Bir neçə gün öncə Muhəmməd haqda tweet-inə görə müsəlmanların qəzəbinə tuş gələn Həmzə Qaşğari haqda Səudiyyə Şeyxinin ölüm hökmünə çağırışı.
“Allah, axmaqlara görə bizi bağışla. Allahı və onun peyğəmbərini əsəbləşdirənlərin cəzasını allah bu dünyada və o dünyada verəcək. Allah onlar üçün alçaldıcı cəza verəcək. (“ağlayır”) Məni bağışlayın qardaşlarım, bu gün sizə mühazirə verə bilməyəcəm. Axı necə mühazirə verə bilərəm ki allah və onun peyğəmbəri ictimai yerdə lənətlənsin? (“ağlayır”) Mən qorxuram ki bizə tez bir zamanda cəza veriləcək.”
O sonra Səudiyyə kralına bu haqda tələbə çağırışla nitqini davam etdirib. Şeyx Həmzə Qaşğarinin soyuq formada üzr istəməsini nəzərə almayıb, ölüm cəzası ilə cəzalandırılmasını tələb edib. İnsanları inandırmağa çalışıb ki bu özü üçün lazımdır. Əgər onlar allahı müdafiə etmək üçün onu təhqir edənləri öldürməsələr, allah onların hamısını cəzalandıracaq. O əlavə edib ki İslam alimləri də allahı və onun peyğəmbərini təhqir edənlərin cəzasının ölüm hökmü olmasını deyir.
Həmzə Qaşğarinin “təhqiri” ilə tanış olmayanlar üçün onun həyatını təhlükə altına alan fikrini oxuyaq.
“Sənin haqqında sevdiyim və nifrət etdiyim şeylər olub və sənin haqqında anlaya bilmədiyim daha çox şeylər var. Mən sənə dua etməyəcəyəm.”
“I have loved things about you and I have hated things about you and there is a lot I don"t understand about you. I will not pray for you.”
Mən adi bir insanam, mənim haqqımda digər insanın istənilən fikrinə görə onun öldürülməsini istəməzdim. Əgər qərəzli olsaydı çalışardım bağışlayam, qərəzsiz olsa isə özümə kənardan baxıb dəyişərdim. Məni kimi düşünən ateistlər də yetərincədir. Siz deyin, kim daha mərhəmətlidir?
~Kefli İskender
No comments:
Post a Comment