26 December 2011

Azərbaycan Ateistlər Assosiasiyası

2 comments:

  1. Salam. Bilmirəm kimsiniz, amma çox faydalı bir işlə məşğulsuz. Boş vaxtım olanda girirəm bura, yerləşdirdiyin materialları oxuyub özüm-özümə təskinlik tapıram. Heç cür anlaya bilmirəm ki, niyə bu millətdə birdən-birə namaza, ibadətə, baş örtüyünə meyl etməklə orta əsrlər dönəminə qayıtmağa maraq yarandı. Niyə başa düşmək istəmirlər ki, nəinki İslam, ümumiyyətlə hər hansı din elmə, tərəqqiyə ziddir, xalq üçün tiryəkdir. Nədənsə son dövrlər İslam dini müasir dünyanın problemlərinə orta əsr yanaşmasını təklif edən bir ideologiyaya çevrilib. Yenə ahıl yaşlı insanlar namaz qılsalar dərd yarıdır, təqaüdçü insanlardır, işləmirlər eləmirlər, qoy gedib vaxtlarını ibadətlə keçirsinlər, bunun eybi yox, amma cavanlarımız kütləvi surətdə namaza, ibadətə, orucluğa və sair ayinlərə sərf elədikləri vaxtda götürüb fizikanı, kimyanı, biologiyanı öyrənsəydilər, gör nə qədər inkişaf edə bilərdik! Bəlkə bizdən də kimsə çıxardı, nəsə ixtira edərdi... Amma İslam dini buna imkan vermir, deyir ey insanlar, namaza gəlin, nicat tapmağa tələsin, Allaha ibadət edin və başqa heç nə düşünməyin. Ona görə də nə namazı, nə ibadəti, nə məscidi görməyə gözüm yoxdur. Vaxtilə mənim şagirdim olmuş qardaşım indi namaz qılır. Bilirsizmi niyə? Çünki oxumadı, dərsə getmədi, məktəbi altıncı sinfidən atdı. Yekə kişi olandan sonra problemlərdən çıxış yolunu tapa bilməyib namaza başladı. Düşünürəm ki, millətimizin əksəriyyəti elə bu qəbildən olan insanlardır.
    Qardaşım, sənə bu yolda uğurlar arzulayıram.

    ReplyDelete
  2. Yeni Ateist olmagma baxmayaraq tekamul haqqinda cox bilgim yoxdu. amma sizin seyfede oyrenecem. men islamin ve diger dinlerin esl tarixini oyrendikden sonra ateist olmusam

    ReplyDelete