Ekstremistlərə
qarşı ekspert, Ghaffar Hussain
'Pakistani Atheists and Agnostics' Facebook qrupunun yaradıcı olan
'Hazrat Nakhuda' ilə görüşməyə imkan tapdı.
Ateizmi qəbul
edən cavan pakistanlıların sayı artmaqdadır
və Tanrının varlığı sərbəst şəkildə müzakirəyə çıxarılır. Bir çox
analitiklər bu artımın səbəbini İslamçı gücün ölkədə inkişafında və həmçinin
insanların yeni fikirləri bölüşməyə və kəşf etməyinə imkan verən sosial media və
digər texnoloji vasitələrdə görür.
‘Pakistani Atheists and
Agnostics’ adlanan Facebook qrupu bir neçə ay öncə açıldı və hal-hazırda 800-dən
çox istifadəçi cəlb edə bilib. Bu fenomeni müzakirə etmək üçün qrupun yaradıcı
olan ‘Hazrat Nakhuda’ ləqəbi adı altında
fəaliyyət göstərən cavan pakistanlı texnoloqla söhbət olacaq.
Ghaffar: Pakistani Atheists and Agnostics” qrupunu
açmaqda səni nə ilhamlandırdı?
Hazrat
Nakhuda: Ateist qrupu və hərəkatları qlobal tendensiyadır. PAA da bunun bir hissəsidir, amma fərqlidir.
Problem odur ki, azad düşüncəlilər üçün
qrupların çoxu dünyəvi ölkələrdədir. Zənnimcə, mühakimə, rasionallıq və azad
düşüncə uğrunda İngiltərədə, Hollandiya və ya Kanadada mübarizələrin aparılmasına
(təcili şəkildə) ehtiyac yoxdu. Pakistan, Əfqanıstan və Səudiyyə Ərəbistan kimi
ölkələrdə mühakimə etmə uğrunda mübarizə aparmalıyıq. Burada mübarizə ən kəskin
olacaq, burada mühakimənin qələbəyə
ehtiyacı var və burada biz məğlub olmamalıyıq.
Müsəlmanların
əksər təşkil etdiyi demək olar ki bütün ölkələr iqtisadi və sosial cəhətdən zəin
inkişaf etmişdir. Fikrimcə, din dövlət tərəfindən qəbul olunarsa,ölkədə
inkişafı boğur. Pakistanlılar 40.000 mədrəsə işlədir, amma 5 yaşından aşağı
uşaqların 30 faizi kifayət qədər qida çatışmazlığından əziyyət çəkir.
Biz,
“polio”nu (ayaqları hərəkətsiz edə bilən ciddi infeksion xəstəlikdir-red)
aradan qaldırma kimi minillik hədəfimizi itirdik, çünki vaksinləri saxlaya biləcək
soyuducluarı işlədə bilmirik, amma “İslam bomba”sı üçün həyatımızı vermişik.
Əgər bilmək
istəyirsinizsə din dövlətin inkişafında necə əngəl ola bilər, o zaman Pakistana
baxın.
G: Sizi dindən
şübhələnməyə və ən sonda Ateist olmağa nə vadar etdi,
HN: Mən İslam
tərəfdarı idim. Məni oyadan o ideya oldu ki, mənim müsəlman olmağıma səbəb sadəcə
müsəlman ailəsində doğulmağım idi. Bir dini qəbul etmək və yüzlərlə Tanrı içindən
bir Tanrını əsl Tanrı kimi seçib və qalanlarını rədd etməyə səbəb valideynlərin
bunu təsdiq etməsidir və valideynlər çox qürrəli görünürlər.
Bu dövrdən
etibarən ayələr əvəzinə dəlillərə uyğun olaraq fikirləri rədd və qəbul etməyə
başladım. Bunu etməyə başladınsa, bir az zaman alacaq.
G: Sizin
yanaşmanız ontoloji, elmi yoxsa siyasidir?
HN: Əvvəllər
ontoloji idi. İndi daha çox siyasi və elmi.
G: Fikirlərinizdə
və fəaliyyətinizdə Pakistanda nə dərəcə sərbəstsiniz?
HN: Dost çevrəmdə çox sərbəstəm. Ailəm bilir ki mən Tanrıya inanmıram, amma onlar xəbərsizdir ki, belə bir təşkilata sədrlik edirəm. Aydındır ki, ləqəbdən istifadə etməyim nə qədər sərbəst ola biləcəyimi ifadə edir.
HN: Dost çevrəmdə çox sərbəstəm. Ailəm bilir ki mən Tanrıya inanmıram, amma onlar xəbərsizdir ki, belə bir təşkilata sədrlik edirəm. Aydındır ki, ləqəbdən istifadə etməyim nə qədər sərbəst ola biləcəyimi ifadə edir.
G: Ateizmin
Pakistanda artmasını deyə bilərikmi?
HN: Bəli,artmaqdadır. Amma ümid etdiyim səviyyədə artmır. Pakistanda çox sayda ateist olan yaxın dostlarım var. Təşkilata üzv olan hər birindən email alıram ki, daha başqa beş nəfər qoşulmaqlarını mənə demək istiyir, amma bacarmırlar.
HN: Bəli,artmaqdadır. Amma ümid etdiyim səviyyədə artmır. Pakistanda çox sayda ateist olan yaxın dostlarım var. Təşkilata üzv olan hər birindən email alıram ki, daha başqa beş nəfər qoşulmaqlarını mənə demək istiyir, amma bacarmırlar.
G: Sizcə bu
niyə artmaqdadır?
HN: Niyə artmaqdadır? İrəli sürəcəyim ən başlıca
səbəb internet və sosial mediadır. Biz sanki heç bir şey ilə bağlanmışıq.
Lahoredan kənarda kiçik şəhərdə bir oğlan Richard Dawkins, Carl Sagan və
Christopher Hitchensin məruzələrinə baxa bilər. 10 il öncə bu belə asan
deyildi.
Başqa bir səbəb
isə Pakistanlıların dünyaya hər vəchlə İslamın doğru olmasını sübut etmə cəhdləridir.
Bu cür insanlar müzakirə aparmaq üçün online forumlara daxil olanda onlara elə
suallarla verilir ki, bir müsəlman kimi onlar özünə bu sualları vermir.
G: Sizin üzvlərinizin
təxmini profili necədir?
HN: Üzvlərin əksəriyyəti
16 və 32 yaş arasında cavanlardır. Onların çoxu orta təbəqəli şəhərlidirlər; həkimlər,
mühəndislər, kompüter proqramçıları, hüquqşünas,biznesmen, rəssam və s. Üzvlərin
çoxu daha çox 3 ən böyük şəhərdəndir: Lahore, Karaçi və İslamabad.
Eyni zamanda
xaricdə yaşayan çoxlu sayda Pakistanlı əhalisi də var. Maraqları siyasətdən,iqtisadiyyatdan
tutmuş məişət məsələlərinə qədər dəyişir.
G: Pakistanlı
müsəlmanlardan nə cür cavablar alırsınız?
HN: Heç də həvəsləndirici
deyil. Amma qəribə şəxslər də var ki, mənim başımı kəsmək üçün istəkləri
olduğunu ifadə edirlər.
G: Bu səviyyə
siyasi hadisələrə və İslam gücünün inkişafı regiona necə təsir edir?
HN: İslam gücünün ölkədə inkişafı bir çox gizli ateistin peyda olmasını məcbur etdi. Bu daha çox pakistanlını aqnostik/ateist etdimi? Xeyir,etmədi. Bəzi hallarda bu insanların öz inancını sual etməyə zəmin yaratdı, onları tərk etməyə yox. Mən kəşf etdim ki,demək olar ki bir çox insanlar inancını geo-siyasi hadisələrə görə deyil, elmi və fəlsəfə arqumentlərə əsasən tərk edir.
G: Sosial
media və internet işinizdə sizə necə yardımçı olub?
HN: Bunlar
bizim etdiyimiz hər şeyin bel sütunudur. Bu üzvlərin bir-biri ilə əlaqə
yaratması üçün yoldur. Hər şey forumlardan və sosial mediadakı qruplardan
başlayıb.
G: Gələcəyə
dair planlarınız nədi?
HN:
Hal-hazırda əksər Pakistanlı Tanrıya inanmama kimi bir seçimin olmasından xəbərsizdirlər; onlar Allahın varlığı barədə şübhə etmirlər və ümumilikdə
onlar Ateistlərin movcudluğuna inanmırlar. Əlavə olaraq, Gallupun (beynəlxaq
sorğudur) sorğusuna əsasən Pakistanlıların 78 faizi inanır ki, İslamı tərk edən
öldürülməlidir. Və sonda, Pakistanın ciddi
küfr qanunları var. Əgər həyatım boyu bu üç şeyi dəyişə bilsəm, xoşbəxt
insan kimi ölərəm.
İngiliscədən çevirdi: Anar
No comments:
Post a Comment