4 June 2012

Səudiyyə Ərəbistanı ruhanisi "tək-göz" niqabı üstün tutur


İki gözü də göstərən niqab Şeyx Habadan üçün olduqca çəkici görünür. Müsəlman ruhani qadınları yalnız bir gözləri görünən niqab və ya tam örtük geyinməyə çağırıb. "Hər iki gözlərinin açıq qalması qadınları makiyaj edib daha da çəkici görünməyə həvəsləndirir." Şeyx Muhəmməd əl-Habadan belə deyib.

Qadın üzünün nə qədəri örtülməlidir sualı hələ də bir çox cəmiyyətlərdə mübahisəli mövzudur. Niqab Səudiyyə Ərəbistanında və körfəzdə daha çox rast gəlinəndir, lakin digər orta şərq müsəlman qadınları adətən yalnız saçlarını örtürlər.

Şeyx Habadan kəskin-konservativ ruhani deyilənə görə dindar Səudiyyəlilər arasında nüfuzlu şəxsdir və peyklə yayımlanan əl-Məcid telekanalında sualları cavablandırırmış.


30 May 2012

Fundamentalist Müsəlmanizmin 10 erkən simptomu


10. Sən yorulmadan digər tanrıların varlığını danırsan, lakin sənin tanrını dandıqda coşursan.

9. Alimlər dedikdə ki, biz digər həyat formalarından əmələ gəlmişik, sən özünü təhqir olunmuş hesab edirsən. Lakin sən Quranda insanın palçıqdan yaradılmasında heç bir uyğunsuzluq görmürsən.


8. Sən politeistlərə gülürsən, lakin özün Kəbədəki meteoritə doğrü baxıb ibadət edir, imamzadələri, pirləri ziyarət edib onlara ilahi yerlər kimi yanaşırsan.

7. Sən soyqırımlar haqda eşidəndə dəhşətə gəlirsən, lakin Quranda verilən (2:49-50) Musanın dənizi yararaq Fironun adamlarını suda qərq edərək öldürməsinə normal baxırsan.

6. Sən Hindu dininə gülürsən ki reinkarnasiya mümkün deyil, lakin özün öldükdən sonra axirət gününün olacağına və sənin dirilərək sonsuzluğa qədər ya Cənnətdə ya da Cəhənnəmdə qalacağına inanırsan.

5. Sən bütün həyatını yerin yaşının elmi hesablamasındakı boşluqları axtarmağa həsr etməyə hazırsan, lakin tunc dövründə yaşamış dünyadan xəbərsiz insanların yerin yaşının cəmi bir neçə insan ömrü qədər olmasına inanmaqda heç bir qəbahət görmürsən.

4. Sən inanırsan ki, sənin inanclarını bölüşməyən bütün insanlar öldükdən sonra sonsuzluğacan Cəhənnəmdə yanacaqlar, bununla belə öz dinini ən tolerant din hesab edirsən.

3. Müasir elm, tarix, geologiya, biologiya və fizka səni inandıra bilmədisə, orta təhsil görməmiş insanlar sənə islamın doğruluğunu, oradakı elmi möcüzələrin olmasını sübut etdi.

2. Sən 0.01% şansı da dualarına cavab kimi hesab etdiyin halda, qalan 99.99% halları Tanrının yazısı olduğunu düşünürsən.



1. Əslində sən islam, din, məscid və Quran haqda bir çox ateistlər, aqnostiklər və deistlərdən daha az məlumata sahibsən və bununla belə özünü müsəlman hesab edirsən.



28 May 2012

9 yaşlı "gəlin"


Aişənin evliliyi haqqında İslamın mötəbər qaynaqlarından iqtibas edilən sübut və dəlillər


Bır çox müsəlmanın aşkar cahilliyi səbəbindən və yaxud bəlkə də yuxarıda qeyd etdiyimiz "müasir üzrxahlıq" ədəbiyyatını oxuduqlanndan, İslamın mötəbər mənbələrinə baxdıqda görürük ki, Aişənin (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) ərə getdiyi yaş həddi təbii və məntiqidir. Beləliklə də, faktların təhlilinə keçməzdən öncə, islamda məsələyə dair mötəbər dəlillərin nə söylədiyini gəlin bir yerdə müəyyən edək. Bu məqamda, qeyd etmək yerinə düşür ki. Aişənin (Allah ondan razı olsun) yaşı barədə "Quranda yoxdur" söyləmək İslama görə tamamilə yersiz bir iddiadır. Belə ki, İslam dininin mətn mənbələri həm Qurani Kərim, həm də Sünnədən ibarətdir. Və bunu bizə Qurani Kərim özü bildirir. İslamda Sünnənin yeri barədə daha ətraflı məlumat öyrənmək istəyənlər və buna elıtiyac duyanlar Suheyb Həsənin "Sünnə barədə ilkin məlumatlar" adlı kitabına müracıət edə bilərlər.

İndi isə gəlin baxaq görək İslamm mötəbər qaynaqlarında məsələ barədə faktiki olaraq nə deyilir. Səhih əl-Buxaridə bu məsələyə dair dörd, Səhih Müslimdə isə üç hədisin rəvayət olunduğu və bu hədislərdə açıq-aydın şəkildə Aişənin (Allah ondan razı olsun) Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə nikah əqdi bağlayarkən "doqquz yaşında olduğu" həqiqəti ola bilsin ki, bəzi "çağdaş""mədəni" müsəlmanları məyus etsin. Bu hədislərin hamısı, mətndəki azca bir fərqlilik ilə" aşağıdakı kimidir:

"Aişə, (Allah ondan razı olsun), rəvayət edir ki, Peyğəıııbər (Ona Allahm salavatı və salamı olsun) o altında yaşında ikən ona ad elədi (adaxlandı) və doqquz yaşında isə onunla nikah əqdi bağladı. onunla doqquz il ömür sürdü. Səhih əl-Buxari, Cild 7, Kitab 62, Hədıs 64

Səhih əl-Buxari əsərindəki dörd hədisdən ikisini Aişə (7:64 və 7:65) (Allalı ondan razı olsun). birini Əbu Hişam (5:236), digər birini isə U'sra (7:88) rəvayət edir. Səhih Müslimdəki hədislərin üçünü də Aişə (Allalı ondan razı olsun) rəvayət edib. Bundan əlavə. hər iki kitabdakı hədislərdə yekdil rəy vardır ki, Aişə (Allah ondan razı olsun) "altı yaşında ikən" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onu ad etmiş. Lakin yalnız "doqquz yaşında ikən" kəbin (nikah əqdi) kəsilmişdir. Üstəlik, hədisin eyni mətnini Əbu Davud "Sünən"ində rəvayət edir. Bunu söyləməyə lüzum yoxdur, lakin bu dəlil-İslama əsasən danışsaq-bütünlüklə güclüdür və bunları təkzib edən müsəlmanlar sadəcə öz "əqli vicdanını”, saf imamını və yaxud hər ikisini fəda etməklə bu cür addım atırlar.

Bir halda ki. məsələyə dair dəlillər öz yerini tapdı. iman gətirmiş müsəlmanlar arasında Aişənin (Allah ondan razı olsun) yaşı barədə müzakirəyə artıq yer qalmır. Kimsə peyda olub ərəb dilində "doqquz yaş" sözünün "doqquz yaş"dan başqa bir mənaya gəldiyini sübuta yetirmədikcə, biz hamılıqla Aişənin (Allah ondan razı olsun) "doqqıız yaşıtıda" olduğu barədə inancımızda yəqin olmalıyıq. (Sanki bunun basqa cür olduğuna inanmaqda bir hikmət və yaxud buna ehtiyac var!? Bu faktlara rəğmən, hələ də bəzi müsəlman müəlliflər birtəhər (?) Aişənin (Allah ondan razı olsun) yaşnı artıraraq Peyğəıııbərə (Ona Allalmı salavatı və salamı olsun) ərə getdiyi zaman "on dörd yaşında" olduğunu söyləmişdirlər. Bununla belə onlardan heç kimin heç bir sübut-dəlil gətirə bilmədiklərini və yaxud öz fıkirlərini əsaslaııdırmaq üçün isnad etdikləri bir mənbəni göstəməkdə aciz qaldıqları sizə heç də təəccüblü gəlməsin. Bunu biz tam əminliklə deyə bilərik, çünki sözsüz ki, onlardan heç biri İmam Buxari və Müslimin hədis toplusundan daha mötəbər mənbələr ilə çıxış edə bilməzlər! Apardığmız araşdırmamn nəticələrinə əsaslanaraq belə düşünürəm ki, Aişənin (Allalı ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) evliliyi zamanı "on dörd və yaxud on beş yaşında" olduğunu iddia edənlərin söykəndiyi ümumi bir mənbə vardır. Bu mənbə də "Dahi Müsəlmanların Tərcümeyi Halları" adlı əsərdir. Bu əsər kitab şəklində. CD formasında nəşr olunub və internetdə bir neçə səhifələdə yerləşdirilib. Mənbələrə müraciət etməyin nə üçün mühüm olduğuna dair sadəcə başqa bir nümunə verdik...

Mənbə: Möminlərin anası Aişənin Peyğəmbərlə erkən evliliyi ətrafında cərəyan edən şübhələrə əsaslı cavablar, səh 2-3
Əbu İmran - Rəhman Robert Skvörs
Müsəlmanların cavablar - Orlando, Florida 
©

27 May 2012

İsveçdə din


Dinsizliyin sürətlə yayıldığı ölkələrdən biri də İsveçdir. İslveç 11-ci əsrdə Norse Paqanizmdən xristianlaşdırıldı. 1530-larda baş vermiş Protestant İslahatlarından 2000-ci ilə qədər İsveç Lüteran Kilsəsi dövlət dini olub. 2010-cu ildən ölkə əhalisinin təxminən 70%-i bu kilsədə qeydiyyatdan keçib, hansı ki, bu rəqəm 1970-ci ildə 95%-dən yuxarı, 2000-ci ildə isə 85% olmuşdur.

Digər Avropa ölkələri ilə müqaisədə İsveçdə din çox məhdud rola malikdir. 2009-cu il Gallup sorğusunda, 17% “Din gündəlik həyatınızın mühüm hissəsidirmi?” sualına “Bəli” cavabı vermişdi. İsveç Kilsəsində qeydiyyatdan keçmişlərin 4%-dən azı ictimai dua mərasimlərində iştirak edir, ancaq 2% daimi iştirakçıdır.

Ən son sorğu olan “Eurobarometer Sorğusu” 2005-ə görə
23% İsveç vətəndaşı tanrıya inanır.
53% ruha və fövqəltəbii qüvvəyə inanır.
23% isə ruha, tanarıya və ya fövqəltəbii qüvvəyə inanmır.

Ölkədə yəhudilərin sayının artması XX əsrin sonlarındakı immiqrasiya ilə əlaqədardır və müsəlmanlar azlıq olaraq cəmi 5% təşkil edir.

22 May 2012

Allah - Yasəmən Məmmədli

Əllər göyə uzanıb
Əlləri görmürsənmi?
Dillər min yol yalvarıb
Guya eşitmirsənmi?
Bəs hanı ədalətin
Məzluma əl tutmursan
Ümid satmaq adətin
De, varmısan, yoxmusan?
Zalıma güc verirsən
Bu dünyada kef çəkir
Kasıba döz deyirsən
Ömrüboyu dərd çəkir
Bir nağıl da qoşmusan
O dünya barəsində
Guya dözümlü olsan
Yerin var əvəzində
Daha bəsdir, toxuq biz
Yalanlara uymarıq
Bu dünyanın işini
O dünyaya qoymarıq!!!

Yasəmən Məmmədli

Yeni din yaranır - Mirzə Sakit

Əssəlamun-və Əleykə, ey ərəb düymələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Dün qüsl çəkdim əcəb, pak salavatlıq edərək,
Tanrını dəfn elədim, torpağa məsum gömərək
Biz ki, Allahsızıq əlbət, bizə Allah nə gərək
Bağlayın din kitabın, xətm eləyin surələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Səcdə qıl sən mənə dostum, de mubarək qədəmin
Dinləsən ey bəni-insan, olacaqdır nə qəmin
Oxuduqcan pozulursan, o yüz on dörd rəqəmin,
İçdə tonqal qalayıb yandırınız köhnələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Xoş xəyallar ta ki, inşallaha qalmış yenə də
Asılıb paslı kilid on beş əsrlik çənədə
Siğə qılmış o Rəsul, körpəni doqquz sənədə
Yahu, qəltanlıq edib bakireyi-körpələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

İmamın qətlinə şadlıqla yedik ehsan aşı,
Hacının beynini uslufca pozub Məkkə daşı
Yoxdur insanlığa meyl, ortada var din savaşı,
Yazılıb müştehidin sərgidə kor müjdələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Qoy o Allah elə Allah kimi yatsın yuxusun,
Bircə yol biz alaq insan kimi Allah qoxusun
Əməlül-Salehi-Vacibdəsə rəhmət oxusun,
Aparıb beynimizi rövzəxanın nöhələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Şeyximiz mərsiyəxanlıqla qızıb tez coşaraq,
Qulplaşıb kafirə dost, üzdə müsəlmanlaşaraq
Geyib əmmaməsini zalıma məhd söz qoşaraq,
Ayətullah oxuyur hücrədə boş xütbələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Allah Allahlıq edə- Yol sevinər, çıxsa yola
Min il Allahlıq edən şarlatanın rəngi sola
Mirzə Sakit iki gün Allaha peyğəmbər ola,
Sağalar bəlkə o gün qorxulu din xəstələri
Yeni bir din yaradıb söyləyəcəm gör nələri

Mirzə Sakit

21 May 2012

"Balaca qara balıq" Səməd Behrəngi

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fikrə dalır, az danışırdı. könülsüz və tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:
–Anacan, –dedi, sənə bir neçə kəlmə sözüm var.
–Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çixaq, –deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, –deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
–Doğurdan getmək istəyirsən?
–Bəli, anacan, hökmən getməliyəm!
–Axı, alaqaranlıqda hara getmək istəyirsən?
–İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir ki, fikirləşirəm, görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi götür- qoy etmişəm. Belə qərarə gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox…
–Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır.
–Yox, anacan, belə deyil. Hər şeyin axırı var. Məsələn, gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur?
Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdıqını görən ana Balıq dedi:
–Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox , gəzib dolanmaq vaxtıdır.
–Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?
– Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadir ki, biz yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:
– Qonşu, –dedi,–uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun səsini eşidib cavab verdi:
–Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cib-cib öyrətməyə başlayıblar.
–Necə məgər? –deyə qonşu iri Balıq soruşdu.
–Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq sözlər!
Qonşu iri Balıq:
–Balaca,–dedi,–de görüm sən nə vaxtdan belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca Balıq dedi:
–Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu Balıq:
–Vay,–dedi,–gör bu nələr danışır ?!
Ana Balıq dilləndi :
–Heç düşünməzdim ki, bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub…
Balaca Balıq dedi:
–Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var!
Qonşu Balıq Balaca Balığın anasına dedi:
– Bacı, o pıç-pıç danışan İlbız yadındadırmı?–Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balaca Balıq dedi:
–Bəsdir, ana! O, mənim dostum idi!
–Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca Balıq :
– Mən də balıqlarla İlbizin düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin başını yediniz!–dedi.
Qonşu dilləndi:
– Bu, keçmişin söhbətidir.
– Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
- Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları yadından çıxıb?!
– Onda məni də öldürün! Çunki mən də onun dediklərini deyirəm,–deyə Balaca Balıq gileyləndi.
Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balaca Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb Balaca Balığa acıqlandılar:
–Elə düşünürsən ki, sənə rəhm edərik?!
–Bir qulaqburması bəsdir!
Balaca Qara Balığın anası onlara müqavimət göstərdi:
–Kənara çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan bir başqası Balaca Balığın anasına dedi:
–Xanım, uşağını lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə başladı:
–Sizinlə qonşu olduğuma xəcalət çəkirəm!
Başqa bir balıq dilləndi:
–Nə qədər ki, bu məlunun işi… Göndərək qoca İlbizin yanına.
Balıqlar Balaca Balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş gözünə döyür, ağlayır və deyirdi:
–Allah, sən saxla! Uşağım əlimdən gedir. nə edim? Başıma haranın daşını salım.?
Balaca Balıq dedi:
–Anacan, mənim üçün ağlama, geridə galmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar:
–Təhqir eləmə!
–Get! Sonra peşman olsan, daha bizdən incimə!
–Bunlar cavanlıq əlamətidir. Getmə!
–Buraların nəyi pisdir?!
–Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt!
–Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğurdan da başa düşən bir balıqsan!
–Biz sənə öyrəşmişik, getmə!
Ana Balıq doluxsunaraq dilləndi:
- Mənə rəhmin gəlsin, bala! Getmə!
Balaca Balıq onların dediklərinə etina etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca Balıq dostlarından ayrılarkən dedi:
–Görüşənə qədər, dostlar! Məni unutmayın!
Dostlar:
–Heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər, ağıllı və cəsur dost!–dedilər.
Balaca Balıq şırrımnan aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca Balıq bu vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi. Suda minlərlə çömçəquyruq gəzirşirdi. Balaca Balığı görən kimi onu məsxərəyə goydular:
– Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?!
Balaca Balıq ani olaraq fikirləşib:
–Xahiş edirəm, təhqir etməyin,–dedi,–mənim adım Balaca Balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Çömçəbalıqlardan biri dedi:
–Biz bir-birrimizi ” Çömçəquyruq ” çağırırııq.
O biriləri yerdən dedilər:
– Əslimiz, nəcabətimiz var.
–Dünyada bizdən gözəli tapılmaz! Sənin kimi yöndəmsiz deyilik!
Balaca Balıq onlara belə cavab verdi:
–Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram.
Çömçəquyruqlar səsləndilər:
–Deməli biz nadanıq?
–Nadan olmasaydınız başa düşərdiniz ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər.
–Sən özünü nahaq yerə yorusan,–dedilər,–biz səhərdən axşama qədər dünyanı gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca Balıq soruşdu:
–Siz ki, gölməçədən qıraqa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər:
– Məgər gölməçədən başqa da özgə dünya var?
Bəs necə? Özünüz fikirləşin, görün yaşadığınız su hardan axıb və sudan kənarda nələr var?
–Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Ha, ha, ha! sən dəli olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin . Sonra belə qərarə gəldi ki, onların anaları ilə də bir-iki kələmə danışsın.
–Ananız haradadır?
Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı, iri daşın üstündə ötürmüşdü. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı:
–Mən buradayam, –dedi, –qulluq?!
–Möhtərəm xanım, salam!
–Ey əsl–nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömür eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir.
Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
–Yuz il də ömür eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və Balaca Qara Balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü. Iri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumuru Xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. xərçəng Balaca Balığı görüncə:
–Nə ədəbli Balıqsan, –dedi, –gəl qabağa. Balaca, gabağa gəl!
Balaca Balıq:
–Mən dünyanı gəzməyə gedirəm,–deyə xərçəngə cavab verdi, canabınızın yeminə çevirilmək istəmirəm!
–Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq?
–Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm.
- Çox yaxşı, indi de görüm gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin?
–Özünü bilməməzliyə vurma!
–Bilirəm, Qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. Istəyirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balığa tərəf yeridi.
Xərçəng elə gülməli yeriyirdi ki, Balığı ixtiyarsiz olaraq gülmək tutdu.
–Ay yazıq,–dedi,–sən heç yeriməyi də bacarmırsan. Hardan bilirsən dünya kimin əlindədir?!
Balaca Balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngi bu halını görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. “Mə-mə! Bə-bə!” səsləri dərəni başlarına götürdü.
Balaca Balıq sürünü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib:
–Kərtənkələcan,–dedi,–mən arxın qurtaracağını axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeyləri soruşmaq istəyirəm.
–Xətrin hər nə istəyir, soruş.
–Yolda məni nərə balıqla, saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə mənə de!
Kərtənkələ dedi:
–Nərə balıqlar və Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Məbadə aldanıb kisəsinin içərisinə girərsən.
- Kisə nədir? –Balaca Balıq onun sözünü kəsib soruşdu.
–Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat saxlayır.
–Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur?
–Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşəndə dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca Balıq xəncəri alıb dedi:
–Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim?
–Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.
–Məgər məndən qabaq da buradan keçən olub?
––Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər…
Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı:
–Di, sağ ol,–dedi,–balalarım yuxudan ayıldığı üçün getməliyəm.
Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: “Doğurdanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliyi var? ”
Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:
–Elə bil qəribsiniz?
–Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər:
- Hara getmək fikrindəsən?
–Arxın qurtardığı yeri tapmağa gedirəm.
- Hansı arxın?
–Biz buna arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:
–Xəbərin var ki, Saqqa quşu yolu kəsib?
–Xəbərim var, bilirəm…
Başqa bir rizə balıq soruşdu:
–Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var?
–Onu da bilirəm.
–Bunları bilə-bilə yenə getmək fikrindəsən?
–Bəli, bütün bunları bilirəm və getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara balığa yanaşıb qımıldandı.
–Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…
Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdi və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdi. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.
Balaca Balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:
–Salam, ey mənim göyçək ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:
–Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
–Dünyanı səyahətə çıxmışam.
–Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.
–Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.
–Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin.
–Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.
–Mənim Balığım, düzünü axtarsan mənim işığım yoxdur, işığı mənə Günəş verir, Mən də onu yerə Saçıram. Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?
–Bu mümkün deyil!
–Düzdür, bu çox çətin işdir, ancaq insan öz istədiyinə…
Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisinə qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı… Subh tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər:
–Sabahın xeyir!
Qara Balıq onları tanıdı:
–Sabahınız xeyir olsun!–dedi. Nəhayət, ardımca gəlib, mən diyən yola düşdünüz?
Rizə balıqlardan biri:
–Bəli,–dedi,–ancaq hələ də qorxu canımızdan çıxmayıb.
Bir başqa balıq :
–Saqqa quşunun fikri bizi rahat buraxmır,–deyə diləndi.
Balaca Qara Balıq:
- Siz çox fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir,–deyə cavab verdi.
Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kissəsinə düşübdür.
Balaca Qara Balıq dedi:
–Dostlar, biz Saqqa quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb ah-zar etməkə başladılar.
- Artıq bizm qaçmaqa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!
–İndi bizim hamımızı “qurt” eləyib udacaq.
Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:
- Rizə balıqlar necə də girimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi “qurt” eləyib udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar yalvarmaqa başladılar:
–Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübark dimdiyinizi bir qədər aralasaydınız buradan xilas olub mübarək vucudunuza duaçı olardıq.
Saqqa quşu dedi:
–Mən hələ bu saat sizi “qurt” eləyib udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.
Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.
Rizə balıqlar bir səslə dedilər:
–Həzrət-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb…
Balaca Balıq:
–Qorxaqlar!–dedi. –Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq?
Rizə balıqlar qorxuya düşüb dedilər:
–Heç nə danşdığını da bilmirsən. İndi görəsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və səni necə “qurt”  eləyəcəkdir!
Saqqa quşu dilləndi:
–Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!
–Şərtinizi buyurun, qurban!
–Azadlığınızı bu boşboğaz balıqı öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara:
–İnanmayın,–dedi,–bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var!…
Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib:
–Qorxaqlar!–dedi,–Hər halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gücünüz çatmaz!
–Biz azadlıqa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!
–Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiləgər quşa inanmayın!
–Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən!
–Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?! Əgər sözümə qulaq asmasanız bu xəncərlə hamınızı qıraraq, quşun da kissəsini parçalayıb çıxaram. Siz isə …
Rizə balıqlardan biri onun sözün kəsib:
–Daha bəsdir!–dedi,–Mən bu sözlərə inanmaq istəmirəm. –O, bu sözləri deyə-deyə ağlamağa başladı.
Balaca Qara Balıq onun ağladığını görüb dedi:
–Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:
–Həzrəti-ağayi Saqqa quşu,–dedilər,–füzül Qara Balığı öldürdük.
Quş güldü:
–Çox yaxşı iş gördünüz,–dedi,–bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.
Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq istə cəld xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı.
Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı…
Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı.
Balaca Qara Balıq suyun çoxluğundan ləzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mirvari dişləri olan uzun bir heyvan ildırım sürət ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı . Bir mütdətdən sonra suyun altına endi. Yolun yarısında minlərə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:
–Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?
O dönüb Balaca Qara Balığa dedi:
–Qardaş bizim dənizə xoş gəlibsən!
Balıqlardan biri dedi:
–Bütün çaylar və arxlar bura tökülür.
Başqa bir balıq isə:
–İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən Balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlanmasa yaxamızdan əl çəkmir,–dedi.
Balaca Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: “Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam”
Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı, oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi:
–Nə ücün məni sağ-sağ udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.
Balıqudan heç nə deməyib fikrə getdi:
“Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?”
Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq “quruya çatsaq daha iş bitdi” deyə düşündü və nəhayət Balıqudana dedi:
–Bilirəm məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!
Balıqudan bir anlıq fikrə getdi: “Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçün isə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz”. Sora gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi: “Deyəsən öldü, artıq onu özüm də yeyə bilmərəm”. Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə … Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb, Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütübətlidir, çıxış yolu isə yoxdur. Elə ki, gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:
–Qalx ayağa, ay balaca ! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.
Rizə balıq soruşdu:
–Sən kimsən? Məgər görmürsən get-gedə məhv oluram? Ana… Ay ana, hardasan, imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana!
Balaca Qara Balıq:
–Daha bəsdir, canım,–dedi,–sən bütün balıqları rüsvay elədin.
Rizə balıq ağlamağına ara verən kimi Balaca Qara Balıq dedi:
–Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.
–Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?
Balaca Qara Balıq xəncərini göstərib dedi:
– Bunla onun qarnını cıracağm. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.
–Bəs sən?
–Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.
Balaca qara Balıq bu sözləri deyib Balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq vurub fəryad qoparır…Nəhayət, o müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu.
Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi:
–Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın!
Nəvə-nəticələri ondan soruşdular:
–Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi:
–O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan: –Gecəniz xeyrə qalsın!–dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…




9 May 2012

Heç bir Belçika kilsəsi cinsi zorakılıqsız ötüşmədi

Belçika katolik kilsəsi ilə çalışan istintaqçılar 1950-1980 illər arası ruhanilər tərəfindən törədilmiş 475 uşaq zorakılığı haqda şikayət qəbul ediblər.

“Deyə bilərik ki, heç bir konqreqasiya azyaşlıların bir və ya bir neçə kilsə ruhanisi tərəfindən cinsi zorakılığı olmadan ötüşməyib,” komissiya belə nəticəyə gəlib.

200 səhifədən ibarət raportda, 124 anonim qurbanın bildirdiyinə görə əksər hallarda cinsi təcavüz 12 yaşından başlayıb.

13 ölüm ilə intiharların yüksək sayı qeyd edildi və altı cəhd "ruhani tərəfindən seksual sui-qəsdə" aid edildi.

“Burada söhbət anal və oral seksdən gedir, zorla qarşılıqlı masturbasiya etməkdən gedir.” bunu pedofiliya üzrə psixoloq mütəxəssis və komissiyanın üzvü, Peter Adriaenessens demişdir.


Mənbə: The Telegraph




İslam


7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində yayıldı. Azərbaycanın islamlaşması da erkən islam fütuhatı ilə hicrətin 18-ci ilindən (639-cu il) başlanır. Ərəblərə məğlub olan Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad həmin il sülh müqaviləsini bağladı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Ərəbləri şəhərin istehkamları heyran edir və onlar Dərbəndi "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə [656-661] Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatı çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər. Döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali isə bir qədər kənara - "rabat" adlanan yerlərə köçürülürdü. Bu dövrdə ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın birinci mərhələsi 7-ci əsrin ortalarından 8-ci əsrin əvvəllərinə qədər davam edən islam fütuhatı dövrünü əhatə edir. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və alban kilsəsinin öz müstəqilliyini (avto-kefallığını) itirməsi ilə bitir. Akademik Z. Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında da yayılır, çünki ərəblər tərəfindən onlara güzəştlər olunurdu. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, tayfa şüurunun üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ 8-ci əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövləti yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, iudaizm mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, lakin nüfuz dairəsi zəiflədiyindən ardıcılları erməniləşir, ayinlər erməni dilində aparılırdı. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlılıq da qalır. Abbasilər hakimiyyətinin ilk dövründən başlanan şüubilik hərəkatı, Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə Azərbaycanda mötədil şiəlik yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (11-ci əsrin ortaları – 13-cü əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.
Beşinci mərhələ monqol istilaları dövrünü (13-cü əsrin 1-ci yarısı – 15-ci əsrin 2-ci yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni 15-ci əsrin 2-ci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və 16-cı əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi sayılır. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 1832-ci il noyabrın 29-da Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə Xarici İşlər Nazirliyinin əməkdaşı N. Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də, Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş aldığı halda, həmin ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 1872-ci il aprelin 5-də təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazi var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilirdi. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir və həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı müasirləşdirmək meyilləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra şeyxülislamlıq təsisatı ləğv edilir, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşizmə qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 1944-cü il mayın 25-28-də Bakıda keçirilir və Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislam idi, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin müavini sayılır və sünniməzhəb müsəlmanların dini işlərini tənzim edir.

SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi öz fəaliyyət dairəsini daha da genişləndirmişdir. 1998-ci ildə Bakıda Qafqaz müsəlmanlarının 10-cu qurultayı keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstanda və Dağıstanda da nümayəndəlikləri açılmışdır.
QMİ beynəlxalq islam təşkilatları ilə əlaqəsini ardıcıl şəkildə təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində sıx əlaqələr yaradır. Bu gün QMİ öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 1991-ci ildə yaradılmış Bakı İslam Universiteti ruhani kadrların yetişdirilməsi sahəsində xeyli iş görür. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində də 1992-ci ildən ilahiyyatçı və islamşünas mütəxəssislər hazırlanır.

Ölkədə 1300 məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir.

Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir.
Azərbaycanda həmçinin 11 molokan icması da fəaliyyət göstərir.


Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007, səh. 153-158.

İudaizm


Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazi) və gürcü yəhudiləri icmaları mövcuddur.

Dağ yəhudiləri hazırda ölkədəki yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin danışıqlarında çoxlu türk, fars və rus sözləri vardır.

Musa Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlməsini e.ə. 1-ci əsrə aid edir. Başqa məlumatlara görə, onlar Şərqi Qafqaza Sasani hökmdarı I Xosrov Nuşirəvan [531-579] tərəfindən köçürülmüşlər.

Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Talmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri hesab edirlər.

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt halda məskunlaşdıqları ən iri yaşayış məntəqəsidir. Ayin orucu günü dünyanın hər yerindən dağ yəhudiləri yaxınlarının qəbirlərini ziyarət etmək üçün buraya gəlirlər. Qəsəbədə üç sinaqoq və mikva vardır.

Azərbaycanda 19-cu əsrdən məskunlaşmağa başlamış Avropa yəhudilərinin əksəriyyəti Bakıda və Sumqayıtda yaşayırlar.

Gürcü yəhudilərinin icması sayca kiçikdir. 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur.


Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007, səh. 153-158.

3 May 2012

"Surayə M-in daş-qalaq olunması" - Film

İran dünyanın bu filmi görməsini istəmir. Film olmuş hadisə, Surayə M-in yanlış olaraq zinada günahlandırılaraq öz kəndində islam şəriyyə qanunlarına əsasən vəhşicəsinə daş-qalaq olunub öldürülməsinə əsasən çəkilib. Filmin direktoru bildirib ki, bəzi Avropa ölkələri filmi nümayiş etdirməyə biganədirlər.

Filmi tam izləmık üçün tıkla.

Xristianlıq


Azərbaycan ərazisində Xristianlıq yeni eranın ilk əsrlərində yayılmışdır. Burada ilk xristian icmalarının yaranması da bu dövrə təsadüf edir. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (suriyapərəst) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Aqvan diyarının Kiş adlı yerində Qafqazda ilk xristian kilsəsini inşa etmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan etdi. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının yunanpərəst dövrü başlanır. 4-5-ci əsrlərdə bölgədə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır, kilsələr tikilir, dini kitablar Suriya və yunan dillərindən tərcümə edilirdi. Sinayda aşkar edilmiş alban yazısı və alban dilində olan leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. 5-6-cı əsrlərdə ölkə ərazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. 6-cı əsrin sonu – 7-ci əsrin əvvəllərində alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqa şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatından, xüsusilə alban dövlətinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, alban kilsəsi isə erməni kilsəsinə tabe edilmişdir. 9-10-cu əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. Bu durum 19-cu əsrə kimi davam etmiş, 1836-cı ildə isə çar hökuməti Sinodun təqdimatı ilə alban kilsəsini ləğv etmiş, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilmişdir. 20-ci əsrin 80-90-cı illərində alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra, alban-udi xristian icması dövlət qeydiyyatından keçmişdir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.

Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildən fəaliyyət göstərir.

Rus pravoslav kilsəsində baş vermiş parçalanmadan sonra sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altıağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Rus Borisi, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində artıq 13 min sektantın yaşadığı 21 kənd var idi.

Katolisizm. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi adlı kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan Müqəddəs Məryəmin Bakirə Hamiləliyi yeni kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunmuş və 2001-ci ildə icma öz ibadət evini yaratmışdır.

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ 19-cu əsrin 2-ci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də 19-cu əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar olmuşdur. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda incilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Göygöl şəhəri) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

Alban-udi kilsəsi Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayır.

Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, "xristian kilsələrinin anası" hesab olunur.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə" çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Nəzəri cəhətdən çoxdan sübuta yetirilmiş tarixi faktlar Alban-udi xristian icmasının bərpası ilə artıq maddiləşmiş və ədalət, udilərin haqqı qismən də olsa bərpa edilmişdir.


Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007, səh. 153-158.

Bütpərəstlik


Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Mənbə: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Zərdüştilik


Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.


Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri
təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.
Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

Mənbə: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytı

16 April 2012

"Dəniz yarılması"


Cənubi Koreanın cənubundakı Jindo adasında hər il “dəniz yarılması” müşahidə olunur. Əfsanəyə görə bunu edən Nənə Pronq-dur. Bu lap Musanın 3000 il əvvəl dənizi yarması kimidir. Əfsanədə deyilir ki, qədim zamanlarda Jindo adasında insanlar tez-tez pələnglər tərəfindən hücumlara məruz qalırdılar.  Beləliklə də onlar qayıq hazırlayıb adanı tərk etdilər. Necəsə oldu Pronq adlı bir qoca qadın adada unuduldu qaldı. O gecə-gündüz Dənizin Əjdaha Kralına kömək üçün yalvardı. Bir gün Dənizin Əjdaha Kralı onun yuxusuna girir və deyir ki, mən göy qurşağını göndərəcəm ki sən onun üstü ilə adanı tərk edəsən. O səhər yuxudan oyandı və dənizi yararaq digər sahilə getdi.

3 km uzunluğu olan bu yol hər il yazda əmələ gəlir. Səbəbi dənizin axını ilə əlaqədardır. Bildiyimiz kimi ayın cazibə qüvvəsi dənizlərdə və okeanlarda suyun səviyyəsinə təsir edir. Suyun səviyyəsi azaldıqda isə dəniz dibinin sahildəki dayaz yerləri cığır kimi digər sahilə uzanır. Dünyanın məşhur turist düşərgələrindən biri olan Jindoda hər il minlərlə insan suyun çəkilməsini gözləyərək “dənizi yarırlar”.



Əfqan kişi həyat yoldaşına işgəncə verdi

Əfqanıstanın Zabul əyalətindən olan 34 yaşlı Mumtaz 17 yaşlı həyat yoldaşı Naziadan şübhələndiyi üçün onun saçlarını, sonra qulaqları və burnunu kəsib, dişlərini zədələyib və vəhşicəsinə döyüb. 

Nazia hospitalda olarkən: “Mən dəfələrlə Mumtaza and içərək bildirdim ki ona sadiqəm. O məni əvvəllər də döyərdi. Qurbanlıq bayramından bir neçə gün öncə başımı qırxdı və mənə amansızcasına döydü. Bayramın ilk günündə isə mənim qulaqlarımı və burnumu kəsdi sonra isə dişlərimi zədələdi. Nəhayət əllərim və ayaqlarım qırılanacan döydü. Mən onun ikinci həyat yoldaşı idim. O artıq birinci həyat yoldaşını öldürmüşdü.” deyərək ağladı.

2007-ci il
Mənbə: GroundReport


4 ən-Nisa (Qadınlar) surəsi
34 - Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

13 April 2012

Rauf Hüseynbəyov kimdir

Ötən ilin sonlarında Facebook sosial şəbəkəsində ateist qrupların birində Elmi Eminov adlı bir müsəlman Çarlz Darvinin adından saxta sitatlar gətirərək (mənbə də verirdi) onu irqçilikdə  ittiham edirdi. Bu haqda uzun danışdıqdan sonra söhbətlərimizi video kimi hazırlayıb Youtube-da paylaşmışdırm.



Bugün onun yoldaşlarından biri Rauf Hüseynbəyov həmin məsələni yenidən qaldırdı və məni ittiham etməyə başladı.

Şərhləri və ya şəkli siləcəyini zənn edib bunları fakt olaraq saxlamaq üçün bloqumda saxlamaq qərarına gəldim. Bu da mənim Rauf Hüseynova yazdığım cavabdır.

Rauf Huseynbeyov, sadəcə gülürəm həyasızlığa. Burada problem doğuran heç nə yoxdur. Sən ingilis dilini yaxşı bilən bir insan tap, sənə izah etsin orada yazılanı. Gəl mən sənə yenə dəqiqliyi ilə Elmi Eminovun şərhini verim oxu. Səni həmin qrupa (Molla Nəsrəddin) əlavə etdim. Admin təsdiqləsin oxuyarsan bu linkdə.

http://www.facebook.com/photo.php?fbid=222953244448596&set=o.220786471307909&type=3&theater

Eminov Elmi Kefli İskender Çarlz Darvin: "Bəlkə də əsrlər sürməyən yaxın gələcəkdə, mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən isə insanabənzər meymunlar belə ələnəcəklər. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişləyəcək. BUNUN SAYƏSINDƏ AVROPALI IRQLƏRDƏN DAHA MƏDƏNI IRQLƏR YARANACAQ, ZƏNCILƏRDƏN, AVSTRALIYA YERLILƏRINDƏN VƏ QORILLALARDAN DAHA GERIDƏ OLAN BABUIN MEYMUNLARI QALACAQ." (Charles Darvin, The Descent of Man, 2. nəşr, New York, A L. Burt Co., 1874, s. 178)

Təbii ki bu yazını Elmi Eminov tərcümə etməyib. Mənbəsi ilə Harunun bir saytından götürülüb. İngilis dilini pis bilmirəm, lazımı sertifikatım da var. Gəl mən sənə tərcümə edim, sonra yoxlatdırarsan.

"Əsrlərlə ölçülməyəcək qədər uzaq olmayan gələcəkdə, daha sivil insan irqləri vəhşi insan irqini aradan aparacaq. Professor Schaaffhausen dediyi kimi həmin zaman antopomorfus primatlarının nəsli kəsiləcək. İnsanın ən yaxın müttəfiqləri (qohumları) ilə arasındakı fərq daha da böyük olacaq. Belə ümid edə bilərik ki bu fərq, neqr və Avstraliya irqi ilə oranqutandan da böyük, Avropoid irqi ilə təkamüldə daha aşağıda olan primatlardan olan babun arasındakı qədər ola bilər."

Mənbə: http://darwin-online.org.uk/pdf/1874_Descent_F944.pdfSəhifə 156

İndi isə əziz Harunçular, hər şey bir kənara, deyin görüm Elmi Eminov, yox o günahsız işçidir, Harun Yəhyanın tərcüməçiləri "Professor Schaaffhausen" yazılan yeri necə tərcümə etdilər? İndi kənardan baxanlar oxusunlar və desinlər. İnsan adları tərcümə zamanı nəyə görə itməlidir? Mən hələ tamam başqa məna verən tərcüməni demirəm. Odur ki saxtakarlıqda sizi bir daha günahlandırır və bu çirkin əməllərinizdən daşınmağa çağırıram.

Sizin hamınızı, böyüyünüz Harun da daxil olmaqla Quran ayələrinə əsasən yalançılıq, saxtakarlıq edib, alimə böhtan atmaqla sonra da mənə Elmi Eminova qarşı haqsızlıq etdiyimi deyib böhtan atmaqla iki qat günaha batdığınızı deyirəm.

4 ən-Nisa (Qadınlar) surəsi
112 - Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).

Siz nə Allaha inanırsınız nə də Qurana. İnanclı insan belə alçaqlıq etməzdi.
 



Elmi Eminovun həmin şərhini görmək üçün Molla Nəsrəddin adlı qrupa üzv olmanız vacibdir.

Yeri gəlmişkən deyim bu söhbətlət gedən ərəfədə Raufun bir nəfərə Facebookda mesajla mənim haqqımda yazdığı.























Hə, bax bu sizin əlinizdən gələn əxlaqdır. İndi kimin kimə nə etdiyini kənardan baxanlar qiymətləndirəcək. Yenə də sizi elm düşmənçiliyinizdən, saxtakarlıqdan, böhtan və təhqirlərdən yayınmağa çağırıram!

Beləliklə də ikinci Harunçu, elm düşməni  Rauf Hüseynbəyovla tanış olduq.