd tələblərindən biri də hicabdır. Hicabla qadınların qeyrətini, ismətini və daha nələrini müzakirə edirlər. Mənim fikrimcə isə bu sadəcə keçmişin bir hissəsidir və qadın haqda fikir formalaşdırmaq üçün heç bir əsas verməməlidir.



Əgər ancaq hicablı qadın ismətli, qeyrətlidirsə onda deməli Səudiyyə və İran kimi (hicabın vacibliyi qanun olan) ölkələrdə bütün qadınlar qeyrətli hesab olunmalıdır. Eynilə hicabsız bütün qadınlar ismətsiz, qeyrətsiz hesab olunmalıdır. Yox, əgər bir ölkədə bütün qadınların qeyrətli olmasının mümkünsüzlüyünü qəbul edirsinizsə onda deməli hicaba qeyrət göstəricisi kimi baxmaq məntiqsizlikdir. Digər tərəfdən baxdıqda isə hicabsız lakin qeyrətli, tanıdığınız qadınları misal göstərə bilərsiniz. Bu isə hicabın əhəmiyyətsizlini bir daha göstərir.

Əgər hicab kişilərdə qadınlara qarşı seksual hisslərin yaranmaması üçün allah tərəfindən göndərilibsə, allah niyə kişilərin seksual hisslərini idarə etmək üçün bir az iradə vermirdi, qadına ömürlük həbs, hicab verirdi? Hicabla bağlı olan əksər fikir, ayə və hədisləri oxuyarkən görmək olar ki hicab daha çox kişilər üçün lazımdır nəinki qadınlar üçün. Məsələn həyat yoldaşına pis gözlə baxan yad kişilər həmin kişinin qeyrətinə toxunmuş olur, deməli qadın kişi üçün hicab taxmalıdır. Hicab taxmamasına görə bir naməhrəm kişi həmin qadının “zinət” yerlərinə baxıb cəhənnəmə gedəcəksə demək qadının hicab taxması kişiləri cəhənnəmdən qorumaq üçündür.

Belə nəticəyə gəlmək olar ki qadının bürünməsi kişi iradəsizliyini kompensasiya etmək üçün bir vasitədir. Özünə əxlaqlı deyən kişi seksual hisslərini də iradəsinə tabə edə bilməlidir. Əgər edə bilmirsə demək o əxlaqsızdır. Bu da dinin insanlara əxlaq dərsi keçməsinə ziddir, çünki din əxlaqsızı əxlaqlı etməyi yox qadınları bürünməklə cəzalandırmağı seçer. Beləliklə də islam kişi əxlaqsızlığı xəstəliyini müalicə etmir, simptomların qarşısını hicabla alır.

Qərb ölkələrirəndə kişilərin seksual aclığı müsəlman dininə inan xalqların yaşadığı ölkələrdəkindən qat-qat aşağıdır. Bunun da əsas göstəricisi qadın bədəninin normal qarşılanmasıdır. Təsəvvür edin bir insan elə bir ölkədədir ki yeməyə nə istəsə istədiyi qədər var. İlk günlərdə acgözlüklə hər şeyin dadına baxdıqdan sonra doyacaq. Artıq onun delikates hesab etdiyi yeməklər də normallaşacaq və o ancaq yaşamaq üçün nə qədər lazım olsa o qədər yeyəcək. Lakin həmin insan aclıq içərisində olan bir ölkədə olsa sevmədiyi yeməkərin iysi belə onda iştah hissini oyadacaq. O qarnını doymaq üçün nə olsa, nə yolla olsa tapıb yeyəcək.

Eyni arqumenti hicaba da aid etmək olar. Qadın nə qədər kişidən gizlədilərsə kişilərdə (eləcə də qadınlarda) bir o qədər seksual aclıq güclənəcək. Əbəs yerə deyil ki İran adlanan ölkə dünya üzrə pornoqrafik saytlara olan vizitlərin sayına görə liderdir. Beləliklə də islamın problemə birtərəfli yanaşmaqla əslində problemi həll etməməsini və sadəcə onun xarakterini dəyişməsini görmüş oluruq. Hicablı qadınlarla pis təcrübəsi olan insanlar da az deyil. Əgər onlar da nəzərə alınsa hicabın qadın üçün pis göstərici olmasını da demək olar.

Kefli İskender

2 comments:

  1. Maraqlidir ki, geyimin hansisa hissesinden ehtiraslanan, o geyimde insanlara meyl edenler, ancaq o predmetin dashiyicisina xususi hormet gosteren, inanan adamlar FETISHIZMin qurbanlaridir. hal-hazirda muselman idealogiyasinin ustunluk teskil etdiyi olkelerin daha cox istifade etdiyi porno saytlarda daha cox hicabli, cadrali qadinlarla olan videolar fetishlerin daha cox diqqetini celb edir. Baxilma reytinqine gore bu videolar on yerdedir. Eger muselmanlarin da hicaba xususi mehebbetini, qadinlari bu geyim novunden istifadeye mecburiyyeti nezere alsaq muasir dovrde bu "patalogiyaya cevrilmish fetishizm" adlanir

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete