21 March 2012

Steve Jobs imanını nə vaxt itirdi?


Steve Jobsun valideynləri dindar olmasalar da onun dini tərbiyə almasını istəmişdilər, ona görə də Jobsu demək olar ki hər bazar günü Lüteran kilsəsinə aparırdılar. Bu Jobsun 13 yaşı olana qədər davam etdi. 1968-ci ildə “Life” jurnalının ön səhifəsində Baifrada acından ölən iki üşağın şəkli vurulmuşdu. O bu jurnalın qabıq hissəsini götürüb kilsə pastorunun yanına getdi.

“Əgər mən barmağımı qaldırsam, tanrı mən barmağımı qalxmamış hansını qaldıracağımı biləcək?”
Pastor ona cavab verdi “Bəli, o hər şeyi biləndir.”
Jobs sonra “Life” jurnalının ön səhifəsini cibindən çıxarıb soruşdu, “Demək tanrı həm də bundan xəbərdardır və bilir ki bu uşaqların başına nə gələcək.”
“Steve, bilirəm sən bunu başa düşmürsən, amma bəli, tanrı hər şeyi biləndir.” pastor dedi.

Bundan sonra Jobs heç nəyə ibadət etməyəcəyini elan etdi və bir daha kilsəyə qayıtmadı.

Walter Isaacsonun Steve Jobs haqda yeni bioqrafiyasından parça.

No comments:

Post a Comment