16 April 2012

"Dəniz yarılması"


Cənubi Koreanın cənubundakı Jindo adasında hər il “dəniz yarılması” müşahidə olunur. Əfsanəyə görə bunu edən Nənə Pronq-dur. Bu lap Musanın 3000 il əvvəl dənizi yarması kimidir. Əfsanədə deyilir ki, qədim zamanlarda Jindo adasında insanlar tez-tez pələnglər tərəfindən hücumlara məruz qalırdılar.  Beləliklə də onlar qayıq hazırlayıb adanı tərk etdilər. Necəsə oldu Pronq adlı bir qoca qadın adada unuduldu qaldı. O gecə-gündüz Dənizin Əjdaha Kralına kömək üçün yalvardı. Bir gün Dənizin Əjdaha Kralı onun yuxusuna girir və deyir ki, mən göy qurşağını göndərəcəm ki sən onun üstü ilə adanı tərk edəsən. O səhər yuxudan oyandı və dənizi yararaq digər sahilə getdi.

3 km uzunluğu olan bu yol hər il yazda əmələ gəlir. Səbəbi dənizin axını ilə əlaqədardır. Bildiyimiz kimi ayın cazibə qüvvəsi dənizlərdə və okeanlarda suyun səviyyəsinə təsir edir. Suyun səviyyəsi azaldıqda isə dəniz dibinin sahildəki dayaz yerləri cığır kimi digər sahilə uzanır. Dünyanın məşhur turist düşərgələrindən biri olan Jindoda hər il minlərlə insan suyun çəkilməsini gözləyərək “dənizi yarırlar”.



1 comment:

  1. kim deyir ki Quranda deniz yarilmasi esil mocuze olaarq gosterilib ))
    senin kimi xebersizler bilmir ki ordaki esl mocuze denizin hemin an ve irad yarilmasidir
    iradesi ile denizi yaran gosterseydin hee nese fikirlesmek olardi bunun barede halbuki bu ele ozu Quranin yalan olmadiqini tesdiqleyir)

    ReplyDelete