12 April 2012

Təkamül haqqında 10 ən məşhur mif

1. Əgər insan insanabənzər meymundan yaranıbsa, bəs niyə insanabənzər meymunlar insana çevrilərək təkamül etmirlər?


Meymunlar, insanabənzər meymunlar və insanlar sadəcə təkamül etmiş qohumlardırlar. Biz insanabənzər meymunlar deyil, milyon illər öncə yaşamış nə insanbənzər meymun, nə də insan olan ortaq əcdadın törəmələriyik. Əslində, son 7 milyon il ərzində bir çox insanabənzər növlər təkamül etmişdir; misal olaraq Homo habilis, Homo erectus, və Homo neanderthalensis-in adını çəkə bilərik. Müxtəlif dövrlərdə bunların hamısının nəsli kəsilərək dünyanı bölüşmək üçün az sayda primatları baş-başa qoymuşdur.



2. Təkamülün doğru hesab edilməsi üçün fossil sənədlərində olduqca çox boşluqlar vardır.

© 2010 Skeptics Society
Əslində, çoxlu keçid formaları vardır. Məsələn, Archaeopteryx ilk tanınan sürünən skeletinə və lələklərə malik quş fossilidir. Bəzi dinozavrların tüklərə və lələklərə sahib olmasına dair yeni sübutlar vardır. Therapsids sürünən və məməlilərin ara formasıdır, Tiktaalik amfibiya olacaq ləpə üzgəcli balıqdır, balinaların təkamül mərhələlərinə aid ən azı 6 ara fossil və 6 milyon il öncə böyük insanabənzər meymunlardan şaxələnən hominidsdən bəri insan təkamülünə dair ən azı 12 ara fossil vardır. Ölmüş heyvan və bitkinin fossilləşməsinin çox aşağı olma ehtimalını nəzərə alsaq əlimizdəki qədər fossilin olması heyrətləndiricidir. Əvvəlcə ölmüş heyvan leşyeyənlərin çənəsindən “yaxa qurtarmalıdır”. Sonra çürümək əvəzinə daşlaşmasına səbəb olacaq çox nadir mühitdə basdırılmalıdır. Sonra isə geoloji qüvvələr milyon illər sonra onların axtarışına çıxacaq az sayda paleontoloq tərəfindən kəşf edilməsi üçün fossilləri necəsə yerin səthinə qaytarmalıdı.

3. Təkamül milyon illər ərzində tədricən baş vermişdirsə, bəs niyə fossil sənədləri tədrici dəyişikliyi göstərmir?

Fossil sənədlərində qəfil dəyişiklik tədricilik (gradualism) sübutunu kənar etmir; onlar fasilələrin bugünədək çatan sübutlarıdırlar. Növlər uzun dövr ərzində sabitdirlər və nəticədə sabit vəziyyətindəykən süxurlarda bol fossil buraxırlar. Lakin, bir növdən digər növə çevrilmə nisbətən cəld olur (geoloji dövr miqyasında) və proses punctuated equilibrium adlandırılır. Yeni növlər o zaman yarana bilər ki kiçik “bani” qrup parçalansın və əcdad qrupdan tam ayrılmış, təcrid olunmuş formada yaşasın. Bu yeni “bani” qrup kiçik və təcrid olduğu dövr boyunca nisbətən tez dəyişikliyə məruz qala bilər (böyük populyasiyalar genetik cəhətdən sabitdirlər). Bu xüsusi dəyişiklik elə tez baş verir ki, az sayda fossilin tapılmasına səbəb olur. Yeni növə çevrildisə fərdlər fenotiplərini (genetik və ekoloji faktorların yaratdığı xüsusiyyətlərin canlının xarici görünüşündəki əks olunması) uzun müddət saxlayaraq yaxşıca qorunmuş fossil buraxacaqlar.

4. Heç kəs təkamülün baş verdiyini görməyib.

Təkamül bütün müstəqil yolların bir nəticədə birləşməsinə aparan faktlarla təsdiq olunmuş tarix elmidir. Geologiya, paleontologiya, botanika, zoologiya, biocoğrafiya, müqaisəli anatomiya və fiziologiya, genetika, molekulyar biologiya, inkişaf biologiyası, embriologiya, əhali genetikası, genlərin düzülüşü və bir çox başqa elmlərin müstəqil faktlarının hər biri həyatın təkamül etdiyi nəticəsini göstərir. Yaradılışçılar təkamülü göstərəcək “sadəcə bir keçid forma”nı tələb edirlər. Lakin, təkamül sadəcə bir fossillə sübut olunmur. Bu fossillərlə yanaşı, növlər arası genetik müqayisə və növlər arasında anatomik və fiziolojik müqayisələr və digər araşdırmaların ayrı-ayrılıqda nəticələri vasitəsilə sübut edilir. ( Əslində biz təkamülün baş verməsini görə bilərik, əsasən də şiddətli mühitin təzyiqlərinə məruz qalmış qısa çoxalma tsikli olan orqanizmlər arasında. Virus və bakteriyaların təkamülü barədə məlumat tibb elmi üçün mühümdür)


5. Elm iddia edir ki, təkamül təsadüfən baş vermişdir.

© 2010 Skeptics Society
Təbii seçmə təsadüfən olmur və “bəxtə-bəxt” çalışmır. Təbii seçmə üstünlükləri qoruyur və səhvləri aradan qaldırır. İzah etmək üçün, çap maşınında meymun təsəvvür edək. Meymunun Hamletin monoloqunun ilk 13 hərfini necə gəldi yazması ilə 2613 kərə uğur qazanmaq üçün cəhd edilməlidir. Bu, günəş sisteminin ömrü boyunca keçirdiyi saniyələrin cəmindən 16 dəfə böyükdür. Əgər hər doğru hərf saxlanılsa və hər səhv hərf ləğv olunsa, “tobeornottobe” yalnız 335 cəhdə və ya kompüter proqramında bir neçə saniyəyə “seçilə bilər”. Richard Dawkins təkamülü “təsadüfi mutasiya plyus təsadüfi olmayan toplanmış seçmə” kimi müəyyən edir. Təkamülə stimul verən toplanmış seçmədir. Göz hüceyrədə olan tək, işığa həssas nöqtədən təkamül edib bugünün mürəkkəb gözünə təsadüfən deyil, hər dəfəsində daha təkmil göz yarandığı üçün qorunan minlərlə ara addımlar vasitəsilə çevrilmişdir. Bu addımlardan bir çoxu təbiətdə hələ də sadə orqanizmlərdə rast gəlinir.

6. Yalnız şüurlu tərtibatçı (İntelligent Designer) gözə oxşar mürəkkəb nəsə yarada bilərdi.

Gözün anatomiyası onun “şüurla tərtib” olunmadığını göstərir. Gördüklərimizin çevrilmiş həqiqi xəyalı işığahəssas hüceyrələrə çatmazdan öncə, işiq fotonları quzehli qişadan, büllurdan, şüşəyəbənzər cismdən, damarlı qişadan, qanqlion, amakrin üfüqi və ikiqütblü hüceyrələrdən keçməlidirlər. İşığahəssas kolbacıq və çöpcüklər işıq siqnalını sinir siqnallarına çevirir və sinirlər vasitəsilə beyin qabığındakı görmə mərkəzinə qavranmaq üçün göndərilir. Optimal görmə üçün niyə şüurlu tərtibatçı gözü başı aşağı və geriyə doğru yaratmışdır? Bu “dizayn” o zaman məntiqli gələr ki, təbii seçmə mövcud materiallardan və əvvəl mövcud olmuş orqanik quruluşların müəyyən konfiqurasiyasından göz yarada bilsin. Göz şüurlu tərtibatçının deyil, təkamülün tarixi yolunu göstərir.

7. Təkamül sadəcə nəzəriyyədir.

Elmin bütün sahələri test oluna bilən hipotezlərə söykənən və dünya barədə geniş və növbənöv faktları izah edən nəzəriyyələrlə əsaslandırılıb.Əgər müşahidə ediləcək yeni fenomenləri təxmin edə bilirsə, nəzəriyyə əsaslı hesab edilir. Faktların dünyanın məlumatlarıdır. Nəzəriyyələr bu məlumatların izahedici fikirləridir. Tərtiblər və digər test edilə bilməyən təsdiq etmələr elmə daxil deyil. Hakim William Overtonun Arkanzasda yaradılışçıların məhkəməsində dediyi kimi Təkamül nəzəriyyəsi elmin bütün kriteriyalarına uyğun gəlir:
  • Təbiət qanunları ilə tənzimlənir
  • Təbiət qanunlarına istinadən cavablandırıla biləndir
  • Empirik dünya  qarşısında test edilə biləndir.
  • Nəticəsi qabaqcadan bilinir.
  • Test edilə və rədd edilə biləndir.
Əgər siz eyni geoloji süxurda trilobitslarla məməlilərin fossillərini tapsanız təkamül rədd ediləcək. Hələ ki, heç kim bu cür zidd fakt tapmamışdır.

8. İnsanın təkamülünə dair sübutlar saxta, uydurma və ya xəyala çevrilmişdir.

© 2010 Skeptics Society
Təkamülü gözdən salmaq üçün can atan yaradılışçılar hominid fossillərin kəşfinə əhəmiyyət vermirlər və  sübutların əhəmiyyətli hissəsini bir qırağa qoyub uydurma və səhv nümunələri seçərək  elmdəki səhvlərin onun zəif cəhəti olduğunu bildirirlər. Bu davamlı olaraq öz səhvləri və uğurlarından yararlanıb inkişaf edən təbiət elmi barədə iyrənc anlaşılmazlıqdır. Elmin inkişafı onun keçmişdən yığılan formasının üzərində işləməklə mümkündür. Elmi metodun öz-özünü tənzimləyən mexanizmi onun ən güclü varlıqlarından biridir. Piltdown Man kimi uydurmalar və Nebraska Man, Hespero-pithecus, Calaveras Man kimi səmimi səhvlər zamanında düzəldi. Əslində, bu səhvləri ifşa edən yaradılışçılar deyil, alimlər olmuşdur. Yaradılışçılar sadəcə bu səhvlərin elmi ifşasını oxuyub öz iddiaları kimi qələmə veriblər.



9. Termodinamikanın ikinci qanunu təkamülün mümkün olmadığını sübut edir.

Credit:ESA/NASA/SOHO
Termodinamikanın ikinci qanunu qapalı, təcrid olunmuş sistemlərə tətbiq olunur.  Yer kürəsi günəşdən davamlı olaraq enerji aldığı üçün (açıq-dağıdıcı sistemdir)  nizamsızlıq azala və nizamlılıq arta bilər (baxmayaraq ki, günəşin özü bu prosesdə kiçilir).  Beləliklə, Yer tamamilə qapalı sistem deyildir və həyat təbiət qanunlarını pozmadan təkamül edə bilər. Günəşin parladığı dövr boyunca həyat çiçəklənməyə və təkamül etməyə davam edəcək. Avtomobilin  çürüməsinin qarşısı alındığı kimi  burgerin sobada qızdırıla bilməsi və ikinci qanunun nizamsızlığını aşkar pozan hər üsulda olan şeylər davam edə bilər. Günəşin enerjisi tükəndikdə isə entropiya baş verə bilər və Yer üzərində həyat sona çata bilər.




10. Təkamül mənəvi hisslərlə uyuşmur.

Bir neçə aylıq Makaka Rezus
 digər erkək  tərəfindən döyülmüş
bacısını qucaqlayır.
© 2008 EVOLUTIONofMORALITY.net 


Sosial primat növü olaraq qarşılıqlığı vurğulamaq və mükafatlandırmaq və aşırı xudbinliyi və tənbəlliyi azaltmaq və cəzalandırmaq üçün “düzgün” və “səhv” anlayışlarını təkamül etdirmişik. Təkamül bizə xəyanətin, yalan danışmağın və oğurluğunu pis olduğunu deyən əxlaq hisslərini yaratmışdır, çünki, onlar doğrunu söyləmə, sədaqət və əmlaka hörmətdən asılı olan insanların əlaqələrinə olan inamı məhv edir. Bəzi mənəvi hisslər olmadan sosial primat növlərinin sağ qalması mümkünsüz olardı. İnsan təbiətinin konstitusiyası əsasından insan cəmiyyətlərinin konstitusiyası qurulmuşdur.









Tərcümə etdi: Anar Qurbanzadə

 





10 April 2012

Kabul küçələrində qraffiti


Memarlıq üzrə Kabul universitetinin professoru Şəmsiyə Həssəninin Kabul küçələrindəki qraffiti əsərləri.

"İncəsənət yenilik gətirə bilər. Mən buna əminəm. İnsanlar bu rəsmləri küçələrdə gördükdə ancaq cüzi şok yaşayacaqlar. Lakin bu zaman-zaman onları dəyişdirəcək."
~Şəmsiyə Həssəni




9 April 2012

Azərbaycanlılar

Azərbaycanlılar da dünyanın digər xalqları kimi olduqca maraqlıdırlar. Məsələn Azərbaycanda ginekoloq inanır ki iki oğlandan (Adəm və Həvvanın övladlarından) bəşəriyyət doğuldu törədi. Biologiya müəllimi təkamül nəzəriyyəsini izah edib sonda “Məncə insanı Allah yardıb.” deyir. Fizik inanır ki ayı, günü “göydə” saxlayan nəsə bir fövqəltəbii qüvvə var. Həkim inanır ki onun pasientlərini sağaldan Allah, öldürən isə digərlərinin qarğışıdır. Xilasedici inanır ki bina uçduqda bütün ölənlər memarın səhvindən ölür, lakin sağ qalan bircə körpəni Allah saxlayır. Sürücü sərxoş halda qarşıdan gələn avtomobilin üzərinə sürüb bir ailənin məhvinə səbəb olur, sağ qalıb xəstəxanadan çıxdıqda deyir “Allah saxladı məni”. Tələbə inanır ki o imtahana nə qədər hazırlıqlı olsa da, sualların hamısına cavab versə də yekun nəticəsi Allahdan asılıdır, ət Ağanın şəklini qiymət kitabçasının arasında saxlamaq da buna birbaşa yardımçıdır. Əkinçi inanır ki beş il quraqlıq üzündən müflis olması digər insanların sahəyə kanal çəkməməsinə görə, bir il yağmurlu və bol məhsullu olduqda isə Allahın ona hədiyyəsi olur. Valideyn inanır ki övladının olub olmaması, oğlan ya qız olması tam Allahlıqdır, lakin şikəst övlad doğduqda bu sərxoş valideynin səhvi hesab olunur. Avtomobil alıb on il ustaya aparmadıqda həmin maşın düşərli sayılır (Allahın izni ilə), amma alan gün xarab olduqda zavodun buraxdığı səhv olur. Bir valideyn bütün vaxtını uşaqlarına sərf edib ədəbli və təhsilli böyütdükdə inanırlar ki “Allah həmin adama gözəl uşaq nəsib etdi”, amma birinin uşağı avara və təhsilsiz olduqda deyirlər “Uşağı buraxma böyütdülər.”.


Yazdıqca görürəm ki bu siyasının sonu olmayacaq qədər uzun ola bilər. Odur ki buradaca saxlayıb qalanları haqda düşünməyi sizlərə həvalə edirəm.

~Kefli İskender

8 April 2012

"Good Friday" və 9 nəfər xaça mıxlandı

Cümə günü, 6 aprel tarixində Filippində katolik dindarlar İsanın çarmıxa çəkilməsi anını yenidən canlandırdılar. Kəndlilərin qədim romalılar kimi geyinib tamaşa etdiyi bu səhnədə 9 nəfərin əllərinə və ayaqlarına həqiqi mıx vuruldu.


Dindarların dediyinə görə onlar ağrıya dözdülər ki günahlarına görə bağışlansınlar və müqəddəs həftədə dua etsinlər. "İndi özümü rahat hiss edirəm çünki əzab bitdi." 51 yaşlı Ruben Enaje mətbuata bildirib. O həmin gün sonuncu dəfə binadan yıxılıb sağ qaldıqdan sonra 26 -cı dəfə idi ki çarmıxa çəkilirdi.

Dünya xristian kilsələrinin etirazına baxmayaraq bu tədbir Filippinin şimal əyalətlərində hər il qeyd olunur.

"Kilsənin mövqeyi odur ki, hərfi mənada zülm çəkməyə ehtiyac yoxdur. İsa artıq bizə görə bunlardan keçib." Filippinin Katolik Yepiskoplar Konfransının Melvin Kastrosu mətbuata dedi.

Həmin cümə, çarmıxaçəkmə mərasimindən öncə, mərasimdə iştirak etmək istəməyənlər küçələrdə bambu çubuqları və taxta ilə döyüldülər.

Videonu izləmək üçün bura tıkla.


2 April 2012

Quranda olmayanların siyahısı


Aşağıdakı siyahıdakı maddələrdən heç biri Quranda yoxdur

1- Mikroblar, bakteriyalar, viruslar, bulaşıcı yoluxucu xəstəliklər..
2- Elementlər, atomlar
3- Atmosfer, hava, fəsillər, yaz-qış-bahar
4- Qar, dolu, buz, don, qırov, duman
5- Qalaktikalar, planetlər
6- Dünyanın kürə şəklində olması
7- Dünyanın özü və günəşin ətrafında fırlandığı
8- Ayın dünyanın peyki olduğu ve ətrafında fırlandığı
9- Ay və günəş tutulmaları,
10- Şimşək, ildırım və göy gurultusunun səbəbləri
11- Beyin haqqında məlumat
12- Sabun və s. təmizlik maddələri
13- Küretaj ya da doğum kontrolunun yasak olduğu,
14- İnkişafdan, çoxalmadan, sivilzasiyasan bəhs edilmir
15- Xəstəlik var ama dərmanlar haqqında məlumat yoxdur, həkim yoxdur
16- Dinozavrlar, mamontlar və digər nəsli tükənən heyvanlar
17- Ən büyük kəşf olan təkər yoxdur
18- Qurandan min illər əvvəl istifadə olunmuş təkərli at arabaları yoxdur
19- Lalə, qızılgül yoxdur. Quranda təbiətin bəzəyi çiçəyin “ç” si yoxdur
20- Meşələr və qorunması haqqlnda məlumat yoxdur
21- Məhəbbət (qeyri-ilahi) yoxdur
22- İncəsənət yoxdur.
23- Quranda tarix yoxdur.
24- Yanardağ, volkanik partlayışlar
25- Piramidalar və digər dünya möcüzələri
26- Fındıq, fıstıq, qoz vs. kimi çərəzlər
27- Qarpız, qovunn, portağal, mandarin, limon və daha bir çox meyvələr
28- 5 dəfə namaz, təravih namazı (Ramazanda), bayram namazı
29- Sünnət
30- Qəbr əzabı, Münkir-Nəkir mələkləri
31- Sırat körpüsü
32- Rəcm
33- Ramazan və Qurban bayramları,
34- Mövlüd, ilahi, musiqi, rəsm, heykəl, sənət.
35- Həvva, Əli, Əminə, Abdullah, Ömər, Əbubəkir yoxdur. Zeyd və Əbu Ləhəb var.
36- Türklər, başqa millətlərdən peyğəmbərlər
37- Kosmosda həyat
38- Mehdi, dəccal
39- Əzrail yoxdur. Ölüm mələyi var.
40- Məhəmmədin ilk yaradılan ruh olduğu,
41- Şahmat, nərd vs. oyunların günah olduğu,
42- Təriqətlər, məzhəblər, şeyxlər, muridlər,
43- Başqa dinlərdən olanların əbədi cəhənnəmlik olduğu
44- Hicab, çarşab, saçın görünməsinin günah olduğu,
45- Qadından idarəedici, dövlət lideri və s. ola bilməyəcəyi
46- Aybaşı zamanı qadına namazın, orucun qadağa olduğu,
47- Cümə namazlarının kişilər üçün olduğu,
48- Evdə belə başı açıq namaz qılınmaması,
49- Kişilərə qızıl üzük və s. Aksesuarların qadağan olduğu,
50- Midye, karides, xərçəng kimi dəniz məhsullarının qadağa olduğu
51- mastubasiyanın qadağan olduğu
52- Saqqal buraxmağın savabı, kəsmənin günah olduğu,
53- Ölünün ardından 7-si, 40-ı, 52-si, mövludları,
54- Həcdə şeytan daşlamaq
55- İncil veya Tövratın təhrif edildiyindən bəhs edilmir
56- Cənnət dilinin ərəbcə olduğu
57- Allahın 99 ərəbcə adı olduğu yazılmır
58- Namazda nə oxunmalıdı haqqında məlumat
59- Qul haqqı
60- Qiyamət əlamətləri
61- İradə yoxdur. Cüzisi də, sərbəsti də
62- Azan yoxdur, müəzzin-imam yoxdur
63. Təsbeh çəkmək yoxdur

Məhəmməd peygəmbərin yaşının sayı qədər bir siyahı. Birçoxunun Quranda olmaması çox maraqlı və düşündürücüdür
Quranda hər şeyin olduğu fikri yalan olmaqla yanaşı, dində tətbiq olunanların yarısından çoxu da Quranda yoxdur.

Kamran Musa

Quran və Elm

1) Quran, növlərin olduğu kimi yaradıldığını, elm isə primitiv hüceyrələrdən başlayaraq təkamül prosesi keçirdiyini və növlərin digər növlərdən meydana gəldiyini söyləyir.

2) Qurana görə ilk insan Adəm, bügünkü insandan fərqsizdir. Danışa bilir, ağıllıdır, düşünmə tutumu, şüuru və qabiliyyətləri bizlərlə eynidir.Elm isə, insanların zəka, danışma, şüur və s. kimi qabiliyyətlərinin zaman içində təkamülləşdiyini, ilk insanlarda beyin həcminin daha aşağı olduğunu, beyin qabığının inkişaf etməmiş olduğunu, danışmanın olmadığını, rəngli görmədiklərini, ayrıca fiziki cəhətdən daha dəyişik olduqlarını söyləyər.


3) Qurana görə ilk insanlar uzun yaşamışdır. Adəm 930 il, Nuh 950 il, və s.Elmə görə isə, ilk insanların ömürü tam tərsinə günümüzdəkindən qısa olub, təkamül müddətində gedərək uzanmaqdadır. Romalılarda belə ortalama ömür 40 il ətrafındadır.


4) Qurana gore Adəmin uşaqlarından Habil cütçü, Qabil qoyun çobanıdır. Yəni ilk insan dövründə əkinçilik və heyvandarlıq vardır. Bügünkü torpaq quruluşu, və bitkilər, ağaclar və s. mövcuddur.Elmə görə ilk insanlar ovçu və yığıcıdır. Əkinçilik və heyvandarlığın tarixi yalnız on min ildir. Əkilə bilən mövcud torpağın, bugünkü halına gələ bilməsi ancaq 100.000 il əvvəl olmuşdur.


5) Qurana görə, Adəmin uşaqlarından Habil, Qabili öldürür və basdırır. Yəni ölü basdırmaq, ilk insanlardan bəri vardır.Elmə görə, insanlar ölü basdırma şüuruna əlli min il əvvəl çatdı. Milyonlarla ildir, ölülər basdırılsa idi, məzarlıq olmayan bir qarış yer qalmazdı.


6) Qurana görə ‘Allah, qoyun, keçi, dəvə, at, eşşək, mal yaratmışdır'. Yəni bu heyvanlar ilk ortaya çıxdıqlarından bəri eynidirlər. Və ilk insanlarla eyni anda yaradılmışlar.Elmə görə bu heyvanlar başqa növlərdən təkamülləşmiş və insan tərəfindən əhilləşdirilərək, müxtəlif seçmələrlə (cütləşdirmə, seçmə və s.) bu günki mövqelərinə gəlmişlər. İlk insanların dövründə bu tip heyvanlar yoxdur, bunların yabanı ataları vardır və bəhs edilən evcil növlər yalnız 10.000 ildir vardır.


7) Qurana görə meyvələr, tərəvəzlər bu günki xüsusiyyətlərində (Rəng, dad, şəkil, böyüklük vs) yaradılmışlar.Elmə görə isə günümüzdə olan tərəvəz və meyvələr, insanlar tərəfindən seçildiyi üçün, bu günki dad, qoxu, rəng, və ölçülərinə çatmışlar. Qarğıdalı 5.000 il əvvəl 2-3 santimetr ikən, insanlar tərəfindən davamlı surətdə iriləri seçilərək əkildiyi üçün bu günki ölçüsünə çatmışdır. Armud, alma və s.nin acıları, bəyənilməyən növləri əkilməmiş və bəyənilən növləri qorunmuşdur. Yəni indiki vaxtda istehlak edilən bütün tərəvəz və meyvələr, insanlar tərəfindən inkişaf etdirilmişdir.


Qalaktikamızda 10 milyard Yerə bənzər planet mövcud ola bilər

Qırmızı cırtdan ulduzların 40 faizinin ətrafında dövr edən, həyat üçün münbit şəraitə malik olan Yer boyda planetlər ola bilər.


Qırmızı cırtdanlar (bizim Günəşdən daha kiçik və soyuqdur) çox geniş yayılmışdır,və qalaktikadakı ulduzların 80 faizini təşkil edir. Onların geniş yayılması ən azı 100-nün Yer kürəsinə yaxın olmaqla Yerdən kənarda 10 milyardlarla məkanda, həyatın mümkünlüyünü xəbər verir.


Bu yeni hesablama 6 illik dövr ərzində nümunə olaraq 102 yaxın qırmızı cırtdanları tədqiqi üçün “European Southern Observatory”nin HARPS planet-ovçusu teleskopundan istifadə edən astronomlardan gəlir. Teleskop ulduzların xarakterik yırğalanmasını yoxlayıb ən azı bir planetin onların ətrafında dövr etməsini göstərmişdir.  Axtarışlar 1 və 10 Yer həcmi aralığında 9 planetdə  (ikisi yaşanması mümkün olan zonada) maye halda su üçün əlverişli tempraturun olduğunu tapmışdı. Çünki, qırmızı cırtdanlar bizim günəş qədər istilik istehsal etmir və onların yaşayış zonası ulduzlara daha yaxın yerləşir.


Təxminən Yupiter boyda böyük planetlər qırmızı cırtdanların 12 faizindən də az tapılması onların qayalı kiçik dünyalardan daha nadir olduğunu göstərir.


Bu çağa qədər, astronomlar ətrafında dövr edən planeti olan ulduzların sayını yalnız təxmin edə bilirdi. İndi isə təsdiqlənən 700 günəş xarici planetlə tədqiqatçıların həqiqi rəqəmlərə fikirlərini cəm etmək üçün əllərində kifayət qədər məlumat vardır.


Əvvəlki komanda Günəşə bənzər ulduzların 25 faizində Yer boyda planetin ətrafında dövrə vurduğunu bildirmişdi, lakin digər qrup hesablamışdır ki, qalaktikamızda 100 milyard ulduzun hər birində bir planet mövcuddur.


Astronomlar günəş xarici planetlərdən işığı birbaşa əks etdirməyə və oksigen və metan kimi həyat üçün mühüm olan kimyəvi elementləri və birləşmələri görməyə imkan verən teleskopun nə vaxtsa düzəldilməsinə ümid edirlər. 



Tərcümə etdi: Anar Qurbanzadə
Mənbə: www.wired.com