1 April 2012

Allah-Taalanın sifətləri

1) Allah-taala alimdir.
Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.

2) Allah-taala qadirdir.
Yalansa, onun lənətinə gələsən! Əgər qadirdir, nə səbəbə məscidi məktəbə döndərənlərin əlini qurutmur?

3) Həyyidir, yəni diridir.
Dəxi buna ki, şəkk ola bilməz: zira diri olmasa, ölü də allah ola bilməz ki!

4) Müriddir, yəni idarə etməyə və qadir və qabil olan. Məsələn, indi idarə başında duran bir para allahlar kimi.

5) Müdrikdir, çox qanandır. Maşallah olsun: onun üçün də mənim ona ixlas və ehtiramım ziyadədir.

6) Mütəkəllimdir, yəni lal deyil, kor və keçəl deyil. Hərçənd ki, onun danışmağını heç bir kəs nə görüb və nə eşidib.

7) Sadiqdir, sədaqətinə heç söz yoxdur. Doğrudur, behişt əhlinin bir parasının hurisi bir qədər təxirə düşür, amma növbə gözləmək lazımdı.

Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, 28 fevral, 1929-cu il No-9.

No comments:

Post a Comment