Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib, birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.
Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə namaz qılmayan şura (sovet) mühəndisləri bu günlərdə Bakının Dağlı məhəlləsinə tarmavay çəkib qurtardılar.
İndi qəbr üstə gedən mömün müsəlmanlar cümə axşamları rahatca tamvaya əyləşib qəbristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə "yüsəbbeh" oxusunlar.
İndi mənə bir belə məsələ ariz olub ki, ayə, namaz qılmaq və tramvay işini bilmək-bunların hansı faydalıdır?
Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz-onda bəs biz niyə tamvaya minib qəbr əhlini ziyarətə gedirik?
Əgər desək ki, tramvay elmi namaz "elmindən" çətindir və lüzumludur, onda (aman allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?!
Hələ bunu da demirəm.
Sözümün əsl mənası aşağıdadır.
Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı namaz qılmayan mühəndislərdir ki,binamazlıqları səbəbdən allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur.
Mən indi bunu isitəyirəm başa düşəm ki, ayə, əgər doğurdan da allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömün və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyi-mövtanı namaz qılmayan xarici tramvay mühəndislərinə möhtac eləyir?
Mən bunu bilmək istərdim.
Cəlil Məmmədquluzadə, "Molla Nəsirəddin" jurnalı, 31 oktyabr, 1929-cu il, No-44.
29 March 2012
İslamda şəkillərə münasibət
1.Allahın yanında əzabı ən şiddətli olan insanlar təsvirediciləridir (Müslim 6:369).
2. Bu sürətləri çəkənlər qiyamət günündə əzab görürlər və onlara çəkdiyiniz surətlərə can verin deyiləcək (Müslim 6:368).
3. Her təsviredən cəhənnəmdədir. Təsviredənin, təsvir etdiyi hər surətə Allah qiyamətdə həyat verəcək və o surət onu yaradana əzab verəcək. Əgər sənətinə davam etmək zorunda isən ağaç rəsmi və canlı olmayan vücud qismlərinin rəsmini çək (Müslim 6:370).
4. Aişə nəql edir: Məhəmməd evində xaç olan bir əşya qoymazdı, onu ya korlayar yada kəsərdi (Buhari, Mezalim 31; Büyu 102).
5. Əbu Hürəyrə Rasulullah'dan nəql edir: Əziz və cəlil olan Allah belə buyurmuşdur: Mənim yaratdığım kimi yaratmağa çalışandan daha zalım kim ola bilər? Qoy onlar yoxdan bir zərrə yaratsınlar yaxud bir su damcısı meydana gətirsinlər və ya bir arpa dənəsi yaratsınlar (Müslim 6:372).
6. Mələklər, it və təsvirlərin olduğu evə girməzlər (Müslim 6:358).
7. Cəbrail, Məhəmmədin yanına getmək üçün icazə istədi. O da girin buyurdu. Cebrail necə girim, evinde bəzi at və heyvan şəkilləri olan pərdə mövcuddur. Ya bu rəsmlərin başlarını qopartmalısınız yaxud bu pərdəni endirib yerə salmalısınız dedi (Buhari tecrid 6:416).
8. Aişənin naxışlı örtüsü haqqında Peygamber belə buyurdu: Onu məndən uzaqlaşdır, onun rəsimleri namaz qılan zaman gözümə çarpır (Buhari, Libas:91). Aişə nəql edir: Məhəmməd bir səfərdən gəldi. Mənim şəkilli pərdəmi cırdı, üzünün rəngi dəyişdi və: Ey Aişə, qıyamət günündə əzab çəkənlərin ən şiddətlisi Allahən yaratdığına bənzətməyə çalışanlardır, buyurdu. Biz o pərdəni kəsdik, ondan bir iki dənə yastıq düzəltdik (Müslim 6:364-5; Buhari, Mezalim:132).
9. İçində surətlər olan evə mələklər girməz (Buhari, Libas 91).
10. Kilisələrdəki təsvirlər haqqında Peyğəmbər belə buyurdu: Bunlar, əziz bir şəxs öldüyü zaman tez onun qəbri üzərinə bir məscid tikərlər ve o əzizin bir rəsmini məscidə qoyarlar. Bunlar Allah yanında xalqın ən pisləridir (Buhari, tecrid 4:479; Müslim 2:153).
~Kamran Musa

27 March 2012
Təkamül nəzəriyyədir yoxsa fakt?
Hər ikisi. Bu cavab “nəzəriyyə” və “fakt” sözlərinin daha dərin mənalarını araşdırmağı tələb edir.
Gündəlik istifadədə “nəzəriyyə” şübhələnmə və ya spekulyasiya kimi başa düşülür. İnsanlar deyəndə ki, “Mənim bu hadisənin baş vermə səbəbi barədə nəzəriyyəm var”, onlar bir hissə və ya əsası olmayan sübutdan nəticəyə gəlirlər.
Nəzəriyyə sözünün formal elmi mənası gündəlik mənasından tamamilə fərqlənir. Burada geniş sayda sübutlar tərəfindən dəstəklənən təbiətin bəzi sahələrinin anlaşılan izahı nəzərdə tutulur.
Bir çox elmi nəzəriyyələr elə gözəl əsaslandırılıb ki, heç bir yeni sübut onları tədricən dəyişə bilməz. Məsələn, Yerin Günəş ətrafında fırlanmadığına (Heliocentric theory) və ya canlıların hüceyrələrdən təşkil (Cell theory) olunmadığına, maddələrin atomlardan ibarət olmadığına və ya Yerin qatının geoloji dövrlərlə boyunca hərəkət edən bərk laylara bölünmədiyinə (the theory of plate tectonics) dair heç bir yeni sübut dəlil kimi çıxış edə bilməz. Digər əsaslı elmi nəzəriyyələr kimi, təkamül nəzəriyyəsi də o qədər müşahidələr və təsdiqlənən təcrübələrlə dəstəklənib ki, alimlər yeni sübutların bu nəzəriyyənin əsas tərkib hissələrini çökdürməyəcəyinə əmindir. Lakin, bütün elmi nəzəriyyələr kimi elmin yeni sahələri peyda olduqca və ya əvvəllər keçirilməsi mümkün olmayan təcrübələr və müşahidələrin yeni texnologiyaların köməyi ilə aparıldıcda təkamül nəzəriyyəsi də davamlı incələnməyə məruz qalır.
Elmi nəzəriyyələrin ən faydalı xüsusiyyətlərindən biri də hələ ki müşahidə edilməyən təbii hadisələr və ya fenomenlər barədə öncədən xəbər verə bilməsidir. Məsələn, qravitasiya nəzəriyyəsi kosmik gəmi və astronavtların fəaliyyətindən xeyli əvvəl əşyaların ayda və digər planetlərdə hərəkəti barədə xəbər vermişdir. “Tiktaalik”i (http://en.wikipedia.org/wiki/Tiktaalik) kəşf edən təkamülçü bioloqlar balıqlarla quruda gəzən və ətrafları olan heyvanların 375 milyon yaşı olan ara keçid formasını tapacağını öncədən xəbər vermişdilər. Onların kəşfi təkamül nəzəriyyəsi əsasında qurulan fərziyyəni təsdiq etmiş oldu. Nəticədə, fərziyyələrin təsdiqi nəzəriyyəyə olan inamı artırır.
Elmdə “fakt”, əsasən müşahidə,ölçmə və oxşar şəraitdə eyni yolla baş verilməsi gözlənilən digər sübut formaları kimi başa düşülür. Amma, alimlər “fakt” terminini elmi izahların çoxsaylı testi aparıldığına və təsdiq edildiyinə görə yenidən test etməyə davam etmək və ya əlavə nümənələrin axtarışı üçün daha əsaslı səbəb olmadıqda istifadə edir. Bu səbəbə görə, təkamülün keçmiş və cari varlığı elmi faktdir. Çünki, bunu dəstəkləyən sübutlar elə güclüdür ki, alimlər bioloji təkamülün olmasına və davam etməsinə şübhə etmirlər. Bunun əvəzində, onlar təkamülün mexanizmini araşdırır; sürətli təkamül necə baş verə bilər və bu qəbildən digər suallar.
Tərcümə etdi: Anar Qurbanzadə
Mənbə: Science, Evolution, and Creationism, National Academy of Sciences and Institute of Medicine. © 2008 National Academy of Sciences
http://nationalacademies.org/evolution/TheoryOrFact.html
21 March 2012
Steve Jobs imanını nə vaxt itirdi?
Steve Jobsun valideynləri dindar olmasalar da onun dini tərbiyə almasını istəmişdilər, ona görə də Jobsu demək olar ki hər bazar günü Lüteran kilsəsinə aparırdılar. Bu Jobsun 13 yaşı olana qədər davam etdi. 1968-ci ildə “Life” jurnalının ön səhifəsində Baifrada acından ölən iki üşağın şəkli vurulmuşdu. O bu jurnalın qabıq hissəsini götürüb kilsə pastorunun yanına getdi.
“Əgər mən barmağımı qaldırsam, tanrı mən barmağımı qalxmamış hansını qaldıracağımı biləcək?”
Pastor ona cavab verdi “Bəli, o hər şeyi biləndir.”
Jobs sonra “Life” jurnalının ön səhifəsini cibindən çıxarıb soruşdu, “Demək tanrı həm də bundan xəbərdardır və bilir ki bu uşaqların başına nə gələcək.”
“Steve, bilirəm sən bunu başa düşmürsən, amma bəli, tanrı hər şeyi biləndir.” pastor dedi.
Bundan sonra Jobs heç nəyə ibadət etməyəcəyini elan etdi və bir daha kilsəyə qayıtmadı.
Walter Isaacsonun Steve Jobs haqda yeni bioqrafiyasından parça.
24 February 2012
İslamda qadın
2 əl-Bəqərə (İnək) surəsi
223 - (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

228 - Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

230 - Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).

282 - Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!

4 ən-Nisa (Qadınlar) surəsi
3 - Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.

11 - Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

24 - (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

34 - Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

129 - Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

5 əl-Maidə (Süfrə) surəsi
6 - Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!

24 ən-Nur
(Nur) surəsi
31 - Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

33 əl-Əhzab (Dəstələr) surəsi
50 - Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir!

33 əl-Əhzab
(Dəstələr) surəsi
51 - (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) təxirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini təxirə saldığın, yaxud rici talaqla boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)

37 əs-Saffat (Səf-səf duranlar) surəsi
21 - (Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!” 22 - (Allah mələklərə belə buyuracaqdır: ) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini - 23 - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
65 ət-Talaq
(Boşanma) surəsi
4 - (Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.

66 ət-Təhrim (Qadağan) surəsi
5 - Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!

Kefli İskender
21 February 2012
Kapitanın mesajı (Alleqorik hekayə)
Həyatı
nəhəng bir gəmidə səyahət kimi təsəvvür et. Təsəvvür et ki sən elə gəmidə
doğulmusan, səyahət uzun illər davam edəcək. Sənə uşaqlıqdan deyirlər ki,
uzaqlarda bir gəmi dizayneri var, bu gəmini də o yaradıb. Ona minnətdar ol ki sən
indi okeanda boğulmursan, səni quruya qədər aparacaq bir gəmi üzərindəsən. Ona
hər gün beş dəfə sənin üçün bu gəmini yaratdığına və bu gün sağ olduğuna görə təşəkkür
et. Sən onu görməmisən, amma kapitanın dediklərinə inanmalısan.
Mərhəmətli gəmi yaradıcısının dili ilə: “Ey sərnişinlər, bir gün gələcək, bu gəmi
okeanda üzən buz parçasına dəyib parçalanacaq. Həmin vaxt gəmini yaradan ancaq
mənim dediklərimə inanıb yardana təşəkkür edənlər xilas olunacaq. Həmin vaxt gəminin
yaradıcısı ona inanmayanların hamısını buz kimi soyuq okean sularında donduracaq.
Amma kimlər ki uşaqlıqdan kapitanın bu mesajına inanıb, gəminin yaradıcısına təşəkkür
edib, onlar qayıqlara götürülüb, isti paltar veriləcək və onları quru yerlərdə əbədi
həyat gözləyir. Unutma ki gəminin yaradıcısı səni sevir! O mərhəmətlidir!”
Gəmi üzməyində uşaqlar da böyüməyində, kimi kapitana inandı, kimi də inanmadı, nəhayət
gəmi okeanın lap soyuq yerlərinə gəlib çatdı. Birdən gəmi sanki qayaya toxundu,
insanlar vəlvələ içində ora-bura qaçırlar. Gəminin ön tərəfi zədəlndiyi üçün su
həmin hissədən gəminin aşağı mərtəbələrini doldurur, həmin vaxt saysız hesabsız
insan suda boğulub ölür. Canını qurtara bilənlər gəminin düşərgəsinə doğru
qaçırlar. Təşvişə düşmüş insanlar bir-birini tapdalayaraq canlarını qurtarmaq
istəyirlər.
Sonda gəminin yaradıcısı gəlir; “Yadınızdadırmı kapitan sizə deyirdi mənim
varlığıma inanın, yadınızdadırmı kapitan sizə deyirdi mənə hər gün təşəkkür
edin? Bax indi sizi seçəcəyəm.” Beləliklə gəminin yaradıcısı, qısqanclıqla ona
görmədən inanmayan bütün insanları məhv etdi, suda amansızcasına dondurdu məhv
etdi. Gəminin dağılacağı gündən qorxub gəminin yaradıcısına yalvaranları isə
xilas etdi. qayıqlara mindirib isti paltar verdi, onları quruya qədər gətirib
çıxardı.
Göydən üç alma düşdü, biri gəmini yaradanın, biri kapitanın, biri də bu yazını
paylaşanın.
Kefli İskender
17 February 2012
Sünnət vacibdirmi?
Bir çox qədim adətlər kimi sünnət də (cinsiyyət üzvünün təhrif olunması) İslam dininin yaranması ilə dinin bir hissəsinə çevrilib. Əslində sünnətin tarixi lap qədim dövrlərə gedib çıxır və heç də ancaq İslam dininə inananlarla məhdudlaşmır.
Hal hazırda müsəlmanlarla yanaşı yəhudilər də oğlan uşaqları doğulduqdan bir müddət sonra sünnət edirlər. Christopher Hitchens “God is not great” adlı kitabında yəhudilərin özünəməxsus sünnət adətlərini hələ də saxlaması haqda çox araşdırıb yazıb. Mən isə müsəlmanların bu adəti haqda öz qısa araşdırmam zamanı tapdıqlarımı yazacağam.
Quranda sünnətin vacibliyi haqqında heç bir göstərişin olmaması bir çoxlarına məlumdur. Əslində Quranda insanın Allah tərəfindən tam yaradılması qeyd olunur.
95 ət-Tin (Əncir) surəsi
(4) Biz insanı ən gözəl biçimdə yaratdıq!
Bundan əlavə, Quranda Allahın yaratdıqlarını dəyişənləri şeytanı özünə dost tutan şəxs kimi göstərilir.
4 ən-Nisa (Qadınlar) surəsi
118 - Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
119 - Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
Bəli bunlar Quranda mərhəmətli rəhmli Allahın dili ilə deyilib. Bəs Allahın yaratdığını bəyənməyib onu dəyişməyi müsəlmanlara kim məsləhət görüb? Xeyr, bu şeytan deyil. Sunan Abu Davudun kitabından (41-ci kitab #5251) bir hədisi oxuyaq.
Mədinədə bir qadın sünnət əməliyyatı edərdi. Peyğəmbər (s.a.v) ona dedi: “Çox kəsmə, ona görə ki bu qadın üçün yaxşıdır, kişi üçün isə daha arzuolunandır.”
Bəli Muhəmməd həmçinin qadınların da sünnət olunmasını təsdiq edib və bugünə qədər də bir çox müsəlman dominantlıq edən ölkələrdə qadınların cinsiyyət üzvlərini tibbdən anlayışı olmayan insanlar “əməliyyat” edirlər. Məsələn Misirdə 90% qadının cinsiyyət dodaqları (bəzən isə klitoru) kəsilib. 2008-ci ildən bu adətə rəsmi qadağa qoyulmasına baxmayaraq hələ də bu adətləri icra edən insanlar yetərincədir.
Videoda gördüyünüz qadın (3:43-dən sonrakı) klitoru kəsilməmiş qızları təmiz adlandırmır. O həmçinin deyir ki, "Məni hara aparsanız mən bu əməliyyatı həyata keçirəcəyəm. Mən bu işi gözlərim qədər sevirəm, çünki mənim pulum bundan gəlir."
Bir çox müasir müsəlmanlar isə oğlanların sünnət olunmasında tibbi səbəblərin olmasını bildirirlər. Lakin araşdırmam zamanı bu fikri dəstəkləyən heç bir dataya rast gəlmədim. Əksinə cinsiyyət üzvundə bir çox problemlərin mənbəyi kimi qeyd olunur. Bura tıklamaqla BBC-də yazılmış qərəzsiz yazını ingilis dilində oxuya bilərsiniz. Göstərilən faydaların isə normal həyat sürən insan üçün heç bir fayda verməyəcəyini görmək olar.
Qısaca olaraq sünnətin nə dinlə nə də təbabətlə heç bir əlaqəsinin olmamasını bir daha vurğulamaq istəyirəm və gələcəkdə sağlam nəsil üçün bu əməliyyatı etdirməməyi məsləhət görürəm.
Kefli İskender
Subscribe to:
Posts (Atom)