9 April 2012

Azərbaycanlılar

Azərbaycanlılar da dünyanın digər xalqları kimi olduqca maraqlıdırlar. Məsələn Azərbaycanda ginekoloq inanır ki iki oğlandan (Adəm və Həvvanın övladlarından) bəşəriyyət doğuldu törədi. Biologiya müəllimi təkamül nəzəriyyəsini izah edib sonda “Məncə insanı Allah yardıb.” deyir. Fizik inanır ki ayı, günü “göydə” saxlayan nəsə bir fövqəltəbii qüvvə var. Həkim inanır ki onun pasientlərini sağaldan Allah, öldürən isə digərlərinin qarğışıdır. Xilasedici inanır ki bina uçduqda bütün ölənlər memarın səhvindən ölür, lakin sağ qalan bircə körpəni Allah saxlayır. Sürücü sərxoş halda qarşıdan gələn avtomobilin üzərinə sürüb bir ailənin məhvinə səbəb olur, sağ qalıb xəstəxanadan çıxdıqda deyir “Allah saxladı məni”. Tələbə inanır ki o imtahana nə qədər hazırlıqlı olsa da, sualların hamısına cavab versə də yekun nəticəsi Allahdan asılıdır, ət Ağanın şəklini qiymət kitabçasının arasında saxlamaq da buna birbaşa yardımçıdır. Əkinçi inanır ki beş il quraqlıq üzündən müflis olması digər insanların sahəyə kanal çəkməməsinə görə, bir il yağmurlu və bol məhsullu olduqda isə Allahın ona hədiyyəsi olur. Valideyn inanır ki övladının olub olmaması, oğlan ya qız olması tam Allahlıqdır, lakin şikəst övlad doğduqda bu sərxoş valideynin səhvi hesab olunur. Avtomobil alıb on il ustaya aparmadıqda həmin maşın düşərli sayılır (Allahın izni ilə), amma alan gün xarab olduqda zavodun buraxdığı səhv olur. Bir valideyn bütün vaxtını uşaqlarına sərf edib ədəbli və təhsilli böyütdükdə inanırlar ki “Allah həmin adama gözəl uşaq nəsib etdi”, amma birinin uşağı avara və təhsilsiz olduqda deyirlər “Uşağı buraxma böyütdülər.”.


Yazdıqca görürəm ki bu siyasının sonu olmayacaq qədər uzun ola bilər. Odur ki buradaca saxlayıb qalanları haqda düşünməyi sizlərə həvalə edirəm.

~Kefli İskender

1 comment:

  1. Yaxwi tekamulu redd edib insanin Adem ve Hevvadan geldiyini qebul edek.Adem ve Hevvanin ilk insan oldugunu qebul edek.Lap evvele qayidag.Ademnen Hevvanin bir qizi oldu.Sonra bir oglu oldu.Bu uwaqlar baci-qardaw olmuyacaq? Bes onda sonraki artim , toreme nece oldu? Ilk insandan geldiyimize inananlar bunu hec fikirlewmir.Bu arada http://www.facebook.com/profile.php?id=100003742773307&ref=tn_tnmn .

    ReplyDelete