29 March 2012

Namaz qılan və Tramvay çəkən

Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib, birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.
Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə namaz qılmayan şura (sovet) mühəndisləri bu günlərdə Bakının Dağlı məhəlləsinə tarmavay çəkib qurtardılar.
İndi qəbr üstə gedən mömün müsəlmanlar cümə axşamları rahatca tamvaya əyləşib qəbristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə "yüsəbbeh" oxusunlar.
İndi mənə bir belə məsələ ariz olub ki, ayə, namaz qılmaq və tramvay işini bilmək-bunların hansı faydalıdır?
Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz-onda bəs biz niyə tamvaya minib qəbr əhlini ziyarətə gedirik?
Əgər desək ki, tramvay elmi namaz "elmindən" çətindir və lüzumludur, onda (aman allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?!
Hələ bunu da demirəm.
Sözümün əsl mənası aşağıdadır.
Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı namaz qılmayan mühəndislərdir ki,binamazlıqları səbəbdən allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur.
Mən indi bunu isitəyirəm başa düşəm ki, ayə, əgər doğurdan da allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömün və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyi-mövtanı namaz qılmayan xarici tramvay mühəndislərinə möhtac eləyir?
Mən bunu bilmək istərdim.

Cəlil Məmmədquluzadə, "Molla Nəsirəddin" jurnalı, 31 oktyabr, 1929-cu il, No-44. 

İslamda şəkillərə münasibət

1.Allahın yanında əzabı ən şiddətli olan insanlar təsvirediciləridir (Müslim 6:369).

2. Bu sürətləri çəkənlər qiyamət günündə əzab görürlər və onlara çəkdiyiniz surətlərə can verin deyiləcək (Müslim 6:368).

3. Her təsviredən cəhənnəmdədir. Təsviredənin, təsvir etdiyi hər surətə Allah qiyamətdə həyat verəcək və o surət onu yaradana əzab verəcək. Əgər sənətinə davam etmək zorunda isən ağaç rəsmi və canlı olmayan vücud qismlərinin rəsmini çək (Müslim 6:370).

4. Aişə nəql edir: Məhəmməd evində xaç olan bir əşya qoymazdı, onu ya korlayar yada kəsərdi (Buhari, Mezalim 31; Büyu 102).

5. Əbu Hürəyrə Rasulullah'dan nəql edir: Əziz və cəlil olan Allah belə buyurmuşdur: Mənim yaratdığım kimi yaratmağa çalışandan daha zalım kim ola bilər? Qoy onlar yoxdan bir zərrə yaratsınlar yaxud bir su damcısı meydana gətirsinlər və ya bir arpa dənəsi yaratsınlar (Müslim 6:372).

6. Mələklər, it və təsvirlərin olduğu evə girməzlər (Müslim 6:358).

7. Cəbrail, Məhəmmədin yanına getmək üçün icazə istədi. O da girin buyurdu. Cebrail necə girim, evinde bəzi at və heyvan şəkilləri olan pərdə mövcuddur. Ya bu rəsmlərin başlarını qopartmalısınız yaxud bu pərdəni endirib yerə salmalısınız dedi (Buhari tecrid 6:416).

8. Aişənin naxışlı örtüsü haqqında Peygamber belə buyurdu: Onu məndən uzaqlaşdır, onun rəsimleri namaz qılan zaman gözümə çarpır (Buhari, Libas:91). Aişə nəql edir: Məhəmməd bir səfərdən gəldi. Mənim şəkilli pərdəmi cırdı, üzünün rəngi dəyişdi və: Ey Aişə, qıyamət günündə əzab çəkənlərin ən şiddətlisi Allahən yaratdığına bənzətməyə çalışanlardır, buyurdu. Biz o pərdəni kəsdik, ondan bir iki dənə yastıq düzəltdik (Müslim 6:364-5; Buhari, Mezalim:132).

9. İçində surətlər olan evə mələklər girməz (Buhari, Libas 91).

10. Kilisələrdəki təsvirlər haqqında Peyğəmbər belə buyurdu: Bunlar, əziz bir şəxs öldüyü zaman tez onun qəbri üzərinə bir məscid tikərlər ve o əzizin bir rəsmini məscidə qoyarlar. Bunlar Allah yanında xalqın ən pisləridir (Buhari, tecrid 4:479; Müslim 2:153).

~Kamran Musa

27 March 2012

Təkamül nəzəriyyədir yoxsa fakt?


Hər ikisi. Bu cavab  “nəzəriyyə” və “fakt” sözlərinin daha dərin  mənalarını araşdırmağı tələb edir.
Gündəlik istifadədə “nəzəriyyə” şübhələnmə və ya spekulyasiya kimi başa düşülür. İnsanlar deyəndə ki, “Mənim bu hadisənin baş vermə səbəbi barədə nəzəriyyəm var”, onlar bir hissə və ya əsası olmayan sübutdan nəticəyə gəlirlər.
Nəzəriyyə sözünün formal elmi mənası gündəlik mənasından tamamilə fərqlənir.  Burada geniş sayda sübutlar tərəfindən dəstəklənən təbiətin bəzi sahələrinin anlaşılan izahı nəzərdə tutulur.     
Bir çox elmi nəzəriyyələr elə gözəl əsaslandırılıb ki, heç bir yeni sübut onları tədricən dəyişə bilməz. Məsələn, Yerin Günəş ətrafında fırlanmadığına (Heliocentric theory) və ya canlıların hüceyrələrdən təşkil (Cell theory) olunmadığına, maddələrin  atomlardan ibarət olmadığına və ya Yerin qatının geoloji dövrlərlə boyunca hərəkət edən bərk laylara bölünmədiyinə (the theory of plate tectonics) dair heç bir yeni sübut dəlil kimi çıxış edə bilməz. Digər əsaslı elmi nəzəriyyələr kimi, təkamül nəzəriyyəsi də o qədər müşahidələr və təsdiqlənən təcrübələrlə dəstəklənib ki, alimlər yeni sübutların bu nəzəriyyənin əsas tərkib hissələrini çökdürməyəcəyinə əmindir. Lakin, bütün elmi nəzəriyyələr kimi elmin yeni sahələri peyda olduqca və ya əvvəllər keçirilməsi mümkün olmayan təcrübələr və müşahidələrin yeni texnologiyaların köməyi ilə aparıldıcda təkamül nəzəriyyəsi də davamlı incələnməyə məruz qalır.
Elmi nəzəriyyələrin ən faydalı xüsusiyyətlərindən biri də hələ ki müşahidə edilməyən təbii hadisələr və ya fenomenlər barədə öncədən xəbər verə bilməsidir. Məsələn, qravitasiya nəzəriyyəsi kosmik gəmi və astronavtların fəaliyyətindən xeyli əvvəl əşyaların ayda və digər planetlərdə hərəkəti barədə xəbər vermişdir. “Tiktaalik”i (http://en.wikipedia.org/wiki/Tiktaalik) kəşf edən təkamülçü bioloqlar balıqlarla quruda gəzən və ətrafları olan heyvanların 375 milyon yaşı olan ara keçid formasını tapacağını öncədən xəbər vermişdilər. Onların kəşfi təkamül nəzəriyyəsi əsasında qurulan fərziyyəni təsdiq etmiş oldu. Nəticədə, fərziyyələrin təsdiqi nəzəriyyəyə olan inamı artırır.
Elmdə “fakt”, əsasən müşahidə,ölçmə və oxşar şəraitdə eyni yolla baş verilməsi gözlənilən digər sübut formaları kimi başa düşülür. Amma, alimlər “fakt” terminini elmi izahların çoxsaylı  testi aparıldığına və təsdiq edildiyinə görə yenidən test etməyə davam etmək və ya əlavə nümənələrin axtarışı üçün daha əsaslı səbəb olmadıqda istifadə edir.  Bu səbəbə görə,  təkamülün keçmiş və cari varlığı elmi faktdir. Çünki, bunu dəstəkləyən sübutlar elə güclüdür ki, alimlər bioloji təkamülün olmasına və davam etməsinə şübhə etmirlər. Bunun əvəzində, onlar təkamülün mexanizmini araşdırır; sürətli təkamül necə baş verə bilər və bu qəbildən digər suallar.

Tərcümə etdi: Anar Qurbanzadə

Mənbə: Science, Evolution, and Creationism, National Academy of Sciences and Institute of Medicine. © 2008 National Academy of Sciences
http://nationalacademies.org/evolution/TheoryOrFact.html


21 March 2012

Steve Jobs imanını nə vaxt itirdi?


Steve Jobsun valideynləri dindar olmasalar da onun dini tərbiyə almasını istəmişdilər, ona görə də Jobsu demək olar ki hər bazar günü Lüteran kilsəsinə aparırdılar. Bu Jobsun 13 yaşı olana qədər davam etdi. 1968-ci ildə “Life” jurnalının ön səhifəsində Baifrada acından ölən iki üşağın şəkli vurulmuşdu. O bu jurnalın qabıq hissəsini götürüb kilsə pastorunun yanına getdi.

“Əgər mən barmağımı qaldırsam, tanrı mən barmağımı qalxmamış hansını qaldıracağımı biləcək?”
Pastor ona cavab verdi “Bəli, o hər şeyi biləndir.”
Jobs sonra “Life” jurnalının ön səhifəsini cibindən çıxarıb soruşdu, “Demək tanrı həm də bundan xəbərdardır və bilir ki bu uşaqların başına nə gələcək.”
“Steve, bilirəm sən bunu başa düşmürsən, amma bəli, tanrı hər şeyi biləndir.” pastor dedi.

Bundan sonra Jobs heç nəyə ibadət etməyəcəyini elan etdi və bir daha kilsəyə qayıtmadı.

Walter Isaacsonun Steve Jobs haqda yeni bioqrafiyasından parça.