27 March 2012

Təkamül nəzəriyyədir yoxsa fakt?


Hər ikisi. Bu cavab  “nəzəriyyə” və “fakt” sözlərinin daha dərin  mənalarını araşdırmağı tələb edir.
Gündəlik istifadədə “nəzəriyyə” şübhələnmə və ya spekulyasiya kimi başa düşülür. İnsanlar deyəndə ki, “Mənim bu hadisənin baş vermə səbəbi barədə nəzəriyyəm var”, onlar bir hissə və ya əsası olmayan sübutdan nəticəyə gəlirlər.
Nəzəriyyə sözünün formal elmi mənası gündəlik mənasından tamamilə fərqlənir.  Burada geniş sayda sübutlar tərəfindən dəstəklənən təbiətin bəzi sahələrinin anlaşılan izahı nəzərdə tutulur.     
Bir çox elmi nəzəriyyələr elə gözəl əsaslandırılıb ki, heç bir yeni sübut onları tədricən dəyişə bilməz. Məsələn, Yerin Günəş ətrafında fırlanmadığına (Heliocentric theory) və ya canlıların hüceyrələrdən təşkil (Cell theory) olunmadığına, maddələrin  atomlardan ibarət olmadığına və ya Yerin qatının geoloji dövrlərlə boyunca hərəkət edən bərk laylara bölünmədiyinə (the theory of plate tectonics) dair heç bir yeni sübut dəlil kimi çıxış edə bilməz. Digər əsaslı elmi nəzəriyyələr kimi, təkamül nəzəriyyəsi də o qədər müşahidələr və təsdiqlənən təcrübələrlə dəstəklənib ki, alimlər yeni sübutların bu nəzəriyyənin əsas tərkib hissələrini çökdürməyəcəyinə əmindir. Lakin, bütün elmi nəzəriyyələr kimi elmin yeni sahələri peyda olduqca və ya əvvəllər keçirilməsi mümkün olmayan təcrübələr və müşahidələrin yeni texnologiyaların köməyi ilə aparıldıcda təkamül nəzəriyyəsi də davamlı incələnməyə məruz qalır.
Elmi nəzəriyyələrin ən faydalı xüsusiyyətlərindən biri də hələ ki müşahidə edilməyən təbii hadisələr və ya fenomenlər barədə öncədən xəbər verə bilməsidir. Məsələn, qravitasiya nəzəriyyəsi kosmik gəmi və astronavtların fəaliyyətindən xeyli əvvəl əşyaların ayda və digər planetlərdə hərəkəti barədə xəbər vermişdir. “Tiktaalik”i (http://en.wikipedia.org/wiki/Tiktaalik) kəşf edən təkamülçü bioloqlar balıqlarla quruda gəzən və ətrafları olan heyvanların 375 milyon yaşı olan ara keçid formasını tapacağını öncədən xəbər vermişdilər. Onların kəşfi təkamül nəzəriyyəsi əsasında qurulan fərziyyəni təsdiq etmiş oldu. Nəticədə, fərziyyələrin təsdiqi nəzəriyyəyə olan inamı artırır.
Elmdə “fakt”, əsasən müşahidə,ölçmə və oxşar şəraitdə eyni yolla baş verilməsi gözlənilən digər sübut formaları kimi başa düşülür. Amma, alimlər “fakt” terminini elmi izahların çoxsaylı  testi aparıldığına və təsdiq edildiyinə görə yenidən test etməyə davam etmək və ya əlavə nümənələrin axtarışı üçün daha əsaslı səbəb olmadıqda istifadə edir.  Bu səbəbə görə,  təkamülün keçmiş və cari varlığı elmi faktdir. Çünki, bunu dəstəkləyən sübutlar elə güclüdür ki, alimlər bioloji təkamülün olmasına və davam etməsinə şübhə etmirlər. Bunun əvəzində, onlar təkamülün mexanizmini araşdırır; sürətli təkamül necə baş verə bilər və bu qəbildən digər suallar.

Tərcümə etdi: Anar Qurbanzadə

Mənbə: Science, Evolution, and Creationism, National Academy of Sciences and Institute of Medicine. © 2008 National Academy of Sciences
http://nationalacademies.org/evolution/TheoryOrFact.html


No comments:

Post a Comment