24 February 2012

İslamda qadın






2 əl-Bəqərə (İnək) surəsi
223 - (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

2 əl-Bəqərə (İnək) surəsi 
228 - Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir. 

2 əl-Bəqərə (İnək) surəsi 
230 - Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir). 

2 əl-Bəqərə (İnək) surəsi
282 - Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!

4 ən-Nisa (Qadınlar) surəsi
3 - Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır. 

4 ən-Nisa (Qadınlar) surəsi
11 - Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

4 ən-Nisa (Qadınlar) surəsi
24 - (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

4 ən-Nisa (Qadınlar) surəsi
34 - Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

4 ən-Nisa (Qadınlar) surəsi
129 - Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5 əl-Maidə (Süfrə) surəsi
6 - Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!


24 ən-Nur (Nur) surəsi
31 - Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

33 əl-Əhzab (Dəstələr) surəsi
50 - Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir!
33 əl-Əhzab (Dəstələr) surəsi
51 - (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) təxirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini təxirə saldığın, yaxud rici talaqla boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)

37 əs-Saffat (Səf-səf duranlar) surəsi
21 - (Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!”  22 - (Allah mələklərə belə buyuracaqdır: ) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -  23 - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!


65 ət-Talaq (Boşanma) surəsi
4 - (Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. 

66 ət-Təhrim (Qadağan) surəsi
5 - Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!

Kefli İskender

21 February 2012

Kapitanın mesajı (Alleqorik hekayə)


Həyatı nəhəng bir gəmidə səyahət kimi təsəvvür et. Təsəvvür et ki sən elə gəmidə doğulmusan, səyahət uzun illər davam edəcək. Sənə uşaqlıqdan deyirlər ki, uzaqlarda bir gəmi dizayneri var, bu gəmini də o yaradıb. Ona minnətdar ol ki sən indi okeanda boğulmursan, səni quruya qədər aparacaq bir gəmi üzərindəsən. Ona hər gün beş dəfə sənin üçün bu gəmini yaratdığına və bu gün sağ olduğuna görə təşəkkür et. Sən onu görməmisən, amma kapitanın dediklərinə inanmalısan.

Mərhəmətli gəmi yaradıcısının dili ilə: “Ey sərnişinlər, bir gün gələcək, bu gəmi okeanda üzən buz parçasına dəyib parçalanacaq. Həmin vaxt gəmini yaradan ancaq mənim dediklərimə inanıb yardana təşəkkür edənlər xilas olunacaq. Həmin vaxt gəminin yaradıcısı ona inanmayanların hamısını buz kimi soyuq okean sularında donduracaq. Amma kimlər ki uşaqlıqdan kapitanın bu mesajına inanıb, gəminin yaradıcısına təşəkkür edib, onlar qayıqlara götürülüb, isti paltar veriləcək və onları quru yerlərdə əbədi həyat gözləyir. Unutma ki gəminin yaradıcısı səni sevir! O mərhəmətlidir!”

Gəmi üzməyində uşaqlar da böyüməyində, kimi kapitana inandı, kimi də inanmadı, nəhayət gəmi okeanın lap soyuq yerlərinə gəlib çatdı. Birdən gəmi sanki qayaya toxundu, insanlar vəlvələ içində ora-bura qaçırlar. Gəminin ön tərəfi zədəlndiyi üçün su həmin hissədən gəminin aşağı mərtəbələrini doldurur, həmin vaxt saysız hesabsız insan suda boğulub ölür. Canını qurtara bilənlər gəminin düşərgəsinə doğru qaçırlar. Təşvişə düşmüş insanlar bir-birini tapdalayaraq canlarını qurtarmaq istəyirlər.

Sonda gəminin yaradıcısı gəlir; “Yadınızdadırmı kapitan sizə deyirdi mənim varlığıma inanın, yadınızdadırmı kapitan sizə deyirdi mənə hər gün təşəkkür edin? Bax indi sizi seçəcəyəm.” Beləliklə gəminin yaradıcısı, qısqanclıqla ona görmədən inanmayan bütün insanları məhv etdi, suda amansızcasına dondurdu məhv etdi. Gəminin dağılacağı gündən qorxub gəminin yaradıcısına yalvaranları isə xilas etdi. qayıqlara mindirib isti paltar verdi, onları quruya qədər gətirib çıxardı.

Göydən üç alma düşdü, biri gəmini yaradanın, biri kapitanın, biri də bu yazını paylaşanın.

Kefli İskender

17 February 2012

Sünnət vacibdirmi?

Bir çox qədim adətlər kimi sünnət də (cinsiyyət üzvünün təhrif olunması) İslam dininin yaranması ilə dinin bir hissəsinə çevrilib. Əslində sünnətin tarixi lap qədim dövrlərə gedib çıxır və heç də ancaq İslam dininə inananlarla məhdudlaşmır.

Hal hazırda müsəlmanlarla yanaşı yəhudilər də oğlan uşaqları doğulduqdan bir müddət sonra sünnət edirlər. Christopher Hitchens “God is not great” adlı kitabında yəhudilərin özünəməxsus sünnət adətlərini hələ də saxlaması haqda çox araşdırıb yazıb. Mən isə müsəlmanların bu adəti haqda öz qısa araşdırmam zamanı tapdıqlarımı yazacağam.

Quranda sünnətin vacibliyi haqqında heç bir göstərişin olmaması bir çoxlarına məlumdur. Əslində Quranda insanın Allah tərəfindən tam yaradılması qeyd olunur.

95 ət-Tin (Əncir) surəsi

(4) Biz insanı ən gözəl biçimdə yaratdıq!

Bundan əlavə, Quranda Allahın yaratdıqlarını dəyişənləri şeytanı özünə dost tutan şəxs kimi göstərilir.

4 ən-Nisa (Qadınlar) surəsi

118 - Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
119 - Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.



Bəli bunlar Quranda mərhəmətli rəhmli Allahın dili ilə deyilib. Bəs Allahın yaratdığını bəyənməyib onu dəyişməyi müsəlmanlara kim məsləhət görüb? Xeyr, bu şeytan deyil. Sunan Abu Davudun kitabından (41-ci kitab #5251) bir hədisi oxuyaq.
Mədinədə bir qadın sünnət əməliyyatı edərdi. Peyğəmbər (s.a.v) ona dedi: “Çox kəsmə, ona görə ki bu qadın üçün yaxşıdır, kişi üçün isə daha arzuolunandır.”

Bəli Muhəmməd həmçinin qadınların da sünnət olunmasını təsdiq edib və bugünə qədər də bir çox müsəlman dominantlıq edən ölkələrdə qadınların cinsiyyət üzvlərini tibbdən anlayışı olmayan insanlar “əməliyyat” edirlər. Məsələn Misirdə 90% qadının cinsiyyət dodaqları  (bəzən isə klitoru) kəsilib. 2008-ci ildən bu adətə rəsmi qadağa qoyulmasına baxmayaraq hələ də bu adətləri icra edən insanlar yetərincədir. 


Videoda gördüyünüz qadın (3:43-dən sonrakı) klitoru kəsilməmiş qızları təmiz adlandırmır. O həmçinin deyir ki, "Məni hara aparsanız mən bu əməliyyatı həyata keçirəcəyəm. Mən bu işi gözlərim qədər sevirəm, çünki mənim pulum bundan gəlir."



Bir çox müasir müsəlmanlar isə oğlanların sünnət olunmasında tibbi səbəblərin olmasını bildirirlər. Lakin araşdırmam zamanı bu fikri dəstəkləyən heç bir dataya rast gəlmədim. Əksinə cinsiyyət üzvundə bir çox problemlərin mənbəyi kimi qeyd olunur. Bura tıklamaqla BBC-də yazılmış qərəzsiz yazını ingilis dilində oxuya bilərsiniz. Göstərilən faydaların isə normal həyat sürən insan üçün heç bir fayda verməyəcəyini görmək olar.



Qısaca olaraq sünnətin nə dinlə nə də təbabətlə heç bir əlaqəsinin olmamasını bir daha vurğulamaq istəyirəm və gələcəkdə sağlam nəsil üçün bu əməliyyatı etdirməməyi məsləhət görürəm.


Kefli İskender






Dəniz səyahəti (1992)





15 February 2012

Həmzə Qaşğariyə ölüm hökmü tələb olunur


Bir neçə gün öncə Muhəmməd haqda tweet-inə görə müsəlmanların qəzəbinə tuş gələn  Həmzə Qaşğari haqda Səudiyyə Şeyxinin ölüm hökmünə çağırışı.

“Allah, axmaqlara görə bizi bağışla. Allahı və onun peyğəmbərini əsəbləşdirənlərin cəzasını allah bu dünyada və o dünyada verəcək. Allah onlar üçün alçaldıcı cəza verəcək. (“ağlayır”) Məni bağışlayın qardaşlarım, bu gün sizə mühazirə verə bilməyəcəm. Axı necə mühazirə verə bilərəm ki allah və onun peyğəmbəri ictimai yerdə lənətlənsin? (“ağlayır”) Mən qorxuram ki bizə tez bir zamanda cəza veriləcək.”

O sonra Səudiyyə kralına bu haqda tələbə çağırışla nitqini davam etdirib. Şeyx Həmzə Qaşğarinin soyuq formada üzr istəməsini nəzərə almayıb, ölüm cəzası ilə cəzalandırılmasını tələb edib. İnsanları inandırmağa çalışıb ki bu özü üçün lazımdır. Əgər onlar allahı müdafiə etmək üçün onu təhqir edənləri öldürməsələr, allah onların hamısını cəzalandıracaq. O əlavə edib ki İslam alimləri də allahı və onun peyğəmbərini təhqir edənlərin cəzasının ölüm hökmü olmasını deyir.

Həmzə Qaşğarinin “təhqiri” ilə tanış olmayanlar üçün onun həyatını təhlükə altına alan fikrini oxuyaq.

“Sənin haqqında sevdiyim və nifrət etdiyim şeylər olub və sənin haqqında anlaya bilmədiyim daha çox şeylər var. Mən sənə dua etməyəcəyəm.”
“I have loved things about you and I have hated things about you and there is a lot I don"t understand about you. I will not pray for you.”

Mən adi bir insanam, mənim haqqımda digər insanın istənilən fikrinə görə onun öldürülməsini istəməzdim. Əgər qərəzli olsaydı çalışardım bağışlayam, qərəzsiz olsa isə özümə kənardan baxıb dəyişərdim. Məni kimi düşünən ateistlər də yetərincədir. Siz deyin, kim daha mərhəmətlidir?

~Kefli İskender

12 February 2012

Darvin Günü


Çarlz Darvin 1809-cu il fevral ayının 12-sində doğulmuşdur. Bu günü onun şərəfinə Darvin Günü kimi beynəlxalq səviyyədə qeyq edirlər. Bu gün həm də elm və insanlıq bayramı kimi qeyd olunur. Darvinlə yanaşı həmin tarixdə digər böyük şəxsiyyət Abraham Linkoln dünyaya gəlmişdi.

Abraham Linkoln, Amerika qullarının xilaskarı.
Çarlz Darvin, insan düşüncəsinin xilaskarı.

10 February 2012

Ateist sitatar

"İnsan dindar heyvandır. O yeganə dindar heyvandır. O yeganə heyvandır ki, həqiqi dinə sahibdir, bir neçəsinə. O yeganə heyvandır ki, qonşusunu özü qədər sevər, lakin teologiyası yanlış olduqda boğazını kəsər. O səmimiyyətlə qardaşını düz yola, xoşbəxtlik və cənnətə döndərmək üçün dünya qəbiristanlığı yaradıb."
~Mark Twain 


"Mən digər dünya haqda necə bilə bilərəm ki, bu dünya haqda çox az bilirəm?"
~Confucius


"Mənim məktəbimdə dua etməyin və mən sizin kilsənizdə düşünməyəcəyəm"
~Naməlum


“Tənqid, satira, ələ salma və nifrətə immun fikirlər irəli sürdüyünüz an düşüncə azadlığı qeyri-mümkün olur.”
~Salman Rüşdi

"Əgər siz kifayət qədər uzun müddət yağış üçün dua etsəniz, nəhayət yağış yağacaq. Əgər siz daşqınların azalması üçün dua etsəniz, bu nəhayət baş verəcək. Eynisi duların olmadığı halda da baş verir.
~Steve Allen

"Biz ətrafımızdakı dindarların yalanlarına o qədər alışmışıq ki, xristian kilsəsinin cinayətkarlıq, sarsaqlıq və amansızlıqla keçdiyi təlimlərə fikir vermirik."
~Lev Tolstoy

"Mən Xristian ilahiyyatını insan irqinin ən böyük fəlakətlərindən biri hesab edirəm."
~Alfred North Whitehead

"Xristianlıq dünyanın yoluxduğu ən gülünc, ən absurd və qanlı dinidir."
~Voltaire

‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎‎"Həqiqət budur, din ölməlidir ki insan nəsli yaşasın."
~Bill Maher

"Sənə görə mən bir ateistəm. Tanrıya görə isə sadiq rəqib."
~Woody Allen

"Dünya bilməlidir ki, bizim dövlət idarəsindəki əsas proqramımız, Cümhuriyət Xalq Partiyasının proqramıdır. Bunun əhatə elədiyi siyasətlər, idarədə və siyasətdə bizi işıqlandıran əsas xəttlərdir. Lakin bu prinsiplər GÖYDƏN ENDİRİLDİYİ DÜŞÜNÜLƏN KİTABLARLA əsla bir tutulmamalıdır. Biz ilhamlarımızı göydən və qeybdən deyil, birdəfəlik həyattan almışıq."
~Mustafa Kamal Atatürk

"Dini inam nəinki dəlilsizdir, bu inamın dəlilsizliyi onun sevinci və qürurudur."
~Richard Dawkins

”Dünya mənim ölkəm, insanlar mənim qardaşlarım, yaxşılıq etmək də mənim dinimdir.”
~Thomas Paine

“Mənim din haqda şəxsi fikrim Lukretiusun fikirləri ilə eynidir. Mən dinə qorxudan doğmuş xəstəlik və bəşəriyyətə haqqında danışılmamış əzab mənbəyi kimi baxıram. Buna baxmayaraq mən dana bilmərəm ki, din sivilizasiya üçün də müəyyən qədər faydalı olmuşdur. Qədim zamanlarda təqvimin tərtibatına və Misir ruhanilərinin eklipslərin xronologiyasını dəqiqliklə qeyd edərək onu qabaqcadan xəbər verə bilmələrinə kömək oldu. Bu iki rolu tanımağa hazıram, lakin bunlardan başqa heç birini bilmirəm.”
~Bertrand Russell

Həyatın imtahan olduğuna inansaq, gərək bu kitabların Tanrı tərəfindən ədalətsiz olaraq müxtəlif insanlara göndərdiyi "şparqalka" olduğunu da qəbul edək.
~Kefli İskender

”Quran proqram lisenziyası kimidir, heç kim sonacan oxumaz. Hamı tələsik aşağıdakı "Qəbul etdim" düyməsini tapıb tıklamağa çalışır.”
~Kefli İskender

“Din insanlara onları ayırdığı dünyada ümid verir.”
~Jon Stewart

“Din azadlığı o demək deyil ki, insanları öz inanclarınla yaşamağa məcbur edə bilərsən.”
~Barack Obama

"Ən böyük problem, ağılsız insanların özlərindən əmin olması və ağıllı insanların şəkk-şübhə içində olmasıdır."
~Bertrand Russell

"Düşünən insan çalışar, xurafatçı insan yaltaqlanar."
~Yaşar Bugün

"İnsanları aldatmaq onları aldandıqlarına inandırmaqdan asandır."
~Mark Twain

“Elmi inanclar, dəlillərə istinad edər və nəticəsi olar. Miflər və dini inancların isə istinadı olmaz və nəticə verməz.”
~Richard Dawkins

"Müəyyən insanları ateizmə aparan onların ürəyinin bərkliyi ya da pis niyyətlər deyil, əksinə ədalətli, intellektual səmimiyyətdir."
~Steve Allen

"Bəşəriyyət o qədər bir ailə kimi olub ki, biz başqalarının tərəqqisini təmin etmədən öz tərəqqimizi təmin edə bilmirik. Əgər sən xoşbəxt olmaq istəyirsənsə, gərək özünü başqalarının xoşbəxtliyi üçün həsr edəsən."
~Bertrand Russell 


"Mən ateistəm. Mənim dinim insandır. Mən ateistəm. 6 yaşındakı qızla nişanlanıb, 9 yaşına gələndə onunla (Hz.Aişə) evlənmirəm. Mən ateistəm. 2 milyard insan ac yaşayanda Kəbənin qızıl sapla işlənmiş örtüyünü hər il dəyişdirmirəm. Mən ateistem. özümü "əşrəfi məxluqat" (təbiətdəki canlıların şərəflisi) olaraq görmürəm. Küçədəki pişik balasının da, təpik vurulan itin də, 100 kilo yük yüklənən uzunqulağın da ən azı mənim qədər şərəfli olduğunu fikirləşirəm, onların həyatına öz həyatım qədər hörmət edirəm. Mən ateistem. Anama, atama, bacı qardaşlarıma, qonşularıma, hərkəsə özüm qədər hörmət edirəm. Mən ateistəm. Gələcəkdə həyat yoldaşımla aramda anlaşılmazlıq olduqda onu Quranda icazə verildiyi kimi şillə ilə yola gətirməyə çalışmayacam. Problemlərimizi sevgiylə, sözlə, danışaraq həll edəcəyik. Mən ateistəm. İnsanlara yaxşılıq etməkdən başqa heç bir ibadətə əməl etmək istəmirəm... Mən gələcəkdə övladımın nə ərəblər kimi geyinmesini, ne xanımıni döyməyini, nə ağac budağı (misvaq) ilə dişlərini firçalamasını, tualet kağızıi yerinə plastik qabdakı su ilə yuyunmasını ("sünnet") istəmirəm. Mən ateistəm . Mənim qibləm insandır."
~Kamran Musa

"Bütün dinlər insanlar tərəfindən yaradılıb."
~Napoleon Bonaparte

"Tanrılar peyğəmbər seçib niyətlərini insanlara çatdırmaz. İnsan tanrı seçər və onun adı ilə öz niyətlərini insanlara çatdırar. Nəticədə bütün peyğəmbər dediklərimiz tanrı və bütün tanrı dediklərimiz peyğəmbərdirlər."
~Kefli İskender

”Əgər tanrı özündən güclü, bacarıqlı və hər şeyə qadir bir tanrını yarada bilmirsə demək o hər şeyə qadir deyil. Əgər o hər şeyə qadir olub özündən güclü, bacarıqlı və hər şeyə qadir bir tanrını yarada bilirsə, lakin yaratmırsa demək o qısqancdır.”
~Kefli Iskender

“Bilmirəm yaradan nə verib mənə,
Cənnətə gedərəm, ya cəhənnəmə.
Burda saz, mey, gözəl çəmən olsa nəğd,
O nisyə cənnəti verərəm sənə.”
~Ömər Xəyyam

"Əgər tanrı Quranın dəyişdirilməsinə icazə verməyəcək qədər qüdrətlidirsə, niyə incilin, tövratın dəyişdirilməsinə mane olmayıb? Demeli diskriminasiyanı ateistler yox tanrı edir."
~Kamran Musa

"Mən bunu bir dəfə demişəm, yenə də təkrar edirəm, əgər sən dini əldə əsa kimi tutursansa, mən gəlib onu vurub əlinin altından salmayacağam. Yox, əgər sən onu mənim ya da qayğısına qaldığım bir insanın başına vurub döyəcəksənsə, mənim hər bir haqqım var ki onu sənin əlindən alıb milyon hissəyə parçalayım."
~Waleed Al-Husseini

”Bir insana yaxşılıq etmək mənə ömrüm boyu özüm üçün olmayan tanrıya dua etməkdən üstünür.”
~Kefli İskender

”Həyatımın ən ağır anlarından birini yaşayıram. Belə hallarda insanlar adətən super bir qüvvəyə inanıb ona yalvarırlar. Mən isə özümü otaqda təkcə, özümlə danışan gördüm, özümə yalvarıb daha dözümlü olmağımı istəyirdim.”
~Kefli İskender

"Mən heç zaman elə bir qrupa üzv olmazdım ki onun simvolu iki taxta parçasına mıxlanmış oğlan olsun."
~George Carlin

"Kilsə deyir ki yer müstəvidir. Lakin mən bilirəm ki yer kürəvidir, çünki mən onun kölgəsini ay üzərində görürəm. Ona görə də mənim kölgəyə daha çox imanım var nəinki kilsəyə."
~Ferdinand Magellan

"Ölümdən sonrakı həyat qaranlıqdan qorxanlar üçün bir nağıldır."
~Stephen Hawking

"Mən yaxşı iş gördükdə özümü yaxşı hiss edirəm, pis iş gördükdə isə özümü pis hiss edirəm. Bu mənim dinimdir."
~Abraham Lincoln

“Quranı oxumadan müsəlmanam demək, konstitusiyanı oxumadan hüquqşünasam demək kimidir.”
~Kefli İskender

“Yetkin insanın ateistlərin şeytanla ünsiyyətdə olub ona uymasını düşünməsi psixi problemin olmasına bir işarədir.”
~Kefli İskender

"Kainat haqda bildiyim ən poetik izah budur; Bizim bədənimizdəki bütün atomlar ulduzların partlaması zamanı (ölməsi) əmələ gəlib. Bəlkə də sol əlimizdəki atomlarla sağ əlimizdəki atomlar müxtəlif ulduzlardan gəlib. Bu həqiqətən də fizikada bildiyim ən poetik həqiqətdir. Siz ulduz tozusunuz, əgər ulduzlar partlamasaydı siz burada ola bilməzdiniz. Bütün elementlər, karbon, oksigen, azot, dəmir ulduzların mərkəzindəki "sobalarda" əmələ gəlmişdir. Ona görə də İsanı unudun, ulduzlar öldü ki siz bu gün burada olasınız."
~Lawrence Krauss

"Mən astrologiyaya inanmıram; Mən Oxatanam, biz skeptikik."
-Arthur C. Clarke

"-Oh Bill, sən çox amansızsan. Sən bu dindən nə istəyirsən? Din insanlara rahatlıq verir. O heç nəyə ziyan etmir.

-Əksər müharibələrdən, səlib yürüşündən, Sentyabr hadisələrindən, azyaşlılarla planlı evliliklərdən, qız məktəblərini partlatmaqdan, qadın və homoseksualların sıxışdırılmasından, fətvalardan, etnik təmizləmələrdən, şərəf zorlamasından, insan qurbanlarından, cadugərləri yandırmaqdan, kamikadzelərdən, quldarlığın tətbiqindən və uşaqların sistemli şəkildə cinsi zorlanmasından başqa daha bir neçə şey var ki mənim dinlə problemim var."
~Bill Maher

“Mənə tez-tez məktub yazıb proqramlarımı çox bəyəndiklərini deyən və bunlara görə mənə çox təşəkkür edən lakin niyə qüdrətli tanrının rolunu göstərmirəm, deyə soruşan insanlar olduqca çoxdur. Mən onlara belə cavab verirəm, “Çox maraqlıdır ki, bunları qüdrətli tanrı yaratdı deyənlər həmişə gözəl şeyləri, səhləb ağacını, kalibri quşunu, kəpənəkləri və qızılgülü nəzərdə tuturlar.” Amma mən həm də qərbi Afrikada çay kənarında oturan azyaşlı oğlanın gözündə dolanan, onu beş yaşı olmamış kor edəcək qurdu da düşünməliyəm və onlara belə cavab verirəm, “Çox güman ki, siz dediyiniz qüdrətli tanrı bu qurdu da yaratdı.”. Çox pərtedici olar demək ki uca tanrı bu qurdu da yaratdı, ona görə yaxşısı budur mən həqiqət olduğunu bildiklərimi, faktları göstərim; insanların əxlaq və digər şeylər haqda daha doğrusu teologiya haqda qərara gəlməsi işini onlara tapşırım.”
~ David Attenborough

"Din insanları inandırıb ki, səmada gözəgörünməz bir kişi var. O sənin etdiyin hər şeyi hər dəqiqə, hər gün izləyir. Gözəgörünməz kişinin bir siyahısı var ki 10 şeyi etməməyini tələb edir. Əgər bu 10 şeydən hər hansı birini etsən, onun sənin üçün hazırladığı odla, tüstü ilə, yanğı ilə əzabla dolu xüsusi bir yeri var, və səni ora göndərəcək ki, əbədi zülm, əzab-əziyyət çəkəsən, yanasan, boğulasan, qışqırasan və ağlayasan.
AMMA O SƏNİ SEVİR"
~George Carlin

"Maraqlı insanların heç biri cənnətdə deyil."
~Friedrich Nietzsche

"Bütün düşünən insanlar ateistdirlər."
~Earnest Hemingway

"Mən ölümdən qorxmuram, o mənada ki mən doğulmamışdan milyard illər əvvəl də ölü olmuşam və bundan bir zərrə qədər də əziyyət çəkməmişəm."
~Mark Twain

"Din kitablarını oxuyub anlayana Ateist, oxuyub anlamayana dindar deyilir."
~Nikola Tesla

Monoteist üçün həyat bir imtahandır. İmtahanı tanrı götürür, cavabını isə imtahandan (öldükdən) sonra verəcək. Elə isə tanrıya ibadət və yalvarışlar nə üçündür? Bu mənə imtahana hazır olmayan yazıq (aciz) tələbəni xatırladır. Yalvarışlara və ibadətə görə birinin imtahan nəticəsi dəyişəcəksə onda demək imtahan ədalətsizdir.
~Kefli İskender

"Mən şüurum formalaşana qədər katolik oldum."
~George Carlin

"Harada ki bilik sona çatır, din başlayır."
~Benjamin Disraeli

"Biz ilhamlarımızı, gökten ve gaipten değil, doğrudan doğruya yaşamdan almış bulunuyoruz."
~M K Atatürk

"Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin?"
~Mirzə Fətəli Axundzadə

"Sən öləcəksən. Sən çürüyəcəksən. Lakin sən bu planeti tərk etməyəcəksən. Bağışla, bu həqiqətdir."
~Clint Murphy

"Corc Buş deyir ki, o hər gün tanrı ilə danışır və xristianlar da onu məhz buna görə sevirlər. Əgər Corc Buş desəydi ki o tanrı ilə saç qurudan feni ilə danışır, hamı elə düşünərdi ki o dəli olub. Mən anlaya bilmirəm, saç qurudan fenin bura əlavə olunması məsəni necə absurdlaşdıra bilər."
~Sam Harris

"Sən elə bir kitaba inanırsan ki, o danışan heyvanlardan, sehrbazlardan, küpəgirən qarılardan, şeytanlardan, ilana dönən çubuqlardan, yanan kollardan, səmadan tökülən yeməklərdən, su üzərində gəzən insanlardan və digər bu kimi möcüzəli, absurd və primitiv nağıllardan ibarətdir, və sən deyirsən ki BİZİM köməyə ehtiyacımız var?"
~Mark Twain

"Fövqəltəbii iddialar, fövqəltəbii dəlillər tələb edir."
~Carl Sagan

"Din qaranlıq otaqda kor insanın otaqda olmayan qara pişiyi axtarması və onu tapması kimidir."
~Oscar Wilde

"Hər şeyi suala çək. Əgər kimsə sənə deyirsə ki onun fikrini suala çəkə bilməzsən, ola bilər onun səndən gizlədəcək nəyisə olsun."
~Clint Murphy

”The Big Bang (Böyük Partlayış) təbii olaraq baş verən kosmik hadisədir. Burada qeyri adi bir şey yoxdur. Bu ‘Ulduz Ölümü’ adlanır və Super Nova ilə nəticələnir (Super Nova = Big Bang).”
~İvan Ratoyevsky

“İman faktlar və dəlillər ilə sübut oluna bilməyən sədəlövh inamdır. Ona görə də imanın əsasında qorxu və qeyri-rasional düşüncə dayanır.”
~İvan Ratoyevsky

”The Big Bang (Böyük Partlayış) təbii olaraq baş verən kosmik hadisədir. Burada qeyri adi bir şey yoxdur. Bu ‘Ulduz Ölümü’ adlanır və Super Nova ilə nəticələnir (Super Nova = Big Bang).”
~İvan Ratoyevsky
"Nadanlıq daha çox əminlik doğurur nəinki bilik: adətən az bilənlər böyük əminliklə bu və ya digər problemin heç vaxt elm tərəfindən həll olunmayacağını deyirlər."
~Çarlz Darvin

”Ateizm dinlər kimi pula başa gəlmir. O bizə daha çoxa başa gəlir. Ateizm dinlərin yaratdığı qeyri-tolerantlıq və nadanlıq sayəsində bizə dostlarımızı, ailəmizi, işimizi itirmək bahasına başa gəlir. Lakin bu bizim həqiqəti nə qədər dəyərləndirdiyimizi göstərir. ”
~Paul Ryan

”Düşüncələrinizdə eksentrik olmaqdan qorxmayın, ona görə ki indi qəbul olunan düşüncələr də bir zaman eksentrik olub.”
~Bertrand Russell

”Ən böyük axmaq yalanı tapdıqdan sonra hələ də ona inanandır.”
~Doug Pamenter

"Xristianlığın ən yaxşı müalicəsi İncili oxumaqdır."
~Mark Twain

“Bir çox insanlar, əsasən də nadanlar, səni həqiqəti dediyin, doğru olduğun, özün olduğun üçün cəzalandırmaq istəyirlər. Heç vaxt doğru olduğun və zamanı qabaqladığın üçün üzr istəmə. Əgər haqlısansa, həqiqəti de. Azlıqda olsan belə, həqiqət hər zaman həqiqətdir.”
~Mahatma Qandi

‎"Xristian ya müsəlman fizikası olmadığı kimi, xristian ya müsəlman əxlaqı da yoxdur."
~Sam Harris



"Din olsun ya da olmasın, yaxşı insanlar yaxşı şeylər, pis insanlar pis şeylər edəcək, amma yaxşı insanlara pis şeylər etdirmək üçün dinə ehtiyacınız var."
~Steven Weinberg

‎"Məncə insanların inandıqları dinlərə münasibəti maraqlıdır. Məsələn, bir çox xristianlar boyunlarından xaç asırlar. Gözəl hissdir, amma İsa geri döndükdə, səncə o boynundakı xaça baxmaq istəyəcək?"
~Bill Hicks

"Xristianlıqda cəhənnəmin simvolu atəşdir. Çox tanrılı dinlərdə yenə də atəşdir. İslamda da atəşdir. Hindlilər üçün də cəhənnəm alovlardır. Dinlər nöqteyi nəzərindən baxsaq sanki tanrı sadəcə insan bişirən bir kababçıdır."
~Victor Hugo

‎"Din ilk firildaqçı ilk axmaqla görüşdükdə yarandı."
~Mark Twain

‎"Mən insanlarla onların mənimlə necə davranmasını istədiyim kimi davranıram. Ona görə yox ki mən cənnətə gedəcəyəm, ona görə ki mən bunun doğru olduğunu düşünürəm."
~Global Secular Humanist Movement

"Təkamül sadəcə bir nəzəriyyədir eyniylə cazibə qüvvəsi kimi. Əgər ikisindən birini qəbul etmirsinizsə(bəyənmirsinizsə), körpüdən tullanaraq bir nəzəriyyənin gerçəkliyini test edə bilərsiniz. Təkamül nəzəriyyəsi deyə bir şey yoxdur.Təkamül bir gerçəkdir.Nəzəriyyə isə onun necə gerçək olduğu ilə əlaqədardır."
~Marcellin Boule

“Yaratdıqlarını cəzalandıran və mükafatlandıran ya da bizim sahib olduğumuz iradəyə sahib bir tanrı düşünmürəm.Ölümdən sonra insanın həyatını davam etdirməsinə nə inanıram nə də inanacağam.”
~ Albert Einstein

‎"Əgər tanrı kilsənin dediyi qədər qüdrətlidirsə, onda o niyə kilsənin damındakı deşik qədər sadə şeyləri təmir edə bilmir? Necə olur ki əlində çəkic bir insan onu təmir etməli olur?"
~İvan Ratoyevski

‎"Əgər tanrı səni xilas etdiyi üçün təriflənməlidirsə, onda səni xilas etmədikdə günahlandırılmalıdır."
~Neil Hurle

“Dünyada yalnız bir Tanrı var – bilik və bir şeytan var – nadanlıq.”
~Sokrat

‎"Deyirlər iman pilləkanı görmədən adımlamaq kimidir. Mənsə deyirəm, bu həm də yıxılıb boynunu sındırmaqla tanınıb"
~Curtis Nobles

“Qonşumun, 20 tanrı var deməsi və ya heç bir tanrı yoxdur deməsi mənə heç bir zərər verməz. Nə cibimdən pul oğurlayar, nə də ayağımı sındırar.”
~Tomas Cefferson

‎"Elm bizə təyyarələri verdi, din isə 9/11."
~Daniel Schultz

‎"Sənin nağılar kitabındakı tanrı kainatı yaratdı, amma o öz kilsəsi üçün pul yarada bilmir?"
~Jonathan Chow

“Din zəhərdi...”
~Mao Zedonq


“Din axmaqlıqdı...”
~ Tomas Edison

“Yaratdıqlarını cəzalandıran və ödülləndirən, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra insanın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam…”
~Albert Eynşteyn

“Din məşhur bir ruhi xəstəlik növüdü.”
Ziqmund Freyd

“Gerçək kafir, kütlələrin tapındıqları tanrıları inkar edən deyil, kütlələrin inandıqları tanrıları təsdiqləyən şəxsdi.”
Epikür

“Tanrı yoxluqdu. Tanrı insanın tək başınalığıdı.”
Jan Pol Sartr

"Elmin bizə son iki yüz ildə verdiyi gözəl həyatı din iki min ildə verə bilməyib."
~Baron von Knifty

‎"Uşaqları cəhənnəm təsvirləri ilə qorxutmaq, qadını ikinci dərəcəli cins hesab etmək; bunlar dünya üçün faydalıdır?"
~Christopher Hitchens

‎"Təbiətdə astronomik-fiziki zaman var, tarixdə ekzistensial zaman. Bizdə birinci işləyir, ikinci dayanıb: keçmişimiz keçmir, gələcəyimiz gəlmir. Çünki inkar yoxdur! Bir gün gələcəkdə yaşamaq, 40 il keçmişdə yaşamaqdan daha şərəflidir."
~Ağalar Məmmədov

“Bilmirəm, tanrım, məni yaradarkən nəydi niyyətin,
Mənə cənnətimi, cəhənnəmi mi nəsib etdin;
Bir qədəh, bir gözəl, bir çalğı bir də yaşıll çəmən
Bunlar mənim olsun, vərəsiyə cənnətdə sənin.”
~Ömər Xəyyam

‎"Mən dinə qarşıyam, ona görə ki o bizə dünyanı dərk etməməkdən məmnun olmağı tərbiyə edir."
~Richard Dawkins

"Biologiya daha çox tarix elmi kimidir nəinki fizika. Biz keçmişi bilməliyik ki prosesi anlayaq. Biologiyada da tarixdəki kimi güman üzərində qurulan nəzəriyyə yoxdur. Səbəb eynidir, hər iki elm bizim üçün olduqca qəlizdir."
~Carl Sagan

‎"Din adı altında ölənlərin sayı xərçəng xəstəliyindən ölənlərin sayından çoxdur və biz hələ də xərçəng xəstəliyinin müalicəsini axtarırıq..."
~Che Walter

“Faktiki olaraq imanlının skeptikdən daha xoşbəxt olması, faktiki olaraq sərxoşun ayıqdan daha xoşbəxt olması ilə eynidir.”
~George Bernard Shaw

“Bizim bildiklərimizin və ideyalarımızın gerçəkliyini qoruyan həqiqətdi.”
~Platon

"Sübütsuz təsdiq edilən, sübutsuz da rədd edilə bilər."
~Christopher Hitchens

“Mən imansız dindaram – Bu yeni bir dindir.”
~Albert Eynşteyn

“Elm insanı aya uçurdur, din isə binalara.”
~Victor Stenger

‎"Bütün dinlərin doğru olması imkansızdır. Ən məntiqli nəticə budur ki dinlər hamısı yanlışdır."
~Christopher Hitchens

‎"Mənim santexniklərə daha çox hörmətim var nəinki əbədi varlığa. Santexniklər işlərini yaxşı bacarırlar. Onlar poxu borularla axıdırlar."
~Çarlz Bukovski

‎"Əgər xəstəlik tanrının istəyidirsə və sağalmağın onun əlindədirsə onda xəstəxanaya niyə gedirsən?"
~John Kelly Ireland

“İnsanlar gerçək olmasını dilədikləri şeylərə inanırlar.”
~Yuli Sezar

“Mən bir ateistəm, vəssalam... Bir-birimizə qarşı yaxşı davranmaqdan, başqalarına yardım etməkdən başqa bir şeyə inanmıram.”
~Katerin Hepbörn

‎"Mən imanlıların kimin tanrısının daha ağıllı, daha yaxşı və kimin daha imanlı olmasına görə bir-birini öldürməsini görürəm. Lakin ateistlərin kimin daha az inanmasına görə bir-birini öldürməsini görmürəm."
~Robert Ransley

‎"İncildə pizza olduğu qədər də fakt var."
~Penn & Teller

‎"Ərəb Babək Xürrəmdinə islam dini gətirmirdi, əksinə, islam dini ərəbi Babəkin üstünə yollayırdı."
~Ağalar Məmmədov

“Tanrı şər qüvvələrin qarşısını almaq istəyir lakin ala bilmir? Onda o qüdrətli deyil. O bunu bacarır lakin etmək istəmir? Onda o bədxahdır. O həm bunu bacarır həm də etmək istəyir? Onda şər qüvvələr haradan gəlir? O nə bunu bacarır nə də etmək istəyir? Onda o niyə tanrı adlanır?”
~ Epicurus

“Yaşamaq uğrunda mübarizədə ən güclü və ən intellektli növlər yox, dəyişikliklərə ən tez uyğunlaşan növlər qalib gəlir.”
~Charles Darwin

“Cənnətdə ilginc insanların heç biri yoxdu.”
~Fridrix Nitsşe

‎"İncilin anlamadığım yox anladığım hissələri məni narahat edir."
~Mark Twain

“Mənim fikrimcə, bu planetdə insan üçün fundamentalizm və fanatizmin bütün növləri kimi təhlükəli heç bir qüvvə yoxdur: Protestantizm, Katolisizm, İudaizm, İslam, Hinduizm, Buddizm və saysız hesabsız kiçik infeksiyalar. Burada elmlə din arasında konfliktmi var? Mütləq var.”
~Daniel Dennett

"Tanrı gülmək üçün cəsarəti olmayan qorxaq auditoriya üçün oynayan komikdir."
~Voltaire

‎"Ibrahimin üç dini arasındakı fərq: Yəhudilik - tavana donquldanmaq, Xristyanlıq - divara donquldanmaq, İslam - döşəməyə donquldanmaq."
~Bill Maher

‎"Daxili konflikt yaratmadan məni dinc buraxan yeganə mövqe ateizmdir. Bu inanc deyildir. Ölüm mütləqdir və cənnətin çağırış mahnısını və cəhənnəmin qorxusunu əvəz edəcək. Bütün onun sirri, gözəlliyi və əzabı ilə bu planetdə həyat bundan sonra daha gərgin yaşanan olmaq üçün: biz yıxılırıq və qalxırıq, biz qəmgin və özümüzə əmin oluruq, tənhalığı, sevinci və sevgini hiss edirik. Bundan artıq heç nə yoxdur, lakin mən də bundan artıq heç nə istəmirəm"
~Christopher Hitchens

“Sülalənin dayanıqlılığını millətin savadlılığı və onun xürafatdan qurtulması şərtləndirir.”
~Mirzə Fətəli Axundov

“Şeytan deyə bir şey olmadığını bilmirsinizmi, o sadəcə tanrının sərxoş halıdı.”
~Tom Uayts

‎"Adi insanlar dini həqiqət, müdrük adamlar başdan ayağa yalan və nəhayət hökmdarlar olduqca faydalı hesab edirlər."
~Lucius Annaeus Seneca

‎"Diskussiya zamanı alimin və həmkarlarının məqsədi başqalarını nəyəsə inandırmaq deyil, əksinə məsələyə aydınlıq gətirməkdir."
~Leo Szilard

“Ateizm ancaq tanrını inkar etmək və dinlərin yanlış və ya saxta olmasını demək deyil. Ateizm bir davranışdır, yanaşmadır ki dünyaya obyektiv, qorxusuz, hər zaman hər şeyin təbiətin bir hissəsi kimi olmasını anlayaraq baxmaqdır.”
~Carl Sagan

“Din, ağlımızın körpəlik dönəmindən qalma bir şeydi, biz məntiq və elmi rəhbər tutduqca, yox olacaqdı.”
~Bertrand Rassel

“Tanrını yəhudilərin öldürdüyünə inansam, yəhudilərə tapınardım..”
~Bill Hiks

‎"Din qadınların inkişaf yolunu kəsən başlıca maneədir. Din insanları geriyə aparır, elmin və proqressivliyin əleyhinədir. Din insanları supervarlığın qorxusu ilə bürüyür. O insanları gülməkdən ayırır və onlara öz seçimini etməyə heç vaxt icazə vermir."
~Taslima Nasrin

‎"Mən uşaq olarkən velosiped üçün tanrıya yalvarırdım. Daha sonralar anladım ki bu tanrının işi deyil və mən velosiped oğurladım, sonra isə tanrıya yalvardım ki məni bağışlasın."
~Emo Philips

“Məndən soruşanda ki, tanrımı yaratdı kainatı, mən onlara deyirəm ki bu sual məna vermir. Böyük Partlayışdan (The Big Bang) öncə zaman yox idi, ona görə də tanrının kainatı yaratması üçün zaman yox idi. Bu Yerin son nöqtəsinə getmək üçün istiqaməti soruşmaq kimidir. Yer kürədir, onun son nöqtəsi yoxdur. Ona görə də bunu axtarmaq faydasız bir işdir.”
~Stephen Hawking

“Əgər Tanrı həqiqətən varsa, onu yox etmək lazımdı.”
~Mixail Bakunin

“İndiyədək dini cənnət, cəhənnəm, ölümdən sonra həyat ya da Tanrı düşüncələrinə dair ən kiçik elmi bir sübut görmədim.”
~Tomas Edison

“Çağlar boyunca güclü zəifi əzdi, hiyləgər və zalım, axmaq və məsum olanları tələyə saldı və kölələşdirdi. Və insanlıq tarixində heç bir yerdə heç bir Tanrı əzilənlərin yardımına qaçmadı.”
~Robert İngersoll

“Bizim hamımız cəmiyyətlərin inandığı əksər tanrılara münasibətdə ateistik. Bəzilərimiz bu sıraya daha bir tanrını əlavə edir.”
Richard Dawkins

“Din heç bir işə yaramaz. Bu, gecə yarısı qaranlıq bir otaqda orada olmayan qara pişiyi axtarmaqdı.”
~Robert Haynlayn

“Dinlər çoxluğun qorxusu və azlığın hiyləgərliyi üzərində qurulub.”
~Stendal

“Dindar xristiana de ki, sənin həyat yoldaşın sənə xəyanət edir, donmuş qatıq insanı gözəgörünməz edir. Çox güman ki hamı kimi o da səndən yetərincə dəlil istəyəcək və sənə o zaman inanacaq ki, ona sübut edəsən bunlar həqiqətdir. Lakin, sən ona desən ki, yatağının yanındakı kitab ilahi qüvvə tərəfindən yazılıb və əgər o həmin kitabdakı kainat haqda olan bütün fikirlərə inanmasa onu cəhənnəmdə həmişəlik yandıracaqlar, o səndən heç bir dəlil, sübut istəməyəcək.”
Sam Harris

‎"Fikir paraşut kimidir, ancaq tam açıq olduqda işləyir."
~Frank Zappa

‎"Xristianlar çarmıxa çəkilmiş yəhudiyə sitayış edirlər."
~George Carlin

‎"Din üç şeyin öhtəsindən çox effektivliklə gəlir; insanları ayırmaq, idarə etmək və aldatmaq."
~Carlespie Mary Alice

‎"Əgər ateizm dindirsə, onda sağlamlıq da xəstəlikdir."
~Clark Adams

“Tanrımı? Onu biz öldürdük, insanlıq bu gün çaşqınlıq içindədi, onun dəfn mərasimində iştirak edir. Tanrı artıq öldü, hamımız Tanrının qatilləriyik.”
~Fridrix Nitsşe

‎"Kafirlerle hayatın her alanında savaşmayı emrden bir Tanrı var. Gökte böyle bir diktatör varken,yerde hiç demokrasi,hoşgörü olur mu? Buna kim inanır? Bizim sinema oyuncumuz Kadir İnanır."
~Muhsin Bilican

“Din insanın ciddiliyinə və hörmətinə bir təhqirdi. Onunla və ya onsuz, yaxşı insanlar yaxşı işlər, pis insanlar pis işlər görə bilərlər. Amma yaxşı insanlara pis işlər gördürmək dinin işidi.”
~Stiven Vaynberq

‎"Şükür tanrıya ki mən ateistəm."
~Salvador Dali

‎"Iman suallara cavab vermir, o sadəcə sual verməyin qarşısını alır."
~Frater Ravus

‎"Tanrını kim yaratdı? Əgər bu suala -O hər zaman var idi. deyə cavab verirsinizsə, onda niyə eyni cavabı kainat üçün də demək olmasın?"
~Naməlum

‎"Sual: Sübut et ki allah yoxdur.
Cavab: Bu çətindir. Mənə göstər görüm Zevsin, Apollonun olmamasını sən necə sübut etdin, mən də sənin metodundan istifadə edim."
~Pat Condell

‎"Bir nəfərin aldanması ağılsızlıq adlanır. Çox adamın aldanması isə din adlanır."
~Robert M. Pirsig

‎"Dini yazılar üç səhifədən çox olmasa yaxşıdır. Ondan çox olduqda əvvəlkini inkar etməyə başlayır."
~Nogard

“Yaratdıqlarını cəzalandıran və ödülləndirən, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra insanın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam.”
~Albert Eynşteyn

“Toplum üçün təhlükəli olan, inancsızlıq deyil, inancdır.”
~Corc Bernard Şou

‎"İman həqiqəti bilmək istəməmək deməkdir."
~Friedrich Nietzsche

‎"Dinsiz insan velosipedsiz balıq kimidir."
~Murphy qanunlarından

Eskimo: "Əgər mən tanrının varlığını bilməsəydim və günah etsəydim mən cəhənnəmə gedərdim?"
Keşiş: "Yox, əgər bilməsəydin."
Eskimo: "Onda niyə mənə dedin?"
~Annie Dillard

‎"İnsana balıq ver, bir gün yeyəcək; insana balıq tutmağı öyrət, ömrü boyu balıq yeyəcək; insana din ver, ömrü boyu balıq üçün yalvaracaq."
~Naməlum

“İnsanlığın ən böyük faciələrindən biri din tərəfindən vicdanlarının yoldan çıxarılmasıdı.”
~Artur Klark

“Əgər İsa qarşıma çıxsaydı, mən də Nitsşe kimi onu bir soxulcan kimi əzməkdə tərəddüd etməzdim.”
~Çe Gevara

‎"Din qadın tərəqqisi qarşısında duran ən böyük maneədir. Din insanları geriyə aparır, elmin və inkişafın əksinə gedir. Din insanları fövqəltəbii hadisələr qorxusu içərisində saxlayır. O insan gülüşünü məhv edir və heç zaman öz seçimini etməyə imkan vermir."
~Təslimə Nəsrin

“Hər dəqiqə təriflənmək istəyən bir Tanrıya inana bilmərəm.”
~Fridrix Nitsşe

“Din, ağlımızın körpəlik dönəmindən qalma bir şeydi, biz məntiq və elmi rəhbər tutduqca, yox olacaqdı.”
~Bertran Rassel

‎"Dənizçi külək üçün yalvarmır, dənizçiliyi öyrənir."
~Gustaf Lindborg

‎"İmanlını inandara bilməzsiniz ki onun inamı dəlilsizdir, sübutsuzdur və əsasında inam üçün ehtiyac durur."
~Carl Sagan






2 February 2012

Mənim tanrım


MƏNİM TANRIM (Hüseyn Cavid)

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.



MƏNİM TANRIM (Cəfər Cabbarlı)

Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
Indi artıq bir tanrım var – gözəllik!

Bütün əski tanrılara darıldım,
Həp məcazı sevgilərdən yоruldum.
Bir həqiqət buldum, оna vuruldum,
Dünyada bir şüarım var – gözəllik!

Оxşa məni, yeni tanrım, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sоnundur,
Çünki yeni bir yarım var – gözəllik!