31 December 2011

Baruch Spinoza - Din və əxlaq


Kiçik bir uşağın dənizə düşdüyünü görəndə dərhal atılıb onu qurtarmağa çalışırsınız. Bu davranışınız əxlaqlı bir davranışdır. Üzməyi bacarmırsınızsa siz də boğula bilərsiniz. Geyindiyiniz paltar islanar. İçi pul dolu pulqabınız dənizin dibinə düşə bilər. Ən azından soyuqlayıb xəstlənə bilərsiniz. Bu halda əxlaqa uyğun olan davranışınız ağıla zidddir. Elə isə, ağıl qarşısında əxlaqın mövqeyi nədir?


Əxlaq, ağıla uyğun davranmaqdır. Elə isə,ağıla uyğunluğun ölçüsü nədir? Hər şeyi anlamaq azad olmaqda, azadlığı düşüncədə tapmaqdadır. Açıq düşüncəyə qovuşan insanın əsarəti yox olur. İnsanlar bilmədiklərinin əsarətindədirlər, biliyi mənimsəyincə azad olurlar. Bu halda əxlaqımızın ölçüsü əşyanı qavrayışımızdadır, azad olmağımızdadır. Yaxşı-zehnimizi genişləndirən şey, pis-darlaşdıran şeydir. Əxlaq, güclü olmaqdır. Güclü olmaq üçün də azad olmaq gərəkir. Azad olmaq üçün də ağıla uyğyn davranmaq gərəkir.



Yaxşı deyəndə, bizə yararlı olduğunu bildiyimiz şeyi anlayırıq. Pis deyəndə, bir yaxşılığa çatmaqda bizə əngəl olacağını bildiyimiz şeyi. Yaxşı, ya da pis üzərində anlaşılan bilik, xəbərdar olduqlarımızdan sevinc və kədər duymağımızdan başqa bir şey deyildir. Hər kəs, öz təbiətinin qanunlarına görə yaxşı olduğunu hesab etdiyi şeyi istəyər, pis olduğunu hesab etdiyi şeyi istəməz.Hər bir kəs özünə faydalı olan şeyi axtarmaq,öz varlığını qorumaq üçün nə qədər çox çalışarsa və bunu bacarmaq üçün nə qədər gücü varsa,onun o qədər əxlaqı var deməkdir.Özü özünü qorumaq səyi,əxlaqın ilk və yeganə prinsipidir.Öz özünü qorumaq səyindən başlıca gələn əxlaq yarana bilməz.Əxlaqlı olmaq,ağılın buyurduğu qanunlara görə davranmaq,yaşamaq və öz varlığını qorumaqdan (bu üç şey birdir) başqa bir şey deyildir.Kimsə öz varlığını başqa bir şey üçün qorumağa çalışmaz.Ağılla etdiyimiz bütün səylər ancaq anlamağa yol açır və insan,yalnız ağlı vasitəsilə onu anlamağa aparan şeyin özü üçün faydalı olduğunu bilər.Bizlər ancaq bizi anlamağa aparan şeyə yaxşı,ona maneə olan şeyə də pis deyə bilərik.Aramızda ortaq bir şey olmadıqca heç bir şey bizim üçün yaxşı ya da pis ola bilməz.Bir şey bizim təbiətimizə uyğun olduğu üçün zəruri olaraq yaxşıdır,bizim təbiətimizə zidd olduğu üçün zəruri olaraq pisdir.Əsl əxlaq ağılın prinsiplərinə görə yaşamaqdan başqa bir şey olmadığı və gücsüzlüyün də ancaq insanın bilmədiyi biliklər tərəfindən idarə edilməsinə təslim olmasından başqa bir şey olmadığıdır.



Ağlın prinsipi,insanın öz qazancını və özünə faydalı olan şeyi araşdırmasıdır.Ağıl,təbiətə zidd heç bir şey istəməz.Beləliklə,o hər kəsin özü özünü sevməsini,öz yaxşılığını istəməsini,həqiqətən özünə yararlı olan şeyi axtarmasını,onu daha çox inkişafa aparan şeylərə yönəlməsini,öz varlığını qorumasını buyurur.Əxlaqın mahiyyəti,insanın öz varlığını qoruması üçün etdiyi səylərdən başqa bir şey deyildir və ali xoşbəxtlik insanın ancaq özünü



qorumasından ibarətdir.Ətrafımızda bizə yararlı olan şeylər vardır,varlığımızı qorumaq üçün ehtiyacımız olduğu anda bu şeyləri də istəməliyik.Yan-yana gələn iki insan,ayrı-ayrı iki insandan iki qat daha güclüdür.Bu səbəbdən insana insandan daha yararlı bir şey yoxdur.Beləliklə,insanlar bütün bədənlərin tək bədən,bütün istəklərin tək istək olacaq şəkildə birləşməsindən başqa bir şey istəməzlər.Bu şəkildə birləşmə öz varlıqlarını qorumaq üçün ümumi səyə gətirib çıxarır,ümumi faydaları olan şeyi eyni istəklə araşdırmış olurlar.Bundan məntiqi bir nəticə çıxır ki,ağılla hərəkət edən insanlar,ağılın prinsiplərinə görə öz qazanclarını axtaran insanlar başqalarına olmasını istəmədikləri şeyi özlərinə də istəməzlər və buna görədə onlar ədalətli,sadiq və namusludurlar.



İnsanın öz mənfəətini və özünə faydalı olan şeyi axtarmasını zəruri edən ağlın bu prinsipini dindarlığın və əxlaqın əsası deyil də,əksinə,dinsizliyin və əxlaqsızlığın əsası olduğunu hesab edənlər yanılrlar.Əxlaq,insanın öz varlığını qoruması üçün ən yararlı şeydir və heç bir şey insanın varlığını qorumaq baxımından ondan daha yararlı deyil.Əxlaq,bax buna görə,bütün hsmı üçün arzu olunmalıdır.



Bu halda,dənizə düşən uşağı xilas etmək üçün paltarlarınızın islanmasına,pul qabınızın dənizin dibinə düşməsinə,xəstələnməyə,boğulmağa əhəmiyyət verməyərək dərhal dənizə atılmalısınız.Çünki siz də dənizə düşsəniz sizin üçün də atılmaları gərəkir.Başqalarına olmasını istəmədiyiniz şeyi özünüz üçün də istəmədiyinizə görə,özünüz üçün istədiyiniz başqaları üçün də istəyəcəksiniz.Belə davranış ağlıla zidd davranış deyil.Çünki yenə də özünüzü düşünmüş olursunuz...

21 December 2011

Təkamül (National Geographic)

Evrim Teorisi from yapmabegulum on Vimeo.

İnsanın yaranışı ("Quran"a görə)









1. Palçıqdan:


6 (2) Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında mə’lum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!

7 (12) (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

17 (61) Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi.

32 (7) O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.

38 (71) (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.

38 (76) (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

2. Qoxumuş qara palçıqdan:

15 (26) Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!

15 (28) (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!

15 (33) (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)

3. Quru palçıqdan:

55 (14) İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı. Yapışqan palçıqdan:

37 (11) İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.

4. Tərtəmiz palçıqdan:

23 (12) Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik).

5. Torpaqdan:

3 (59) Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.

20 (55) Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.

22 (5) Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.

30 (20) Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

35 (11) Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

40 (67) Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.

6. Heç nədən:

19 (8) (Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?” (9) (Allah Cəbrailin dili ilə buyurdu: ) ”Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!”

19 (67) Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?

7. Sudan:

21 (30) Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).

24 (45) Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!

25 (54) İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur).

İslamofobia [+18]

İslamda qisas!

Yaradılışçının Təkamülə Münasibəti