2 April 2012

Qalaktikamızda 10 milyard Yerə bənzər planet mövcud ola bilər

Qırmızı cırtdan ulduzların 40 faizinin ətrafında dövr edən, həyat üçün münbit şəraitə malik olan Yer boyda planetlər ola bilər.


Qırmızı cırtdanlar (bizim Günəşdən daha kiçik və soyuqdur) çox geniş yayılmışdır,və qalaktikadakı ulduzların 80 faizini təşkil edir. Onların geniş yayılması ən azı 100-nün Yer kürəsinə yaxın olmaqla Yerdən kənarda 10 milyardlarla məkanda, həyatın mümkünlüyünü xəbər verir.


Bu yeni hesablama 6 illik dövr ərzində nümunə olaraq 102 yaxın qırmızı cırtdanları tədqiqi üçün “European Southern Observatory”nin HARPS planet-ovçusu teleskopundan istifadə edən astronomlardan gəlir. Teleskop ulduzların xarakterik yırğalanmasını yoxlayıb ən azı bir planetin onların ətrafında dövr etməsini göstərmişdir.  Axtarışlar 1 və 10 Yer həcmi aralığında 9 planetdə  (ikisi yaşanması mümkün olan zonada) maye halda su üçün əlverişli tempraturun olduğunu tapmışdı. Çünki, qırmızı cırtdanlar bizim günəş qədər istilik istehsal etmir və onların yaşayış zonası ulduzlara daha yaxın yerləşir.


Təxminən Yupiter boyda böyük planetlər qırmızı cırtdanların 12 faizindən də az tapılması onların qayalı kiçik dünyalardan daha nadir olduğunu göstərir.


Bu çağa qədər, astronomlar ətrafında dövr edən planeti olan ulduzların sayını yalnız təxmin edə bilirdi. İndi isə təsdiqlənən 700 günəş xarici planetlə tədqiqatçıların həqiqi rəqəmlərə fikirlərini cəm etmək üçün əllərində kifayət qədər məlumat vardır.


Əvvəlki komanda Günəşə bənzər ulduzların 25 faizində Yer boyda planetin ətrafında dövrə vurduğunu bildirmişdi, lakin digər qrup hesablamışdır ki, qalaktikamızda 100 milyard ulduzun hər birində bir planet mövcuddur.


Astronomlar günəş xarici planetlərdən işığı birbaşa əks etdirməyə və oksigen və metan kimi həyat üçün mühüm olan kimyəvi elementləri və birləşmələri görməyə imkan verən teleskopun nə vaxtsa düzəldilməsinə ümid edirlər. 



Tərcümə etdi: Anar Qurbanzadə
Mənbə: www.wired.com

1 April 2012

Allah-Taalanın sifətləri

1) Allah-taala alimdir.
Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir.

2) Allah-taala qadirdir.
Yalansa, onun lənətinə gələsən! Əgər qadirdir, nə səbəbə məscidi məktəbə döndərənlərin əlini qurutmur?

3) Həyyidir, yəni diridir.
Dəxi buna ki, şəkk ola bilməz: zira diri olmasa, ölü də allah ola bilməz ki!

4) Müriddir, yəni idarə etməyə və qadir və qabil olan. Məsələn, indi idarə başında duran bir para allahlar kimi.

5) Müdrikdir, çox qanandır. Maşallah olsun: onun üçün də mənim ona ixlas və ehtiramım ziyadədir.

6) Mütəkəllimdir, yəni lal deyil, kor və keçəl deyil. Hərçənd ki, onun danışmağını heç bir kəs nə görüb və nə eşidib.

7) Sadiqdir, sədaqətinə heç söz yoxdur. Doğrudur, behişt əhlinin bir parasının hurisi bir qədər təxirə düşür, amma növbə gözləmək lazımdı.

Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, 28 fevral, 1929-cu il No-9.

Qızıma - Cəfər Cabbarlı

Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!
Çоxdur elmin zərəri din ilə imanə, qızım!
Оxuyub elmi, evin eyləmə viranə, qızım!
Yоxdur elmin səməri qövmi-müsəlmanə, qızım!
Dərsü məktəb sözün, оl lal, gətirmə dilinə;
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, Allahı sevərsən, elinə.
Elm bir şeymi, verə mənfəət insanə, qızım?
Nə rəvadır salasan möhnətə qəmsiz başını,
Edəsən xalqın arasında xəcil qardaşını;
Get bişir evdə, bala, düşbərəni, bоzbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!
Оtur evdə, atanın eylə pinə çul-çuxasın;
Ananın bitləginən sübhü məsa* baş-yaxasın.
Elm üçün insan atarmı atasın, həm anasın?
Ağlını başına yığ, heç оlma divanə, qızım!
Evdə оl, çıxmaginən sən, bala, bir dəm eşiyə;
Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə;
Inəyə yem veribsən, qulluq elə it-pişiyə;
Bəsləyib, sоnra sula, yaxşı bax heyvanə, qızım!
Yaşın оldu оn üç, ay qız, səni verrəm bir ərə,
Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə;
Vermərəm bоynu qıraxmallıya, ya injenerə,
Razı оlmam düşəsən zülm ilə zindanə, qızım!

Cəfər Cabbarlı

29 March 2012

Namaz qılan və Tramvay çəkən

Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib, birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib.
Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə namaz qılmayan şura (sovet) mühəndisləri bu günlərdə Bakının Dağlı məhəlləsinə tarmavay çəkib qurtardılar.
İndi qəbr üstə gedən mömün müsəlmanlar cümə axşamları rahatca tamvaya əyləşib qəbristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə "yüsəbbeh" oxusunlar.
İndi mənə bir belə məsələ ariz olub ki, ayə, namaz qılmaq və tramvay işini bilmək-bunların hansı faydalıdır?
Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz-onda bəs biz niyə tamvaya minib qəbr əhlini ziyarətə gedirik?
Əgər desək ki, tramvay elmi namaz "elmindən" çətindir və lüzumludur, onda (aman allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?!
Hələ bunu da demirəm.
Sözümün əsl mənası aşağıdadır.
Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı namaz qılmayan mühəndislərdir ki,binamazlıqları səbəbdən allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur.
Mən indi bunu isitəyirəm başa düşəm ki, ayə, əgər doğurdan da allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömün və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyi-mövtanı namaz qılmayan xarici tramvay mühəndislərinə möhtac eləyir?
Mən bunu bilmək istərdim.

Cəlil Məmmədquluzadə, "Molla Nəsirəddin" jurnalı, 31 oktyabr, 1929-cu il, No-44. 

İslamda şəkillərə münasibət

1.Allahın yanında əzabı ən şiddətli olan insanlar təsvirediciləridir (Müslim 6:369).

2. Bu sürətləri çəkənlər qiyamət günündə əzab görürlər və onlara çəkdiyiniz surətlərə can verin deyiləcək (Müslim 6:368).

3. Her təsviredən cəhənnəmdədir. Təsviredənin, təsvir etdiyi hər surətə Allah qiyamətdə həyat verəcək və o surət onu yaradana əzab verəcək. Əgər sənətinə davam etmək zorunda isən ağaç rəsmi və canlı olmayan vücud qismlərinin rəsmini çək (Müslim 6:370).

4. Aişə nəql edir: Məhəmməd evində xaç olan bir əşya qoymazdı, onu ya korlayar yada kəsərdi (Buhari, Mezalim 31; Büyu 102).

5. Əbu Hürəyrə Rasulullah'dan nəql edir: Əziz və cəlil olan Allah belə buyurmuşdur: Mənim yaratdığım kimi yaratmağa çalışandan daha zalım kim ola bilər? Qoy onlar yoxdan bir zərrə yaratsınlar yaxud bir su damcısı meydana gətirsinlər və ya bir arpa dənəsi yaratsınlar (Müslim 6:372).

6. Mələklər, it və təsvirlərin olduğu evə girməzlər (Müslim 6:358).

7. Cəbrail, Məhəmmədin yanına getmək üçün icazə istədi. O da girin buyurdu. Cebrail necə girim, evinde bəzi at və heyvan şəkilləri olan pərdə mövcuddur. Ya bu rəsmlərin başlarını qopartmalısınız yaxud bu pərdəni endirib yerə salmalısınız dedi (Buhari tecrid 6:416).

8. Aişənin naxışlı örtüsü haqqında Peygamber belə buyurdu: Onu məndən uzaqlaşdır, onun rəsimleri namaz qılan zaman gözümə çarpır (Buhari, Libas:91). Aişə nəql edir: Məhəmməd bir səfərdən gəldi. Mənim şəkilli pərdəmi cırdı, üzünün rəngi dəyişdi və: Ey Aişə, qıyamət günündə əzab çəkənlərin ən şiddətlisi Allahən yaratdığına bənzətməyə çalışanlardır, buyurdu. Biz o pərdəni kəsdik, ondan bir iki dənə yastıq düzəltdik (Müslim 6:364-5; Buhari, Mezalim:132).

9. İçində surətlər olan evə mələklər girməz (Buhari, Libas 91).

10. Kilisələrdəki təsvirlər haqqında Peyğəmbər belə buyurdu: Bunlar, əziz bir şəxs öldüyü zaman tez onun qəbri üzərinə bir məscid tikərlər ve o əzizin bir rəsmini məscidə qoyarlar. Bunlar Allah yanında xalqın ən pisləridir (Buhari, tecrid 4:479; Müslim 2:153).

~Kamran Musa

27 March 2012

Təkamül nəzəriyyədir yoxsa fakt?


Hər ikisi. Bu cavab  “nəzəriyyə” və “fakt” sözlərinin daha dərin  mənalarını araşdırmağı tələb edir.
Gündəlik istifadədə “nəzəriyyə” şübhələnmə və ya spekulyasiya kimi başa düşülür. İnsanlar deyəndə ki, “Mənim bu hadisənin baş vermə səbəbi barədə nəzəriyyəm var”, onlar bir hissə və ya əsası olmayan sübutdan nəticəyə gəlirlər.
Nəzəriyyə sözünün formal elmi mənası gündəlik mənasından tamamilə fərqlənir.  Burada geniş sayda sübutlar tərəfindən dəstəklənən təbiətin bəzi sahələrinin anlaşılan izahı nəzərdə tutulur.     
Bir çox elmi nəzəriyyələr elə gözəl əsaslandırılıb ki, heç bir yeni sübut onları tədricən dəyişə bilməz. Məsələn, Yerin Günəş ətrafında fırlanmadığına (Heliocentric theory) və ya canlıların hüceyrələrdən təşkil (Cell theory) olunmadığına, maddələrin  atomlardan ibarət olmadığına və ya Yerin qatının geoloji dövrlərlə boyunca hərəkət edən bərk laylara bölünmədiyinə (the theory of plate tectonics) dair heç bir yeni sübut dəlil kimi çıxış edə bilməz. Digər əsaslı elmi nəzəriyyələr kimi, təkamül nəzəriyyəsi də o qədər müşahidələr və təsdiqlənən təcrübələrlə dəstəklənib ki, alimlər yeni sübutların bu nəzəriyyənin əsas tərkib hissələrini çökdürməyəcəyinə əmindir. Lakin, bütün elmi nəzəriyyələr kimi elmin yeni sahələri peyda olduqca və ya əvvəllər keçirilməsi mümkün olmayan təcrübələr və müşahidələrin yeni texnologiyaların köməyi ilə aparıldıcda təkamül nəzəriyyəsi də davamlı incələnməyə məruz qalır.
Elmi nəzəriyyələrin ən faydalı xüsusiyyətlərindən biri də hələ ki müşahidə edilməyən təbii hadisələr və ya fenomenlər barədə öncədən xəbər verə bilməsidir. Məsələn, qravitasiya nəzəriyyəsi kosmik gəmi və astronavtların fəaliyyətindən xeyli əvvəl əşyaların ayda və digər planetlərdə hərəkəti barədə xəbər vermişdir. “Tiktaalik”i (http://en.wikipedia.org/wiki/Tiktaalik) kəşf edən təkamülçü bioloqlar balıqlarla quruda gəzən və ətrafları olan heyvanların 375 milyon yaşı olan ara keçid formasını tapacağını öncədən xəbər vermişdilər. Onların kəşfi təkamül nəzəriyyəsi əsasında qurulan fərziyyəni təsdiq etmiş oldu. Nəticədə, fərziyyələrin təsdiqi nəzəriyyəyə olan inamı artırır.
Elmdə “fakt”, əsasən müşahidə,ölçmə və oxşar şəraitdə eyni yolla baş verilməsi gözlənilən digər sübut formaları kimi başa düşülür. Amma, alimlər “fakt” terminini elmi izahların çoxsaylı  testi aparıldığına və təsdiq edildiyinə görə yenidən test etməyə davam etmək və ya əlavə nümənələrin axtarışı üçün daha əsaslı səbəb olmadıqda istifadə edir.  Bu səbəbə görə,  təkamülün keçmiş və cari varlığı elmi faktdir. Çünki, bunu dəstəkləyən sübutlar elə güclüdür ki, alimlər bioloji təkamülün olmasına və davam etməsinə şübhə etmirlər. Bunun əvəzində, onlar təkamülün mexanizmini araşdırır; sürətli təkamül necə baş verə bilər və bu qəbildən digər suallar.

Tərcümə etdi: Anar Qurbanzadə

Mənbə: Science, Evolution, and Creationism, National Academy of Sciences and Institute of Medicine. © 2008 National Academy of Sciences
http://nationalacademies.org/evolution/TheoryOrFact.html


21 March 2012

Steve Jobs imanını nə vaxt itirdi?


Steve Jobsun valideynləri dindar olmasalar da onun dini tərbiyə almasını istəmişdilər, ona görə də Jobsu demək olar ki hər bazar günü Lüteran kilsəsinə aparırdılar. Bu Jobsun 13 yaşı olana qədər davam etdi. 1968-ci ildə “Life” jurnalının ön səhifəsində Baifrada acından ölən iki üşağın şəkli vurulmuşdu. O bu jurnalın qabıq hissəsini götürüb kilsə pastorunun yanına getdi.

“Əgər mən barmağımı qaldırsam, tanrı mən barmağımı qalxmamış hansını qaldıracağımı biləcək?”
Pastor ona cavab verdi “Bəli, o hər şeyi biləndir.”
Jobs sonra “Life” jurnalının ön səhifəsini cibindən çıxarıb soruşdu, “Demək tanrı həm də bundan xəbərdardır və bilir ki bu uşaqların başına nə gələcək.”
“Steve, bilirəm sən bunu başa düşmürsən, amma bəli, tanrı hər şeyi biləndir.” pastor dedi.

Bundan sonra Jobs heç nəyə ibadət etməyəcəyini elan etdi və bir daha kilsəyə qayıtmadı.

Walter Isaacsonun Steve Jobs haqda yeni bioqrafiyasından parça.