30 January 2012

Yad planet


2014-cü ildə NASA digər planetlərdə həyat axtarışı üçün yeni missiyaya başlayacaq. Bu simulyasiya olunmuş film Darvin IV adlı yerə ən yaxın ulduzdakı planları nümaiş etdirir. Darvin IV yerdən 6.5 işıq ili uzaqda yerləşir, iki günəşi var və qravitasiyası Yerin qaravitasiyasının 60%-I qədərdir, hansı ki həyat üçün potensial planetdir. Darvin IV-ə səyahət 42 il davam edəcək. Göndərilən robot bir böyük analıq və üç kiçik probdan (Balboa, Da Vinçi və Nyuton) ibarət olacaq. Analıq planet ətrafında orbit etdiyi halda digər 3 kiçik robotlar planet üzərinə enəcəklər. Kiçik robotlar analıq tərəfindən proqramlaşdırılacaq və yerə siqnallar göndərəcək. Robotlar daxili laboratoriyalarla təchiz olunub və planetdən götürülmüş materialları yerindəcə analız etmək qabiliyyətinə malikdir.  Simulyasiyada missiya 160 gün davam edir.

Görəsən Darvin IV-də həyat tapılsa İncil və Qurandan elm, yaranışı öyrənənlər nə edəcəklər? Təəssüflə biz bunu görməyə də bilərik. Lakin gələcək nəsil mütləq görəcək. Bəlkə də NASAnın robotları Darvin IV-ə çatana qədər daha sürətli robotlarla təchiz olunmuş roketlər ixtira olunacaq və insanın digər planetləri “işğal” etməsi adi bir hal alacaq.


Kefli İskender




29 January 2012

Hicab və əxlaq


İslamın absurd tələblərindən biri də hicabdır. Hicabla qadınların qeyrətini, ismətini və daha nələrini müzakirə edirlər. Mənim fikrimcə isə bu sadəcə keçmişin bir hissəsidir və qadın haqda fikir formalaşdırmaq üçün heç bir əsas verməməlidir.



Əgər ancaq hicablı qadın ismətli, qeyrətlidirsə onda deməli Səudiyyə və İran kimi (hicabın vacibliyi qanun olan) ölkələrdə bütün qadınlar qeyrətli hesab olunmalıdır. Eynilə hicabsız bütün qadınlar ismətsiz, qeyrətsiz hesab olunmalıdır. Yox, əgər bir ölkədə bütün qadınların qeyrətli olmasının mümkünsüzlüyünü qəbul edirsinizsə onda deməli hicaba qeyrət göstəricisi kimi baxmaq məntiqsizlikdir. Digər tərəfdən baxdıqda isə hicabsız lakin qeyrətli, tanıdığınız qadınları misal göstərə bilərsiniz. Bu isə hicabın əhəmiyyətsizlini bir daha göstərir.

Əgər hicab kişilərdə qadınlara qarşı seksual hisslərin yaranmaması üçün allah tərəfindən göndərilibsə, allah niyə kişilərin seksual hisslərini idarə etmək üçün bir az iradə vermirdi, qadına ömürlük həbs, hicab verirdi? Hicabla bağlı olan əksər fikir, ayə və hədisləri oxuyarkən görmək olar ki hicab daha çox kişilər üçün lazımdır nəinki qadınlar üçün. Məsələn həyat yoldaşına pis gözlə baxan yad kişilər həmin kişinin qeyrətinə toxunmuş olur, deməli qadın kişi üçün hicab taxmalıdır. Hicab taxmamasına görə bir naməhrəm kişi həmin qadının “zinət” yerlərinə baxıb cəhənnəmə gedəcəksə demək qadının hicab taxması kişiləri cəhənnəmdən qorumaq üçündür.

Belə nəticəyə gəlmək olar ki qadının bürünməsi kişi iradəsizliyini kompensasiya etmək üçün bir vasitədir. Özünə əxlaqlı deyən kişi seksual hisslərini də iradəsinə tabə edə bilməlidir. Əgər edə bilmirsə demək o əxlaqsızdır. Bu da dinin insanlara əxlaq dərsi keçməsinə ziddir, çünki din əxlaqsızı əxlaqlı etməyi yox qadınları bürünməklə cəzalandırmağı seçer. Beləliklə də islam kişi əxlaqsızlığı xəstəliyini müalicə etmir, simptomların qarşısını hicabla alır.

Qərb ölkələrirəndə kişilərin seksual aclığı müsəlman dininə inan xalqların yaşadığı ölkələrdəkindən qat-qat aşağıdır. Bunun da əsas göstəricisi qadın bədəninin normal qarşılanmasıdır. Təsəvvür edin bir insan elə bir ölkədədir ki yeməyə nə istəsə istədiyi qədər var. İlk günlərdə acgözlüklə hər şeyin dadına baxdıqdan sonra doyacaq. Artıq onun delikates hesab etdiyi yeməklər də normallaşacaq və o ancaq yaşamaq üçün nə qədər lazım olsa o qədər yeyəcək. Lakin həmin insan aclıq içərisində olan bir ölkədə olsa sevmədiyi yeməkərin iysi belə onda iştah hissini oyadacaq. O qarnını doymaq üçün nə olsa, nə yolla olsa tapıb yeyəcək.

Eyni arqumenti hicaba da aid etmək olar. Qadın nə qədər kişidən gizlədilərsə kişilərdə (eləcə də qadınlarda) bir o qədər seksual aclıq güclənəcək. Əbəs yerə deyil ki İran adlanan ölkə dünya üzrə pornoqrafik saytlara olan vizitlərin sayına görə liderdir. Beləliklə də islamın problemə birtərəfli yanaşmaqla əslində problemi həll etməməsini və sadəcə onun xarakterini dəyişməsini görmüş oluruq. Hicablı qadınlarla pis təcrübəsi olan insanlar da az deyil. Əgər onlar da nəzərə alınsa hicabın qadın üçün pis göstərici olmasını da demək olar.

Kefli İskender

22 January 2012

Təbiətə dindar və ateist baxışları


Ateistlə dinçilərin yanaşmaları əksər hallarda tam və ya qismən fərqli olur. Eləcə də təbiətə münasibətdə.  Məsələn, almaya bir dindar və ateistin münasibəti tam fərqlidir. Ateist almanın da onu kimi təbiətin bir hissəsi olduğunu sanır. O düşünür və bilir ki ağac da bir canlı kimi həyatda qalması üçün mübarizə aparır və çoxalmaq üçün toxumları vardır. Toxumları soyuqdan, quraqlıqdan, sərt iqlimdən qorumaq üçün meyvə ləti vardır. İnsan isə qida üçün almanın meyvələrini yeyir. Müsəlman dindar isə almaya allahın məhz onun yeməsi üçün yaratdığı meyvə kimi baxır.

Sonda hər ikisinin alma yeməsi almaya yanaşmanı əhəmiyyətsiz edir. Lakin, bir halda ki dinlər “mütləq əxlaq”la ququr düyürlar, onda təbiətə belə eqoist yanaşma niyə əxlaqsızlıq hesab olunmur? Bir müsəlman təbiətdə istənilən şeyin onun üçün yarandığını deyəcək və o inanır ki allah təbiəti onun üçün axirət gününəcən var edəcək. Belə yanaşmalar təbiətin istismarına gətirib çıxarır ki hal hazırda nəsli kəsilməkdə olan heyvanların və bitkilərin sayı kəskin sürətlə artmaqdadır. Təsadüfi deyil ki təbiəti sevənlərin və qoruyanların böyük əksəriyyəti ateistlərdir.

Təbiətə eqoist dinçi (əsasən də müsəlman) yanaşmasını görüb fundamentalist müsəlmanın ətraf mühitin mühafivəzəçisi olmasını düşünmək olduqca çətindir.

Kefli İskender

17 January 2012

Din insana nə aşılayır

Fanatik müsəlmanlar ətrafımızda olan bir çox şeylərin ərəb dilində “allah” sözünün yazılışına bənzədirlər. Bununla da allahın yaradıcı olmasını və ümumiyyətlə mövcud olmasını sübut etməyə çalışırlar.

Bu bənzətmələrdən ən məşhuru isə insan əlinin quruluşudur ki həmin yazılışa bənzədilir. Burada bir sıra paradokslar var ki həqiqətən də gülüncdür. Məsələn insan yarandıqda nə dil nə də millətlər mövcud idi və allahın ərəbcə öz adınının formasına bənzər yaratdığı əlin olması olduqca primitiv düşüncədir. Müsəlmanlar belə arqument ortaya qoya bilər ki ərəb dilini yaradan da elə allahdır. Olsun, amma nədən allah digər yaradacağı dillərə bu qədər hörmətsiz yanaşdı? Niyə latın qrafikalı azərbaycan dilindəki kimi “allah” formasında əl yaratmadı?

Bunun bir izahı var o da eqoist dinçi insanın düşüncə tərzidir. O hər zaman özünün tanrı tərəfindən xüsusi olmasını, digərlərindən seçilməsini düşünür. Ona görə də bir dinçi müsəlman (və ya başqa dinə inanan dinçi) heç vaxt digər insanlara, onların dilinə, mədəniyyətinə eyni gözlə baxa bilməz. Dinçi qarşısındakı insanı ancaq onun inandığı dəyərlərə inandıqda, o dəyərlərlə yaşadıqda qəbul edir. Bu isə humanizmə zidd bir təfəkkür formalaşdırır. Din insanlara qeyri tolerantlıq tərbiyə edir, onları digər insanlardan ayırır, həyata qarşı eqoist münasibət aşılayır.

~Kefli İskender

16 January 2012

Pakistanda Ateizmin İnkişafı


Ekstremistlərə qarşı ekspert, Ghaffar Hussain  'Pakistani Atheists and Agnostics' Facebook qrupunun yaradıcı olan 'Hazrat Nakhuda' ilə görüşməyə imkan tapdı.

Ateizmi qəbul edən cavan pakistanlıların sayı artmaqdadır  və Tanrının varlığı sərbəst şəkildə müzakirəyə çıxarılır. Bir çox analitiklər bu artımın səbəbini İslamçı gücün ölkədə inkişafında və həmçinin insanların yeni fikirləri bölüşməyə və kəşf etməyinə imkan verən sosial media və digər texnoloji vasitələrdə görür.

‘Pakistani Atheists and Agnostics’ adlanan Facebook qrupu bir neçə ay öncə açıldı və hal-hazırda 800-dən çox istifadəçi cəlb edə bilib. Bu fenomeni müzakirə etmək üçün qrupun yaradıcı olan  ‘Hazrat Nakhuda’ ləqəbi adı altında fəaliyyət göstərən cavan pakistanlı texnoloqla söhbət olacaq.

Ghaffar:  Pakistani Atheists and Agnostics” qrupunu açmaqda səni nə ilhamlandırdı?
Hazrat Nakhuda: Ateist qrupu və hərəkatları qlobal tendensiyadır.  PAA da bunun bir hissəsidir, amma fərqlidir. Problem odur ki,  azad düşüncəlilər üçün qrupların çoxu dünyəvi ölkələrdədir. Zənnimcə, mühakimə, rasionallıq və azad düşüncə uğrunda İngiltərədə, Hollandiya və ya Kanadada mübarizələrin aparılmasına (təcili şəkildə) ehtiyac yoxdu. Pakistan, Əfqanıstan və Səudiyyə Ərəbistan kimi ölkələrdə mühakimə etmə uğrunda mübarizə aparmalıyıq. Burada mübarizə ən kəskin olacaq,  burada mühakimənin qələbəyə ehtiyacı var və burada biz məğlub olmamalıyıq.

Müsəlmanların əksər təşkil etdiyi demək olar ki bütün ölkələr iqtisadi və sosial cəhətdən zəin inkişaf etmişdir. Fikrimcə, din dövlət tərəfindən qəbul olunarsa,ölkədə inkişafı boğur. Pakistanlılar 40.000 mədrəsə işlədir, amma 5 yaşından aşağı uşaqların 30 faizi kifayət qədər qida çatışmazlığından əziyyət çəkir.

Biz, “polio”nu (ayaqları hərəkətsiz edə bilən ciddi infeksion xəstəlikdir-red) aradan qaldırma kimi minillik hədəfimizi itirdik, çünki vaksinləri saxlaya biləcək soyuducluarı işlədə bilmirik, amma “İslam bomba”sı üçün həyatımızı vermişik.

Əgər bilmək istəyirsinizsə din dövlətin inkişafında necə əngəl ola bilər, o zaman Pakistana baxın.

G: Sizi dindən şübhələnməyə və ən sonda Ateist olmağa nə vadar etdi,

HN: Mən İslam tərəfdarı idim. Məni oyadan o ideya oldu ki, mənim müsəlman olmağıma səbəb sadəcə müsəlman ailəsində doğulmağım idi. Bir dini qəbul etmək və yüzlərlə Tanrı içindən bir Tanrını əsl Tanrı kimi seçib və qalanlarını rədd etməyə səbəb valideynlərin bunu təsdiq etməsidir və valideynlər çox qürrəli görünürlər.

Bu dövrdən etibarən ayələr əvəzinə dəlillərə uyğun olaraq fikirləri rədd və qəbul etməyə başladım. Bunu etməyə başladınsa, bir az zaman alacaq.

G: Sizin yanaşmanız ontoloji, elmi yoxsa siyasidir?

HN: Əvvəllər ontoloji idi. İndi daha çox siyasi və elmi.

G: Fikirlərinizdə və fəaliyyətinizdə Pakistanda nə dərəcə sərbəstsiniz?

HN: Dost çevrəmdə çox sərbəstəm. Ailəm bilir ki mən Tanrıya inanmıram, amma onlar xəbərsizdir ki, belə bir təşkilata sədrlik edirəm. Aydındır ki, ləqəbdən istifadə etməyim nə qədər sərbəst ola biləcəyimi ifadə edir.

G: Ateizmin Pakistanda artmasını deyə bilərikmi?

HN: Bəli,artmaqdadır. Amma ümid etdiyim səviyyədə artmır. Pakistanda çox sayda ateist olan yaxın dostlarım var. Təşkilata üzv olan hər birindən email alıram ki, daha başqa beş nəfər qoşulmaqlarını mənə demək istiyir, amma bacarmırlar.

G: Sizcə bu niyə artmaqdadır?

HN:  Niyə artmaqdadır? İrəli sürəcəyim ən başlıca səbəb internet və sosial mediadır. Biz sanki heç bir şey ilə bağlanmışıq. Lahoredan kənarda kiçik şəhərdə bir oğlan Richard Dawkins, Carl Sagan və Christopher Hitchensin məruzələrinə baxa bilər. 10 il öncə bu belə asan deyildi.
Başqa bir səbəb isə Pakistanlıların dünyaya hər vəchlə İslamın doğru olmasını sübut etmə cəhdləridir. Bu cür insanlar müzakirə aparmaq üçün online forumlara daxil olanda onlara elə suallarla verilir ki, bir müsəlman kimi onlar özünə bu sualları vermir.

G: Sizin üzvlərinizin təxmini profili necədir?

HN: Üzvlərin əksəriyyəti 16 və 32 yaş arasında cavanlardır. Onların çoxu orta təbəqəli şəhərlidirlər; həkimlər, mühəndislər, kompüter proqramçıları, hüquqşünas,biznesmen, rəssam və s. Üzvlərin çoxu daha çox 3 ən böyük şəhərdəndir: Lahore, Karaçi və İslamabad.
Eyni zamanda xaricdə yaşayan çoxlu sayda Pakistanlı əhalisi də var. Maraqları siyasətdən,iqtisadiyyatdan tutmuş məişət məsələlərinə qədər dəyişir.

G: Pakistanlı müsəlmanlardan nə cür cavablar alırsınız?

HN: Heç də həvəsləndirici deyil. Amma qəribə şəxslər də var ki, mənim başımı kəsmək üçün istəkləri olduğunu ifadə edirlər.

G: Bu səviyyə siyasi hadisələrə və İslam gücünün inkişafı regiona necə təsir edir?

HN: İslam  gücünün ölkədə inkişafı bir çox gizli ateistin peyda olmasını məcbur etdi. Bu daha çox pakistanlını aqnostik/ateist etdimi? Xeyir,etmədi. Bəzi hallarda bu insanların öz inancını sual etməyə zəmin yaratdı, onları tərk etməyə yox. Mən kəşf etdim ki,demək olar ki bir çox insanlar inancını geo-siyasi hadisələrə görə deyil, elmi və fəlsəfə arqumentlərə əsasən tərk edir.

G: Sosial media və internet işinizdə sizə necə yardımçı olub?
HN: Bunlar bizim etdiyimiz hər şeyin bel sütunudur. Bu üzvlərin bir-biri ilə əlaqə yaratması üçün yoldur. Hər şey forumlardan və sosial mediadakı qruplardan başlayıb.

G: Gələcəyə dair planlarınız nədi?

HN: Hal-hazırda əksər Pakistanlı Tanrıya inanmama kimi bir seçimin olmasından xəbərsizdirlər; onlar Allahın varlığı barədə şübhə etmirlər və ümumilikdə onlar Ateistlərin movcudluğuna inanmırlar. Əlavə olaraq, Gallupun (beynəlxaq sorğudur) sorğusuna əsasən Pakistanlıların 78 faizi inanır ki, İslamı tərk edən öldürülməlidir. Və sonda, Pakistanın ciddi  küfr qanunları var. Əgər həyatım boyu bu üç şeyi dəyişə bilsəm, xoşbəxt insan kimi ölərəm.

İngiliscədən çevirdi: Anar

15 January 2012

Kainat altı günə necə yaradıldı?


Kainatın necə yaranması nədənsə bütün dindar insanlar üçün həyatda ən maraqlı sualdır. Sanki bu sualın cavabını bilməklə həyatın mənasını dərk edirlər. Belə görsənir ki indiyəcən din bu sualın cavabını çox sadə yolla 2000 ildən də çoxdur ki verib. Tövratda sonra İncildə daha sonra isə Quranda rastlaşdığımız kainatın tanrı tərəfindən nə qədər vaxta yaradılması ilə bağlı rəqəmlər indinin özündə də bir çox insanlar üçün inandırıcı gəlir.

Burada bir neçə uyğunsuzluq var, bunlardan biri də İncil və Quranda yaradılışla bağlı ayələrin kəskin uyğunsuzluğudur. Məsələn hər iki kitabda tanrının kainatı 6 günə yaratdığı deyilməsinə baxmayaraq, həmin 6 gün ərzində tanrının gördükləri işlər tamamilə fərqlidir. Əlbəttə bu Quranla İncilin bir şəxsin (və ya tanrının) intellektual mənsubiyyəti olmamasını göstərir. Uzun olduğu üçün İncildən olan ayələri sonda əlavə yerləşdirmişəm, maraqlananlar müqaisə üçün oxuya bilərlər. İndi isə bizə daha “yaxın” olan Qurandan ayəyə baxaq.

41. Surat Fussilat, Meccan
(12) Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”

XX əsrdə elmin sürətlə inkişafı dinlərin də propaqandasına təkan verdi. İndi elmin nail olduğu düsturlardan, nəzəriyyələrdən istifadə edərək dinlərin də elmi əsaslara söykənməsini deyən insanlar çoxalıb. Məsələn yuxarıdakı ayənin müasir insan üçün inandırıcı olmamasını görüb bir dinçi burada nisbilik nəzəriyyəsinin nəzərə alınmasını deyir. Yəni  zaman nisbidir və allahın Quranda nazil etdiyi zaman nisbilik nəzəriyyəsinə əsasən Böyük Partlayışdan (The Big Bang) sonrakı 7 gün nəzərdə tutulmalıdır. Belə ki insanın günü ilə allahın günü arasında böyük fərq varmış. Fərq hər “gün” üçün fərqlidir. Məndə olan məlumata görə bu rəqəmlər “Fiziki kosmologiyanın əsasları” adlı kitabdandır.

1-ci gün 24saat=8 milyard il
2-gün 24saat=4 milyard il
3-cü gün 24saat=2 milyard il
4-cü gün 24saat=1 milyard il
5-ci gün 24saat=500 milyon il
6-ci gün 24saat=250 milyon il

Ayəyə bir də nəzər salaq “Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi”. Belə görünür ki Qurana görə biz, yəni insanlar allahın üçüncü və dördüncü günlərdə yaranmışıq. Hətta dördüncü günün sonunda belə yaransaydıq bu o demək idi ki allahın beşinci və altıncı günlərində (insan günü ilə 750 milyon il) göylər xəlq olunub qurtarmamışdı. Yəni birinci yer, sonra insanlar, nəhayət 750 milyon il sonra atmosfer yaradılıb qurtarmışdı. Bəs insan və digər canlılar necə nəfəs alırdılar, daha doğrusu nə ilə nəfəs alırdılar?

Bəli islam “alimləri” Quranı elm adlandırıb, elmdən iki cümlə əzbərləyib bir-iki sadəlövh insanı tovlaya bilərlər. Bəs yerdə qalan düşünənlər? Bu hələ son deyil, ikinci problem isə insanın bir canlı kimi elmə məlum olan ömrü ilə bağlıdır. Elm Homosapiens növünün ömrünün cəmi 200 000 il olmasını göstərir. Quran və “Fiziki kosmologiyanın əsasları” kitabındakı rəqəmlərə əsaslandıqda isə insanın yer üzərində, göylərin tam yaradılmasına qədər, 750 milyol il müvcud olması deyilir. Üstəgəl kainat tam hazır olduqdan sonrakı müddət.

Növbəti problem Böyük Partlayışın (The Big Bang) necə baş verdiyi haqda məlumatsızlıqdır. Daha doğrusu Quranda deyilənlərlə tam uyğunsuzluq. Yuxarıda göstərdiyim ayədən belə aydın olur ki allah ilk növbədə yeri sonra yer üzərindəkiləri və sonda göyləri, yəni səmaya baxarkən nə görsək onları yaratdı. Nəzərə alsaq ki biz başlanğıcın partlayış olmasından danışırıq, demək burada eyni zamanda saysız hesabsız fəza cisimlərinin yaranmasını qəbul etməliyik, burada sıradan danışmaq olduqca primitiv və məntiqsiz olardı. Böyük Partlayışdan sonra bütün ulduzlar və planetlər təbiət qanunlarına əsasən dəyişərək indiki hallarına gəliblər. Burada heç bir ardıcıllıqdan söhbət gedə bilməz.

Bu ayədə haqqında danışacağım son problem isə “gün” sözünün istifadəsi ilə bağlı olacaq. Bizim bildiyimiz “bir gün” Yer planetinin öz oxu ətrafında bir dövrü üçün sərf olunan zamandır. Daha aydın desək günəşin bir dəfə doğması ilə ikinci dəfə doğması arasındakı zaman fərqi (Yerin ekvatora yaxın hissələrində!). Bəs görəsən allah “gün” deyərkən nəyi nəzərdə tutmuşdu? Məgər o da yer üzərində dayanmışdı? Yoxsa o da öz oxu üzrə fırlanır və gecə gündüzlə zamanı günlərə ayırır? Əgər o göyü (səma və göyə baxarkən gördüyünüz hər nə varsa, günəş də daxil olmaqla.) son iki gündə (5 və 6-cı gün) yaratdısa onda yeri və yer üzərində olanları yaradanda zamanı necə ölçdü? Yəni allah bizim başa düşməyimiz üçün zamanı günlə deyirdisə niyə hər günü “öz arşını ilə ölçürdü”?

Beləliklə Quranın elmə zidd daha bir ayəsi ilə tanış olduq. Bununla bərabər Quranı elmlə əlaqələndirməyə çalışan insanların məntiqsiz cəhdlərini gördük. Əminəm ki bir çoxlarınız bu haqda düşünmüşdünüz. Buna heç bir savad lazım deyil. Sadəcə verilən rəqəmlərə və sözlərə diqqətlə fikir vermək yetər ki istənilən adam bu nəticəyə gəlsin. Ona görə də dindarlar sizə elmdən rəqəmlər nəzəriyyələrlə arqumentlər qoyduqda sadəcə diqqətli olun. Əmin olun ki onlar özü də bu elmlərdən xəbərsizdilər. Əgər belə olmasaydı Quranı elm adlandırardılarmı?

Kefli İskender

Əlavə (Quranla İncilin yaradılışla uyğunsuzluğu göstərən ayələr)
İncil Yaradılış surəsi Birinci bölüm (Türkcə)
Dünyanın Yaratılışı
1 Başlangıçta Tanrı göğü ve yeri yarattı.
2 Yer boştu, yeryüzü şekilleri yoktu; engin karanlıklarla kaplıydı. Tanrı'nın Ruhu suların üzerinde dalgalanıyordu.
3 Tanrı, "Işık olsun" diye buyurdu ve ışık oldu.
4 Tanrı ışığın iyi olduğunu gördü ve onu karanlıktan ayırdı.
5 Işığa "Gündüz", karanlığa "Gece" adını verdi. Akşam oldu, sabah oldu ve ilk gün oluştu.
6 Tanrı, "Suların ortasında bir kubbe olsun, suları birbirinden ayırsın" diye buyurdu.
7 Ve öyle oldu. Tanrı gökkubbeyi yarattı. Kubbenin altındaki suları üstündeki sulardan ayırdı.
8 Tanrı kubbeye "Gök" adını verdi. Akşam oldu, sabah oldu ve ikinci gün oluştu.
9 Tanrı, "Göğün altındaki sular bir yere toplansın ve kuru toprak görünsün" diye buyurdu ve öyle oldu.
10 Kuru alana "Kara", toplanan sulara "Deniz" adını verdi. Tanrı bunun iyi olduğunu gördü.
11 Tanrı, "Yeryüzü bitkiler, tohum veren otlar ve türüne göre tohumu meyvesinde bulunan meyve ağaçları üretsin" diye buyurdu ve öyle oldu.
12 Yeryüzü bitkiler, türüne göre tohum veren otlar ve tohumu meyvesinde bulunan meyve ağaçları yetiştirdi. Tanrı bunun iyi olduğunu gördü.
13 Akşam oldu, sabah oldu ve üçüncü gün oluştu.
14-15 Tanrı şöyle buyurdu: "Gökkubbede gündüzü geceden ayıracak, yeryüzünü aydınlatacak ışıklar olsun. Belirtileri, mevsimleri, günleri, yılları göstersin." Ve öyle oldu.
16 Tanrı büyüğü gündüze, küçüğü geceye egemen olacak iki büyük ışığı ve yıldızları yarattı.
17-18 Yeryüzünü aydınlatmak, gündüze ve geceye egemen olmak, ışığı karanlıktan ayırmak için onları gökkubbeye yerleştirdi. Tanrı bunun iyi olduğunu gördü.
19 Akşam oldu, sabah oldu ve dördüncü gün oluştu.
20 Tanrı, "Sular canlı yaratıklarla dolup taşsın, yeryüzünün üzerinde, gökte kuşlar uçuşsun" diye buyurdu.
21 Tanrı büyük deniz canavarlarını, sularda kaynaşan bütün canlıları ve uçan varlıkları türlerine göre yarattı. Bunun iyi olduğunu gördü.
22 Tanrı, "Verimli olun, çoğalın, denizleri doldurun, yeryüzünde kuşlar çoğalsın" diyerek onları kutsadı.
23 Akşam oldu, sabah oldu ve beşinci gün oluştu.
24 Tanrı, "Yeryüzü türlü türlü canlı yaratıklar, evcil ve yabanıl hayvanlar, sürüngenler türetsin" diye buyurdu. Ve öyle oldu.
25 Tanrı türlü türlü yabanıl hayvan, evcil hayvan, sürüngen yarattı. Bunun iyi olduğunu gördü.
26 Tanrı, "İnsanı kendi suretimizde, kendimize benzer yaratalım" dedi, "Denizdeki balıklara, gökteki kuşlara, evcil hayvanlara, sürüngenlere, yeryüzünün tümüne egemen olsun."
27 Tanrı insanı kendi suretinde yarattı. Böylece insan Tanrı suretinde yaratılmış oldu. İnsanları erkek ve dişi olarak yarattı.
28 Onları kutsadı ve, "Verimli olun, çoğalın" dedi, "Yeryüzünü doldurun ve denetiminize alın; denizdeki balıklara, gökteki kuşlara, yeryüzünde yaşayan bütün canlılara egemen olun.
29 İşte yeryüzünde tohum veren her otu ve tohumu meyvesinde bulunan her meyve ağacını size veriyorum. Bunlar size yiyecek olacak.
30 Yabanıl hayvanlara, gökteki kuşlara, sürüngenlere - soluk alıp veren bütün hayvanlara - yiyecek olarak yeşil otları veriyorum." Ve öyle oldu.
31 Tanrı yarattıklarına baktı ve her şeyin çok iyi olduğunu gördü. Akşam oldu, sabah oldu ve altıncı gün oluştu.
İkinci bölüm
1 Gök ve yer bütün öğeleriyle tamamlandı.
2 Tanrı yapmakta olduğu işi yedinci gün bitirdi. O gün işi bırakıp dinlendi.
3 Yedinci günü kutsadı. Onu kutsal bir gün olarak ayırdı. Çünkü Tanrı o gün yaptığı, yarattığı bütün işi bitirip dinlendi.

9 January 2012

Dinlər və elm düşmənçiliyi

Qalileo Qaliley
(1564 - 1642)
Bəzi fanatik dinçilər elmlə dini əlaqələndirməyə çalışırlar. Bu yolla öz aləmlərində köhnəlmiş dinlərini insanların suallarına daha dolğun cavab verən elmin hesabına yeni nəslin beyninə yeridirlər. Xristian dini tarix boyu elm qarşısında duran ən böyük maneələrdən biri olmuşdur. Belə ki xristian keşişləri özəlliklə də katoliklər İncil ayələrinə zidd olan bütün elmi kəşfləri və ixtiraları rədd etmiş və həmin alimləri xristian məhkəmələrində günahkar çıxarıb ifşa etmişdilər.


Elm düşmənçiliyinin qurbanlarından biri də İtalian alimi, riyaziyyatçı, astronom, və fizik Qalileo Qaliley olmuşdu. 1633-cü ildə, ömrünün 69-cu ilində ictimai yerlərdə Yer planetinin Günəş ətrafında fırlanmasını dediyi üçün katolik kilsəsi tərəfindən evdə cəzaçəkməyə məhkum edilmişdi. Beləliklə alim ömrünün son səkkiz ilini öz evində həbsdə qalmışdır.


Xristianlar bundan utanmayaraq alimin günahını, ölməsinə baxmayaraq hələ də qüvvədə saxlamışdılar. Nəhayət, 13 il davam edən müraciətlərdən sonra Roma Papası II John Paul Yepiskop Elmlər Akademiyası ilə şəxsən əlaqə saxladıqdan sonra Qalileo Qalileyi günahsız elan etmişdilər. Bu hadisə alimin məhkum olunmasından 359 il sonra 1992-ci il 31 oktyabr tarixində baş vermişdi. Həmin gündən sonra Roma Katolik Kilsəsi rəsmi olaraq Yerin müstəvi yox kürə olmasını və Günəş ətrafında fırlanmasını qəbul etmişdi.


Bunu oxuyaraq bəziləriniz düşünə bilərsiniz ki qərəzli yazıram və dinlər elmin əleyhinə deyil. Bunu İncil və Qurandan ayələrlə göstərə bilərəm ki hər iki din birbaşa və bilavasitə elmə ziddirlər, heç biri həqiqətə yaxın deyil və nəticə etibarilə ilahi qüvvə tərəfindən gəlməmişdir.


İncil Zəbur surəsi 96:10 ”O yeri möhkəm və tərpənməz etdi...”
Əslində bu fikir bir neçə dəfə təkrar olunur və mən tərcümədə təhrifə yol verməmək üçün qalanlarını tərcüməsiz ingilis dilindən köçürürəm.


1 Chronicles 16:30: “He has fixed the earth firm, immovable.”
Psalm 93:1: “Thou hast fixed the earth immovable and firm ...”
Psalm 96:10: “He has fixed the earth firm, immovable ...”
Psalm 104:5: “Thou didst fix the earth on its foundation so that it never can be shaken.”
Isaiah 45:18: “...who made the earth and fashioned it, and himself fixed it fast...”


Quranda isə İncilin də allah tərəfindən verilməsi deyilir.
2 Bəqərə: (146) Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar.


Beləliklə də nə Quranın nə də İncilin astronomik həqiqətlərlə əlaqəsizliyini açıq aşkar görmək olar. Əgər kainatın vahid yaradıcısı bu kitabları insanlara versəydi onda şübhəsiz ki belə səhvlərə yol verilməzdi. Bununla da əminliklə nə İncilin nə də Quranın ilahi bir varlıq (kainatın yaradıcısı) tərəfindən verilmədiyini demək olar.



John Lennon - Imagine

8 January 2012

Mirzə Ələkbər Sabir - Qorxuram

Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min 
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər, 
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu, 
Ay dadaş, vallahi, billahi, tallahi, 
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var: 
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram, 
Qorxuram, qorxuram, qorxuram!....



7 January 2012

Məhəmmədin reinkarnasiya vədləri


Quran yazılanda bir çox dinlərdən əsas da İbrahimin digər iki dinindən bolluca istifadə olunmuşdur. Ancaq Quran plagiarizmi bu iki dinlə bitməyib və orada Buddizmin də izləri az deyil. Məsələn aşağıdakı ayələrdə reinkarnasiyanı, yəni ölümdən sonrakı hıyatın olmasını aydınca görmək olar. Bu sual şəkilli dəfələrlə təkrar olunan ayələrdə  insanlar öldükdən sonra allah onların sümüklərini bir yerə yığıb yenidən adam ediləcəyi qətiyyətlə bildirilir!

17:
(49) Onlar: “Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” – deyirlər.
17:
(98) Bu, ayələrimizi inkar etdiklərinə və: “Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?” – dediklərinə görə onların cəzasıdır
23:
(35) O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı və’d edir?
24:
(82) (Keçmiş ümmətlər) belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”
36:
(78) Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi.
37: (16) Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
37:
(53) Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?”
50:
(41) (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir).
56:
) Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
75:
(3) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

Əslində mənim Quranda reinkarnasiya haqda bu qədər vədlərin olmasına qarşı heç bir etirazım yoxdur. Bir dində ki insanlar cənnət deyilən yerə göndəriləcək, orada reinkarnasiyanın vacibliyi danılmazdır. Amma gəlin bir qədər düşünək, əgər allah həqiqətən də insanları dirildib sümüklərini torpaqdan çıxarıb üzərini “ətlə” örtüb yenidən adam edirsə, qəbiristanlıqlarda niyə hələ də sümük tapırıq? Niyə yüz min il bundan əvvəl yaşamış insanların sümükləri hələ də tapılır? Belə nəticəyə gəlmək olar ki, ya allah insanları dirildib sual cavab edə bilmir, ya da o heç yoxdur. Sizcə dediyini edə bilməyən bacarıqsız allaha inanıb özünü aldatmaq yaxşıdı ya ümumiyyətlə allahı bir kənara qoyub açıq fikirlə dünyaya baxmaq?

Qurandan Möcüzəli Ayələr silsiləsindən olan bu on ayəni paylaşmaqla Quranı təbliğ etmiş olarsınız və insanlıq yolunda “savab” qazanmış olarsınız.

~
Kefli İskender
Azərbaycan Ateistlər Assosiasiyası

Ateizm və ateistlər haqda qısa məlumat


Ateizm termini XVI əsrdə Fransada meydana gəlib, lakin ateist düşüncələr Qədim Misirdə, qədim yunan və Roma mədəniyyəti dövründə də mövcud olmuşdur. Hələ Qədim Misirdə dini baxışları tənqid edən əsərlər yaranmışdı.

Ateizm (qədim yunan sözü ἄθεος, tanrısız ) fövqəltəbiiliyi– tanrıların, ruhların, digər qeyri-maddi varlıqların və qüvvələrin, ölümdən sonrakı həyatın mövcudluğunu inkar edən dünyagörüşüdür. Ateistlər mövcud olan bütün din və etiqadların insanlar tərəfindən yaradıldığını iddia edir və kainatın yaradılışına elmi nöqteyi-nəzərindən yanaşırlar.

Ateizm termini ilk əvvəl alçaldıcı və təhqiredici epitet kimi meydana gəlmiş, mövcud dinlə münqaişədə olan istənilən şəxsə və ya doktirinaya aid edilmiş, lakin sonrarlar ifadə və fikir azadlığı, elmi skeptizm və dini tənqidin yaranması ilə əlaqədar, bu termin dəqiqləşərək, konkret mövqeyə – fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır.

Qədim yunan dilində bu söz “tanrısızlığı” bildirsə də, yalnız e.ə.V əsrdən etibarən “günahkar” mənasından uzaqlaşaraq, məhz “bütün tanrıları inkar edən”, “tanrılarla əlaqəni kəsən” məqsədli ateizmi bildirməyə başlamışdır.

Praktiki ateizmi bildirmək məqsədi ilə ateist sözü ilk dəfə 1557-ci ildə işlənmiş, daha sonralar isə bu sözdən qohum sözlər: deist (1621-ci il), teist (1662-ci il), teizm (1678-ci il) və deizm (1682-ci il) sözləri yaranmışdır. Karen Armstronq “Tanrının tarixi” əsərində deyir ki, hətta XVI-XVII əsrlərdə özünü “ateist” adlandırmaq heç kəsin ağlına belə gəlməzdi, çünki ateist sözü yalnız mübahisələrdə istifadə olunmuş və təhqiredici mənaya malik olmuşdur. XVIII əsr Avropasında bu termin monoteist yəhudi-xristian tanrısını inkar edənlərə aid edilirdi və yalnız XX əsrdə qloballaşma sayəsində termin daha geniş yayılmış və bütün ilahiliyi, fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır.


Ateistlərin heç də hamısı eyni düşüncəyə malik deyillər, ateizmin aşağıdakı növləri var:
Gizli və aşkar ateizm.
Corc Henri Smit (1979) deyir: “Teizmdən xəbəri olmayan insan ateistdir, çünki tanrıya inanmır. Bura həm də uşaqlar daxildir”. Hələ 1772-ci ildə ateist Holbax deyirdi:”Bütün uşaqlar ateistdirlər, çünki onlar tanrı haqqında heç bir təsəvvürə və məlumata malik deyillər”. Beləliklə, gizli və aşkar ateizm anlayışlarını formalaşdıran Smitin fikrincə, gizli ateist “teizmdən xəbərsiz olduğuna görə bilmədən tanrının inkar edən”, aşkar ateist isə “tanrını şüurlu şəkildə inkar edən” şəxsdir.
Güclü və zəif ateizm.
Filosoflar Entoni Flu və Maykl Martin zəif (neqativ) və güclü (pozitiv) ateizm ideyasını irəli sürüblər. Güclü və ya pozitiv ateist tanrıların mövcudluğunu qəti şəkildə inkar edən şəxsdir. Zəif ateizm isə teist düşüncələrin olmadığı bütün baxışları əhatə edir. Bu bölgüyə əsasən istənilən insan ya “güclü”, ya da “zəif” ateistdir, zəif ateist bölgüsünə eyni zamanda aqnostiklər də daxil edilir. Lakin aqnostiklərin əksəriyyəti öz baxışlarını ateizmlə əlaqələndirmirlər.
Kor-təbii və elmi ateizm.
Kor-təbii ateizm elmdən başqa bir şeyə (məsələn, sağlam düşüncəylə gəlinmiş nəticə və ya skeptizm, fövqəltəbiiliyə qarşı marağın olmaması, dinlərdən xəbərsizlik vəs. ) əsaslanır.
Elmi ateizm isə dini baxışları təkzib etmək üçün elmi metodlardan istifadə olunmasına xüsusi əhəmiyyət verir. Elmi ateizm termini ilk dəfə 1954-cü ildə SSSR-də istifadə olunmuşdur. Təbiət elmlərinin nailiyyətləri dünyanın dinlərin təsvir etdiyi şəkildə yaradılması fikrini rədd edir. Məsələn, Yerin yaşı Tövrat və İncilə əsasən 10000 ildən az hesablanmışdır, bu isə müxtəlif geoloji üsullarla əldə olunmuş rəqəmlərlə qətiyyən uyğun gəlmir (təxminən 4,6 mld il).

Praktiki və nəzəri ateizm.


Ateist düşüncənin məntiqi bölgüləri arasında praktiki və nəzəri ateizm digərlərindən daha çox tanınmışdır.
Praktiki ateizmə və ya apateizm (dinlərə qarşı laqeydlik, apateistlər tanrının mövcud olub-olmamasının onların həyatı üçün heç bir əhəmiyyəti olmadığını düşünürlər) kimi tanınmış praqmatik ateizmə (praqmatizm – müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) əsasən insanlar tanrıların varlığı və ya yoxluğuna əhəmiyyət vermədən yaşayırlar və təbiət hadisələrinin səbəblərini qeyri-adi qüvvələrdə axtarmırlar. Tanrıların varlığı təsdiq və ya inkar olunmasa da, onlar faydasız və mövcudluğu elə də vacib olmayan qüvvə hesab olunur. Bu dünyagörüşünə əsaəsən tanrılar həyat üçün mənasızdırlar və həyatın gedişatına heç bir təsir göstərə bilmirlər. Praktiki, kor-təbii ateizmin konkret dəlillərə ehtiyacı yoxdur, fövqəltəbii qüvvələrdən xəbərsizlik və dinlərə qarşı maraqsızlıq praktiki ateizmi formalaşdırır.
Nəzəri ateizm tanrılar haqqındakı konsepsiyaları yoxlamaq üçün məntiq cihazından istifadə edir, bu konsepsiyalardakı ziddiyyətlər tanrıların yoxluğunu sübut etməyə dəlalət edir.


Ateizm bu gün.
Müasir qərb sivilizasiyasının səciyyəvi cəhətlərindən biri əhalinin geniş kütlələri arasında dinə marağın azalmasıdır. İnkişaf etmiş ölkələrdə ibadətxanalar daha az ziyarət olunur, dini ayinlərə isə daha az əməl olunur. Aqnostizm və ateizmə üz tutan insanların sayı çoxalır, hətta inanclı insanlar gündəlik həyatlarında dinə elə də mühüm yer ayırmırlar.

Yüksək iqtisadi inkişafa malik (İE) dünya ölkələrində, ABŞ və Kuveyti çıxmaq şərti ilə, dinə marağın səviyyəsi digər ölkələrə nisbətən daha azdır. İnkişaf etməkdə olan (İEO) ölkələrdə, xüsusən ölkə nə qədər kasıbdırsa, ölkə əhalisi bir o qədər çox dindən möhkəm yapışır və həyatında ona başçı vəzifəni ayırır. İran, Sudan, Pakistan və Səudiyyə Ərəbisatnı kimi islam ölkələrində şəriət hökm sürür, şəriətə əsasən islamdan və tanrılardan imtina etmək qəbahət hesab olunur və ölümlə cəzalandırılır.

Dünya əhalisi arasında ateistlərin dəqiq sayını müəyyən etmək kifayət qədər çətin bir məsələdir. Əvvəla, sorğu iştirakçıları “ateizm” termini ilə aqnostizm və digər qeyri-dini, qeyri-teist etiqadlar arasındakı fərqi müxtəlif cür qavraya bilərlər. Bundan başqa, dinin mühüm rol oynadığı ölkələrdə insanlar təqib və diskriminasiyaya məruz qalmamaq məqsədi ilə ateist baxışlarını nümayiş etdirməməyə çalışırlar.


Mənbə: Yovşan.com

5 January 2012

Məhəmmədin Cənnət adlı fahişəxanası


Aşağıda göstərilən ayələr Qurani Kərimdən sıra ardıcıllığı ilə seçilib verilmişdir.

2: BƏQƏRƏ
(25) (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (mö’minlər) orada əbədi qalacaqlar.

3: İMRAN
(15) (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

4: NISA
(57) İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik. 

37. SAFFAAT
(48) Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. (49) Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).

44: ZUXRUF
(54) (Mö’minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

52: TUR
(20) Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

55: RƏHMAN
(56) Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. (57) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (58) Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar. 
(72) Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır. (73) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!

56: VAQİƏ
(21) Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). (22) (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. (23) (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
(35) Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! (36) Onları bakirə qızlar, (37) Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

Bir sözlə Quran Cənnət adlı fahişəxananı reklam etmək üçün nazil olunmuşdur. Vay o gündən ki qadın olasınız, sizlərə iri gözlü bakir kişilər verilməyəcək. Digər pis cəhət isə qoca vaxtı cənnət fahişəxanasına getməkdir, çünki orada ancaq həmyaşıd zövcələr, hurilər və bakirə nənələr veriləcək.

Kefli İskender
Azərbaycan Ateistlər Assosiasiyası

Din seçmək üçün sxem


4 January 2012

AH-PUÇ


Ölüm tanrısı. AH-PUÇ Cəhənnəmin 9-cu səviyyəsinin -Mitnalın hökmdarıdır: Mayan cəhənnəminin ən dərin və murdar şöbəsi.
AH-PUÇ həmçinin MICTLANTECUHTLIA tanrısı,  ilk əlifba tanrısı, dişlərini ağardan ölüm tanrısı kimi azteklər tərəfindən tanınırdı.
O gecələr üzə çıxmağı sevir və və cox qorxunc bir tərzdə  ətrafda gizlənir.Onun ən sevdiyi geyim bayquş başlı kifsəmiş meyiddir.Naməlum səbəblərə görə o saçlarına zınqırov taxırdı, amma o  heç də xoşa gələn deyil. Öz qurbanının  içində məskunlaşanda onun etdikləri, siz təsəvvür etdiyinizdən də pisdir.Onun əlindən canını qurtarmağın bir yolu var.Vıyıldamaq! Dəhşətlə qışqırmaq! Zarımaq! Çalışın bu qışqırıq bacardığınız qədər möhkəm və inandırıcı olsun. Onda  AH-PUÇ  sizin hansısa bir iblisin şətəlinə kecdiyinizi düşünəcək. O sizin qapınızda “Ah” çəkəcəkdir və üzündə qəddar gülüşü ilə oradan uzaqlaşacaqdır. 


Lakin, cəhənnəmin 10 cu səviyyəsinin tanrısı AH-PUÇun əlindən qaça bilməzsiniz, əvvəl axir siz onun əlinə keçəcəksiniz. O, bəd xəbərlər quşu Muanı, öz xəbər gətirəni (messenger) kimi istifadə edir. Bugünədək, əfsanələr göstərir ki, bayquşların ulartısı yaxın məsafədə olan birinin öləcəyini bildirir. Əgər siz bu səsi eşitsəniz, onda mütləq dərindən nəfəs almalı və 10-a kimi saymalısız.

3 January 2012

Richard Dawkins: Harun Yahya Cəhaləti

Birinci hissə



İkinci hissə


Üçüncü hissə


Dördüncü hissə

BAAL


Bulud monstrı adı ilə tanınan müharibə tanrısı

HADAD, tufan tanrısı kimi təvazökar başlanğıcdan sonra o indiki Qaza (Fələstin) ərazisində Müharibə və Qəhrəmanlıq macəralarına girişməklə öz vəzifəsini artırdı ki panteonda (dini tikili) ən yüksək pillədə dayansın.

Onun həyat yoldaşı ANATH (sonralar ASTARTE), artıb-çoxalma və cinsiyyət ilahəsi idi. ANATH həm də BAALın bacısı idi, lakin tanrılar belə şeylərə fikir verməzlər.
BAAL yaxın şərq panteonundakı ən yüksək yerindən razı idi. Lakin yəhudi hakim qüvvələri onun müqəddəs fahişəliyinin hiyləgər kultundan (sektasından) istifadə edib reputasiyasını korladılar. Beləliklə onlar BAALın müqəddəs kitabını anti-BAAL mesajlarla zibillədilər və onu BEELZEBUB (cəhənnəm şeytanı) adlandırmağa başladılar. Bundan sonra ona dünya səviyyəsində nifrət olundu.
Medianın gücünü gördünüz və indi bilirsiniz ki Buzlaqlar dövründən tutmuş Global istiləşməyə kimi kim günahkardır.

BAAL haqda faktlar və rəqəmlər.

Yayıldığı əhali: Fələstinin Qaza ərazisində yaşayan qədim xalqlar.
Yer: Yaxın şərq
Cins: Kişi
Yaxşı/Pis reytinqi: Pis
Alternativ adlar: BAAL - HAMON
Məşhurluq indeksi: 14987


2 January 2012

ABASSİ­


Nigeriyalı Yaradıcı tanrı və səmaların hakimi.

ABASSİ həyat yoldaşı ATAİnin təklifi ilə həyəcanlı şəkildə ilk insanları vəhşi təbiətə dəvət etdi (yaratdı).



Onun qorxduğu kimi, ilk cütlük seksi qısa zamanda kəşf etdi və özləri insan yaratmağa başladılar. Bu əhalinin həddən artıq çoxalmasına gətirib çıxardı və ABASSİ öz qüdrətinin zəifləyəcəyindən narahat oldu. Ona görə də xanımı ATAİ bəşəriyyətə iki hədiyyə bəxş etdi, mübahisə və ölüm, hansı ki əhalinin sayını idarə olunan etdi.



ABASSİ haqda faktlar və rəqəmlər

Yayıldığı əhali: Nigeriyanın Efik xalqı

Yer: Afrika

Cins: Kişi

Yaxşı/Pis reytinqi: Yaxşı, hörmətə layiq

Alternativ adlar: məlum deyil

Məşhurluq indeksi: 21570

1 January 2012

BUMBA


Həmçinin MBOMBO və MBONGO adları ilə tanınıb

Qüdrətli yaradan tanrı, Qusuntu

Afrika yaradıcısı olan BUMBA adlı bu tanrının vətəni Konqodur. Bəli, BUMBA Qusuntu deməkdir.

Başlanğıcda hər yer qaranlıq idi. Sonra qaranlıqdan BUMBA gəldi, nəhəng açıq dərili bir varlıq. O özünü yaxşı hiss etmirdi. Həqiqətdə o artıq milyon illər idi ki özünü pis hiss edirdi. O yalqız idi və bu dözülməz yalqızlıq onu xəstələndirmişdi.

Köpdən və qarın ağrısından əziyyət çəkən BUMBA başı gicəllənərək nərə çəkdi və Günəşi qusdu. İşiq kainata saçdı və asqırdıqdan sonra Ay çıxdı. Ulduzlar daha sonra çıxdı. Hədsiz səydən sonra o Yer planetini qusdu. Biz həqiqətən də ürəkbulandıran dünyada yaşayırıq.

Təkrak olunan ürəkbulanmalardan sonra o doqquz heyvan, bir neçə növ insan və bir dəstə doğranmış yerkökü qusdu.

Bu əziyyətdən sonra yorğun BUMBA əyləşdi və yaratdıqlarının çoxalmasına baxdı. Bir müddətdən sonra onlar təkamül etdi və Yer üzərində olan bütün canlılar yarandı. Burada həm Yaranışın həm də Təkamülün doğruluğu aydın bildirilir.
BUMBAnın yaratdıqları məxluqlar hamısı mehriban idilər, TSETSE-BUMBAdan başqa. Sonra BUMBAnın üç oğlu dünyaya gəldi. NYONYE-NGANA, CHONGANDA və CHEDİ-BUMBA görülməmiş qalan işləri gördülər və Yer planeti bugünkü formasına gəldi çatdı. Bumba cənnətə qalxıb gözdən itənəcən öz yaratdığı insanlarla çox mülayim davranırdı. Bugünə qədər onun mədəsi onu bir daha narahat etməyib.

BUMBA haqda faktlar və rəqəmlər.

Yayıldığı əhali: Konqonun Buşonqo xalqı
Yer: Afrika
Cins: Kişi
Yaxşı/Pis reytinqi: Əla, faydalı ola bilər
Alternativ adlar: MBOMBO, MBONGO
Məşhurluq indeksi: 27506