Kiçik bir uşağın dənizə düşdüyünü görəndə dərhal atılıb onu qurtarmağa çalışırsınız. Bu davranışınız əxlaqlı bir davranışdır. Üzməyi bacarmırsınızsa siz də boğula bilərsiniz. Geyindiyiniz paltar islanar. İçi pul dolu pulqabınız dənizin dibinə düşə bilər. Ən azından soyuqlayıb xəstlənə bilərsiniz. Bu halda əxlaqa uyğun olan davranışınız ağıla zidddir. Elə isə, ağıl qarşısında əxlaqın mövqeyi nədir?
Əxlaq, ağıla uyğun davranmaqdır. Elə isə,ağıla uyğunluğun ölçüsü nədir? Hər şeyi anlamaq azad olmaqda, azadlığı düşüncədə tapmaqdadır. Açıq düşüncəyə qovuşan insanın əsarəti yox olur. İnsanlar bilmədiklərinin əsarətindədirlər, biliyi mənimsəyincə azad olurlar. Bu halda əxlaqımızın ölçüsü əşyanı qavrayışımızdadır, azad olmağımızdadır. Yaxşı-zehni mizi genişləndirən şey, pis-darlaşdıran şeydir. Əxlaq, güclü olmaqdır. Güclü olmaq üçün də azad olmaq gərəkir. Azad olmaq üçün də ağıla uyğyn davranmaq gərəkir.
Yaxşı deyəndə, bizə yararlı olduğunu bildiyimiz şeyi anlayırıq. Pis deyəndə, bir yaxşılığa çatmaqda bizə əngəl olacağını bildiyimiz şeyi. Yaxşı, ya da pis üzərində anlaşılan bilik, xəbərdar olduqlarımızdan sevinc və kədər duymağımızdan başqa bir şey deyildir. Hər kəs, öz təbiətinin qanunlarına görə yaxşı olduğunu hesab etdiyi şeyi istəyər, pis olduğunu hesab etdiyi şeyi istəməz.Hər bir kəs özünə faydalı olan şeyi axtarmaq,öz varlığını qorumaq üçün nə qədər çox çalışarsa və bunu bacarmaq üçün nə qədər gücü varsa,onun o qədər əxlaqı var deməkdir.Özü özünü qorumaq səyi,əxlaqın ilk və yeganə prinsipidir.Öz özünü qorumaq səyindən başlıca gələn əxlaq yarana bilməz.Əxlaqlı olmaq,ağılın buyurduğu qanunlara görə davranmaq,yaşamaq və öz varlığını qorumaqdan (bu üç şey birdir) başqa bir şey deyildir.Kimsə öz varlığını başqa bir şey üçün qorumağa çalışmaz.Ağılla etdiyimiz bütün səylər ancaq anlamağa yol açır və insan,yalnız ağlı vasitəsilə onu anlamağa aparan şeyin özü üçün faydalı olduğunu bilər.Bizlər ancaq bizi anlamağa aparan şeyə yaxşı,ona maneə olan şeyə də pis deyə bilərik.Aramızda ortaq bir şey olmadıqca heç bir şey bizim üçün yaxşı ya da pis ola bilməz.Bir şey bizim təbiətimizə uyğun olduğu üçün zəruri olaraq yaxşıdır,bizim təbiətimizə zidd olduğu üçün zəruri olaraq pisdir.Əsl əxlaq ağılın prinsiplərinə görə yaşamaqdan başqa bir şey olmadığı və gücsüzlüyün də ancaq insanın bilmədiyi biliklər tərəfindən idarə edilməsinə təslim olmasından başqa bir şey olmadığıdır.
Ağlın prinsipi,insanın öz qazancını və özünə faydalı olan şeyi araşdırmasıdır.Ağıl,təbiət ə zidd heç bir şey istəməz.Beləliklə,o hər kəsin özü özünü sevməsini,öz yaxşılığını istəməsini,həqiqətən özünə yararlı olan şeyi axtarmasını,onu daha çox inkişafa aparan şeylərə yönəlməsini,öz varlığını qorumasını buyurur.Əxlaqın mahiyyəti,insanın öz varlığını qoruması üçün etdiyi səylərdən başqa bir şey deyildir və ali xoşbəxtlik insanın ancaq özünü
qorumasından ibarətdir.Ətrafımızda bizə yararlı olan şeylər vardır,varlığımızı qorumaq üçün ehtiyacımız olduğu anda bu şeyləri də istəməliyik.Yan-yana gələn iki insan,ayrı-ayrı iki insandan iki qat daha güclüdür.Bu səbəbdən insana insandan daha yararlı bir şey yoxdur.Beləliklə,insanlar bütün bədənlərin tək bədən,bütün istəklərin tək istək olacaq şəkildə birləşməsindən başqa bir şey istəməzlər.Bu şəkildə birləşmə öz varlıqlarını qorumaq üçün ümumi səyə gətirib çıxarır,ümumi faydaları olan şeyi eyni istəklə araşdırmış olurlar.Bundan məntiqi bir nəticə çıxır ki,ağılla hərəkət edən insanlar,ağılın prinsiplərinə görə öz qazanclarını axtaran insanlar başqalarına olmasını istəmədikləri şeyi özlərinə də istəməzlər və buna görədə onlar ədalətli,sadiq və namusludurlar.
İnsanın öz mənfəətini və özünə faydalı olan şeyi axtarmasını zəruri edən ağlın bu prinsipini dindarlığın və əxlaqın əsası deyil də,əksinə,dinsizliyin və əxlaqsızlığın əsası olduğunu hesab edənlər yanılrlar.Əxlaq,insanın öz varlığını qoruması üçün ən yararlı şeydir və heç bir şey insanın varlığını qorumaq baxımından ondan daha yararlı deyil.Əxlaq,bax buna görə,bütün hsmı üçün arzu olunmalıdır.
Bu halda,dənizə düşən uşağı xilas etmək üçün paltarlarınızın islanmasına,pul qabınızın dənizin dibinə düşməsinə,xəstələnməyə,boğ ulmağa əhəmiyyət verməyərək dərhal dənizə atılmalısınız.Çünki siz də dənizə düşsəniz sizin üçün də atılmaları gərəkir.Başqalarına olmasını istəmədiyiniz şeyi özünüz üçün də istəmədiyinizə görə,özünüz üçün istədiyiniz başqaları üçün də istəyəcəksiniz.Belə davranış ağlıla zidd davranış deyil.Çünki yenə də özünüzü düşünmüş olursunuz...
No comments:
Post a Comment