Həyatı
nəhəng bir gəmidə səyahət kimi təsəvvür et. Təsəvvür et ki sən elə gəmidə
doğulmusan, səyahət uzun illər davam edəcək. Sənə uşaqlıqdan deyirlər ki,
uzaqlarda bir gəmi dizayneri var, bu gəmini də o yaradıb. Ona minnətdar ol ki sən
indi okeanda boğulmursan, səni quruya qədər aparacaq bir gəmi üzərindəsən. Ona
hər gün beş dəfə sənin üçün bu gəmini yaratdığına və bu gün sağ olduğuna görə təşəkkür
et. Sən onu görməmisən, amma kapitanın dediklərinə inanmalısan.
Mərhəmətli gəmi yaradıcısının dili ilə: “Ey sərnişinlər, bir gün gələcək, bu gəmi
okeanda üzən buz parçasına dəyib parçalanacaq. Həmin vaxt gəmini yaradan ancaq
mənim dediklərimə inanıb yardana təşəkkür edənlər xilas olunacaq. Həmin vaxt gəminin
yaradıcısı ona inanmayanların hamısını buz kimi soyuq okean sularında donduracaq.
Amma kimlər ki uşaqlıqdan kapitanın bu mesajına inanıb, gəminin yaradıcısına təşəkkür
edib, onlar qayıqlara götürülüb, isti paltar veriləcək və onları quru yerlərdə əbədi
həyat gözləyir. Unutma ki gəminin yaradıcısı səni sevir! O mərhəmətlidir!”
Gəmi üzməyində uşaqlar da böyüməyində, kimi kapitana inandı, kimi də inanmadı, nəhayət
gəmi okeanın lap soyuq yerlərinə gəlib çatdı. Birdən gəmi sanki qayaya toxundu,
insanlar vəlvələ içində ora-bura qaçırlar. Gəminin ön tərəfi zədəlndiyi üçün su
həmin hissədən gəminin aşağı mərtəbələrini doldurur, həmin vaxt saysız hesabsız
insan suda boğulub ölür. Canını qurtara bilənlər gəminin düşərgəsinə doğru
qaçırlar. Təşvişə düşmüş insanlar bir-birini tapdalayaraq canlarını qurtarmaq
istəyirlər.
Sonda gəminin yaradıcısı gəlir; “Yadınızdadırmı kapitan sizə deyirdi mənim
varlığıma inanın, yadınızdadırmı kapitan sizə deyirdi mənə hər gün təşəkkür
edin? Bax indi sizi seçəcəyəm.” Beləliklə gəminin yaradıcısı, qısqanclıqla ona
görmədən inanmayan bütün insanları məhv etdi, suda amansızcasına dondurdu məhv
etdi. Gəminin dağılacağı gündən qorxub gəminin yaradıcısına yalvaranları isə
xilas etdi. qayıqlara mindirib isti paltar verdi, onları quruya qədər gətirib
çıxardı.
Göydən üç alma düşdü, biri gəmini yaradanın, biri kapitanın, biri də bu yazını
paylaşanın.
Kefli İskender
No comments:
Post a Comment